Mövzu № 8. İqtisadi qeyri-sabitlik və işsizlik

      Tsikliklikdən başqa iqtisadi tarazlığı pozan amil işsizlikdir. İş yerini itirmək təhlükəsi hər bir yaşlı adamın həyatında ciddi problemdir. İnsanların çoxu üçün əməkhaqqı yeganə gəlir mənbəyidir və bundan başqa, iş mənəvi məmnunluq da verir.

Çünki işləmək istəyən, lakin belə imkandan məhrum olan adamlar əmtəə və xidmətlərin artırılmasına öz töhfələrini verə bilmirlər, ölkədəki işsizlərin sayı ölkədə firəvanlıgın aşkar göstəricisidir.

Məşğulluq nəzəriyyəsinin təkamüllü inkişafı

Məşğulluq nəzəriyyəsi uzun təkamüllü inkişaf yolu keçmişdir və çoxsaylı konseptual yanaşmaların, tədqiqat metodları və alətlərinin olması ilə səciyyələnir. Həmin problemə nəzəri baxışlar dünya iqtisadi fikrinin strukturunda cərəyanların və məktəblərin olması ilə səciyyələnir.

Neoklassik məktəb D.Gilder, A.Laffer, M.Feldstayn, R.Xoll, C.Perri və b. əsərləri ilə təmsil olunmuşdur. Bu cərəyanın əsasını A.Smitin klassik nəzəriyyəsi təşkil edir. Bu müəlliflər əmək bazarını bazar qanunlarına tabe olan, daxilən yekcins olmayan və dinamik əlaqələr sistemi kimi nəzərdən keçirirlər.

Onun tənzimləyicisi qismində bazar mexanizmi çıxış edir. Əməyin qiyməti (əməkhaqqının səviyyəsi) iş qüvvəsinə tələbə və onun təklifinə təsir edir, onların nisbətini tənzimləyir və onların arasında lazımi tarazlığı saxlayır. İş qüvvəsinin qiyməti bazar konyunkturasına tez və çevik cavab verir, ona real tələbdən asılı olaraq artır və ya azalır.

İqtisadi qeyri-sabitlik və işsizlik

Əməkhaqqının artırılması və ya azaldılması vasitəsilə əməyə tələb və onun təklifi tənzimlənir. Əgər əmək təklifinin ona tələbdən çox olması səbəbindən işsizlik yaranırsa, o, qiymətlərə onların azalması və deməli, əmək bazarında tarazlıq yaranana qədər əməkhaqqının azalması istiqamətində təsir edəcək.

Neoklassik model əmək bazarının özünütənzimləməsi prinsipinə əsaslanır. Keynsçi cərəyan (C.M.Keyns, R.Qordon) əmək bazarını iş qüvvəsinin xeyli sərt təsbit olunduğu süst sistem kimi nəzərdən keçirir. Məşğulluğun əsas parametrləri - məşğulluq və işsizliyin səviyyələri, əməyə tələb, real əməkhaqqının səviyyəsi - əmək bazarında müəyyənləşmirlər, onlar istehlak və investisiya əmtəələri və xidmətləri bazarında səmərəli tələbin həcmi ilə müəyyənləşir.

Əmək bazarında yalnız əməkhaqqının səviyyəsi və ondan asılı olan əmək təklifi kəmiyyəti formalaşır. Amma əməyin təklifi faktik məşğulluğun formalaşmasında əsas rol oynamır, o yalnız əməkhaqqının hazırkı məbləğində onun maksimum mümkün səviyyəsini səciyyələndirir. İş qüvvəsinə tələb məcmu tələblə, investisiyaların və istehsalın səviyyəsi ilə tənzimlənir. Məcburi işsizliyin olması səmərəli məcmu tələbin çatışmazlıqları ilə şərtlənir ki, bunu da büdcə və kredit-pul tənzimləməsinin eksponsionist tədbirləri aradan qaldıra bilər.

Dövlət məcmu tələbə onun artması istiqamətində təsir etdikdə əməyə tələbin artmasına rəvac verir, bu da məşğulluğun artmasına və işsizliyin azalmasına aparır. Keynsçi konsepsiyaya görə, məşğulluğa yalnız məcmu tələb təsir etmir, həm də ümumi tələb artımının sahələr arasında necə bölünməsi, yəni məcmu tələbin quruluşu da təsir edir.

Məşğulluğun kifayət edəcək səviyyəsinin təmin edilməsinin səmərəli vasitəsi dövlətin investisiya fəaliyyətinin genişləndirilməsi, onun konkret iqtisadi inkişaf şəraitini təmin etməklə investisiyaların optimal qədərlərini müəyyənləşdirməsidir. Keynsçi model makroiqtisadi proseslərə dövlət müdaxiləsinə əsaslanır, onun həyata keçirilmə mexanizmi isə psixoloji səciyyəli qanunauyğunluqlar və hadisələr.

Məşğulluq nəzəriyyəsinin təkamüllü inkişafı bir də əsas iqtisadi göstəricilər arasında multiplikativ əlaqələrə söykənir. Monetarist məktəbinin nümayəndələri (M.Fridmen, E. Felps, F.Keyqen, D.Meyzelman, K.Brunner, A.Moltser və b.) belə bir müddəanı əsaslandırırlar ki, bazar iqtisadiyyatı elə bir özü nizamlanan sistemdir ki, onun özünün qiymətlər mexanizmi məşğulluğun rasional səviyyəsini müəyyənləşdirir.

Belə sistemdə dövlət müdaxiləsi bazarın özününizamlama mexanizmində pozuntular yaradır, məcmu tələbə pulla təsir isə son nəticədə inflyasiya spiralının açılmasına səbəb olur. Monetaristlər hesab edirlər ki, istənilən zaman anında real əməkhaqqı dərəcələri strukturunda tarazlıqla bir arada ola bilən müəyyən səviyyədə işsizlik var.

Bu səviyyə «təbii işsizlik norması» adlanır və bazarın qeyri-təkmilliyi, tələb və təklifin stoxastik artıb-azalmaları, boş iş yerləri və hazırda olan iş qüvvəsi haqqında informasiyanın dəyəri, mobillik xərcləri və s. də daxil olmaqla əmək və əmtəə bazarlarının həqiqi quruluşunun xarakteristikalarını əks etdirir. Məşğulluğun öz «təbii səviyyəsi»ndən sapınmaları yalnız qısamüddətli ola bilər. Əgər məşğulluğun səviyyəsi tarazlıdan çox olarsa, bu, sürətlənən inflyasiyaya, az olarsa, sürətlənən deflyasiyaya səbəb olur.

Məşğulluğun sabitləşdirilməsi üzrə siyasət işsizliyin öz təbii normasından sapınması, istehsal həcmləri və işləyənlərin sayının artıb-azalmaları ilə mübarizəyə yönəldilməlidir. Əmək bazarının tarazlaşdırılması üçün monetaristlər əsasən pul-kredit siyasəti vasitələrindən istifadə etməyi təklif edirlər. Institusional-sosioloji məktəb T.Veblen, C.Danlop, C.Helbreyt, L.Ulman kimi iqtisadçılarla təmsil olunmuşdur və məşğulluq sahəsindəki problemlərin müxtəlif növ institusional islahatların köməkliyi ilə həll oluna bilməsi müddəasına əsaslanır.

Onlar üçün diqqətin yalnız makroiqtisadi təhlil üzərində cəmlənməsindən uzaqlaşmaq səciyyəvidir və onlar əmək bazarındakı uyğunsuzlaqları iş qüvvəsi və onlara müvafiq olan əməkhaqqı səviyyələrinin strukturundakı sosial, peşə, sahə, cins və yaş, etnik və sair fərqlərlə izah etməyə cəhd etmişlər. Məşğulluğun müqavilə nəzəriyyəsi (M.Beyli, D.Qordon, K.Azariadis) neoklassik baxışlarla keynsçi baxışların sintezinə əsaslanan konsepsiyadan ibarətdir. Müəlliflər bir tərəfdən keynsçilərin pulla əməkhaqqının sərtliyi barədə tezislərini qəbul edir və hesab edirlər ki, əmək bazarında uyğunlaşma qiymətlərin deyil, istehsalın və məşğulluğun fiziki həcminin dəyişməsi hesabına baş verir.

Digər tərəfdən, bu sərtliyin özü öz şəxsi iqtisadi maraqlarında hərəkət edən fərdlərin optimallaşdırılan davranışından irəli gəlir. Bu nəzəriyyənin əsasında sahibkarlar və işçilərin öz aralarında uzunmüddətli müqavilə münasibətlərinə girmələri haqqındakı müddəa durur. İşçilər və sahibkarlar arasında razılaşma - «implisit müqavilə» yaranır və ona hüquqi müqavilə tələb etdiyinə görə deyil, hər iki tərəf üçün iqtisadi cəhətdən əlverişli olduğu üçün əməl olunur. İstehsalın tənəzzülü dövründə firma ixtisaşlı işçilərin əməkhaqqını azaltmır, dirçəlişi dövründə isə kəskin şəkildə artırmır.

Pulla əməkhaqqının dinamikası azaldılmış olur. İstehsalın düşməsi zamanı o aşağı düşmür, dirçəliş dövründə isə həddindən artıq qalxmır, rəvan və bir qaydada artır. Əməkhaqqının səviyyəsi müəyyən proqnozlaşdırılan hədlərdə dəyişir. Çevik bazar konsepsiyası (R.Buae, Q.Stendinq) XX əsrin 70-ci illərində ən inkişaf etmiş Avropa ölkələrində iqtisadiyyatın quruluş yenidənqurması gedəndə yayılmışdı. Onun əsasına əmək bazarının qaydaya salınmasının zəruriliyi, daha çevik, funksional fərdiləşdirilmiş və qeyri-standart məşğulluqlara (qismən məşğulluq, natamam iş günü və ya həftəsi, qısamüddətli müqavilələr, zəwarlıq) keçməyin zəruriliyi müddəası qoyulmuşdu.

Belə yanaşma iqtisadiyyatın struktur dəyişikliklərinin xərclərini azaltmalıdır və aşağıdakıların hesabına əldə olunur:

• işə götürmənin (azad etmənin) çevikliyinin və məşğulluğun rəngarəngliyi;

• iş vaxtının tənzimlənməsinin, normalaşdırılmamış iş işsizlik və onun növləri. İşsizliyin səbəbləri günlü daha mütəhərrik iş rejiminin müəyyən edilməsinin çevikliyi;

• daha fərdiləşdirilmiş yanaşma əsasında əməkhaqqının tənzimlənməsində çeviklik;

• işçilərin sosial müdafiəsinin metodları və formalarının, həmçinin iş qüvvəsinin həcmi, quruluşu, keyfiyyəti və qiymətinin əmək bazarında tələb və təklifin artıb-azalmasına uyğunlaşmasının çevikliyi.

Ümumiyyətlə çevik əmək bazarı konsepsiyası sahibkarlar və işçilər arasında qarşılıqlı münasibətlərin forma müxtəlifliyinin yaranmasını nəzərdə tutur və məcmu xərclərin, mənfəətliliyin artmasını və əmək bazarında yüksək dinamikliyin saxlanımasına yönümlənmişdir.

İşsizlik və onun növləri.

İşsizliyin səbəbləri «İşsizlik» məfhumu ilk dəfə 1911-ci ildə Britaniya ensiklopediyasında, sonra isə 1915-ci ildə ABŞ-ın Əmək Nazirliyinin hesabatında işlədilmişdir. Hazırda işsizlik müxtəlif həcmlərdə, formalarda, müddətlərdə olmaqla dünyanın bütün ölkələrində var. Hazırda iqtisadi nəzəriyyə işsizliyə belə tərif verir. İşsizlik - sosial-iqtisadi hadisə olub, iqtisadi cəhətdən fəal əhalinin müəyyən hissəsinin işinin və müvafiq olaraq gəlirinin (işləmək istəyənlər adi faiz dərəcəsində iş tapa bilmirlər) olmaması deməkdir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartlarına əsasən, işsizlərə yaşı 16 və daha artıq olub, nəzərdən keçirilən dövrdə:

• işi (gəlirli məşğuliyyəti) olmayanlar;

• iş axtaranlar, yəni dövlət və ya kommersiya məşğulluq qurumlarına müraciət edən, elanlardan istifadə edən və ya qəzetdə elan verən, bilavasitə müəssisə rəhbərliyinə (işə götürənə) müraciət edənlər, şəxsi əlaqələrindən istifadə edənlər və ya öz işini yaratmağa cəhd edənlər;

• işə başlamağa hazır olanlar aiddir. 197 iqtisadi qeyri-sabitlik və işsizlik İşsizlərə aid etdikdə yuxarıda sadalanmış meyarların hər üçü gözlənilməlidir. Şagirdlər, tələbələr, təqaüdçülər və əlillər iş axtarmaqla məşğul olduqları və işə başlamağa hazır olduqları təqdirdə statistika orqanları tərəfindən işsiz kimi qeydə alınırlar.

Statistika orqanları həm də dövlət məşğulluq xidməti orqanlarında qeydiyyatda olan işsizlərin say göstəricisini də fərqləndirir. İşsizlik - əmək bazarının ayrılmaz elementidir. Əmək bazarı bazarın qanunlarına tabe olan əmək, satan və alanların müxtəlif cür və dinamik əlaqələr sistemi şəklində olub, aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:

1) sahə, peşə və s. fərqlər nəzərə alınmadan vahid milli bazar kimi nəzərdən keçirilir;

2) işə götürmə münasibətlərinə təsir edən yeganə göstərici kimi əməyin qiyməti (əməkhaqqı dərəcəsi) təhlil olunur. Əmək bazarı makroiqtisadiyyatda tədqiq olunan bazarlar arasında ən qeyri-təkmilidir. Çünki o, yaşayış yerini və ya ixtisasını dəyişməklə, iş yerlərinin olması haqqında məlumatlılığın az olması, nominal əməkhaqqının çevik olmaması ilə iş axtarma prosesinin uzunmüddətli olması ilə fərqlənir.

Əmək bazarının qeyri-təkmilliyi tarazlığa çatmağa mane olur və hətta «tam məşğulluq» şəraitində işsizlik olur. İqtisadi nəzəriyyədə iş yerlərinin sayının iş axtaran adamların sayına müvafiq olduğu «tam məşğulluq» anlayışı xüsusi əhəmiyyətə malikdir. Əmək bazarında əməyə tələb və təklifin qarşılıqlı təsiri nəticəsində məşğulluq səviyyəsi müəyyənləşir.

Qərb iqtisadçılarının çoxu bazar şəraitində müəyyən işsizlik şəraitinin olmasını qanunauyğun və zəruri hesab edirlər. C.Keyns «məcburi işsizlik» anlayışını səmərəli məcmu tələbin kifayət qədər olmamasından alırdı. Tam məşğulluq dedikdə o, onun elə vəziyyətini başa düşürdü ki, bu zaman səmərəli tələbin genişlənməsindən asılı olaraq məşğul olanların sayı heç cür dəyişmir və buna görə də onun sonrakı artımı sırf inflyasiya artımı olur, yəni öz əksini yalnız nominal kəmiyyətlərin artmasında tapır. Bu zaman məcburi işsizlik

İşsizlik və onun növləri.

İşsizliyin səbəbləri sıfra bərabərdir. Bir sıra iqtisadçılar işsizliyin olmasını mobil və çevik əmək bazarının zəruri əlaməti hesab edirlər. Belə şəraitdə təbii işsizlik səviyyəsindən danışmaq olar ki, onun da səciyyələndirilməsi üçün «sürətlənməyən inflyasiya zamanı işsizlik norması» NAIRU (Non Accelerating Inflation Ratt of Unemployment) anlayışından istifadə olunur. ABŞ-da bu göstərici 5,5 - 6,5% təşkil edir. Tam məşğulluq şəraitində işsizlik norması mövcud institusional strukturda əldə oluna bilən və sürətlənən inflyasiyaya səbəb olmayan ən aşağı işsizlik norması kimi başa düşülür.

Yaponiyada işsizliyin bir faiz həcmində olduğu məşğulluq vəziyyəti «tam məşğulluq» kimi nəzərdən keçirilir. M.Fridmenin fikrincə, təbii işsizlik səviyəsi iş qüvvəsindən istifadənin iqtisadi məqsədəuyğunluğunu əks etlirir, necə ki, istehsal güclərinin yüklənmə dərəcəsi əsas kapitaldan məqsədyönlü və səmərəli istifadəni əks etdirir.

Təbii işsizlik səviyyəsi - friksion və struktur işsizliyinin məcmusu və ya sabit iqtisadiyyatla bağlı olan işsizlik səviyyəsidir ki, bu zaman real milli məhsul təbii səviyyəsində olur və həm ləngiyən, həm də sürətlənən inflyasiya olmur və ya bu zaman gözlənilən inflyasiya səviyyəsi həqiqi inflyasiya səviyyəsilə üst-üstə düşür.