Definition

Elşən NƏSİROV
Naxçıvan Dövlət Universitieti
Dünya İqtisadiyyatı və Menecment
kafedrasının müəllimi


Beynəlxalq iqtisadiyyat, əmtəə və xidmətlərin beynəlxalq ticarəti və beynəlxalq sərmayələrin təsirlərini qiymətləndirən bir araşdırma sahəsidir.

Beynəlxalq iqtisadiyyat çərçivəsində iki geniş alt sahə mövcuddur:

1. Beynəlxalq ticarət

2. Beynəlxalq maliyyə

Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.

BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir.

BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır:

1) Mikrosəviyyə. Burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir;

2) Makrosəviyyə. Bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar; 3) Üstmilli səviyyə. Bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir.

BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri, kapital, texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir. BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən, sahibkarlar ittifaqlarından ibarətdir.

Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir.