Yeni sənaye ölkələrinin iqtisadiyyatları

Elşən NƏSİROV
Naxçıvan Dövlət Universitieti
Dünya İqtisadiyyatı və Menecment
kafedrasının müəllimi


Son illərdə bütün dünyada gedən proseslər içərisində YSÖ-lərin sürətlə inkişaf etməsi maraq doğurur.

Bu ölkələr son 20 ildə demək olar ki, bütün sahələrdə əldə etdikləri uğurlar inanılmazdır. Bu qrupa daxil olan ölkələrin iqtisadiyyat sahəsində əldə edikləri nəaliyyətləri onlar artıq dünya bazarında ABŞ, Yaponiya və Avropa İttifaqı ölkələrilə liderlik uğrunda mübarizə aparmağa belə imkan yaratmışdır.

Tarixə nəzər salsaq görərik ki, XX əsrin 60-80-ci illəri dövründə dünya iqtisadiyyatında və həmçinin ayrı-ayrı ölkələrin milli iqtisadiyyatında qlobal dəyişikliklər baş vermişdir. Bu cür dəyişikliklər də son nəticə olaraq bir sıra ölkələrin həddindən böyük sürətlə inkişaf etmələrinə səbəb oldu. Bu cür ölkələr qrupuna sonradan yeni sənaye ölkələri (YSÖ) adı verildi. Mahiyyət etibarı ilə əslində inkişaf etməkdə olan ölkələr olan YSÖ-lər öz iqtisadi inkişaf göstəricilərinə görə bəzi mənbəələrdə hətta inkişaf etmiş ölkələr qrupuna aid edilir. Lakin, bu tip ölkələrin aralıq mövqe təşkil etməsi, başqa sözlə desək, yeni sənaye qrupuna aid edilməsi fikri BMT-nin xüsusi olaraq təklif etdiyi və qərar aldığı müəyyənləşmiş kriteryalardan sonra reallaşdı.

Beləliklə, YSÖ-lərin ümumi xarakteristikası ilə tanış olaq. Lakin YSÖ-lərin ümumi xarakteristikasına nəzər yetirməzdən əvvəl artıq dünyanın bir çox iqtisadçısı tərəfindən qəbul edilmiş YSÖ-lərin qruplaşdırılması ilə tanış olaq. Bu qruplaşdırmaya əsasən dünyada mövcud olan yeni sənaye ölkələrini aşağıdakı şəkildə 4 qrupa ayırmaq olar:

I qrup: Bu qrupa Asiyanın “Kiçik Əjdahaları” kimi adlandırılan ölkələri – Cənubi Koreya, Tayvan, Sinqapur, Honq Konq və həmçinin Latın Amerikasının YSÖ-ləri – Argentina, Brazilya və Meksika aiddir.

II qrup: Bu qrupa Malaziya, Hindistan, Çili və Tayland aiddir.

III qrup: Bu qrupa Kipr, Tunis, Türkiyə, və İndoneziya aiddir.

IV qrup: Bu qrupa isə Filippin və s. ölkələr aiddir.

İlk növbədə Asiyanın YSÖ-lərinin ümumi xarakteristikası ilə tanış olaq:

Ümumiyyətlə, Asiyanın YSÖ-ləri çox maraqlı inkişaf tarixi keçmişlər. əsasən ixrac yönümlü sənayenin inkişafına yönəlik strategiya seçmiş bu ölkələr dünya inkişaf tarixində hələ görülməmiş bir iqtisadi sıçrayışa nail olmuşlar. Belə ki, əgər Böyük Britaniyada XVII əsrin 80-ci illərində ümumi istehsalın artırılmasında 60 il, Yaponiyada keçən əsrin 80-ci illərində eyni məqsədə nail olamq üçün 34 il lazım gəlmişdirsə, YSÖ qrupuna aid olan Cənubi Koreya isə analoji məqsədə çatmaq üçün 1966-ci ildə cəmi 11 il lazım olmuşdur. Bu ölkələrin yüksək iqtisadi inkişafa çatmalarının bir sıra səbəbləri vardır.

Əsas faktorlar kimi isə aşağıdakılar götürülür:

✔ Təhsilin inkişafına diqqətin artırılması;

✔ İqtisadi inkişafa yönəlmiş dövlət siyasəti;

✔ Beynəlxalq sənaye ixtisaslaşması və kooperasiyalaşmasına qoyuluşların edilməsi və s.

Bir sıra iqtisadçılar Asiyanın YSÖ-lərini Yaponiyanın bir sıra təsərrüfat metodları üzrə adaptasiya olunmuş, yapon təsərrüfat modelini təkrarladıqlarını düşünürlər. Onlar həmçinin bu ölkələri məcazi olaraq Yaponiyanın başçılıq etdiyi “durna qatarı”na bənzədirlər.

Bildiyimiz kimi Asiyanın YSÖ-ləri daha çox sənaye mallarının ixracına yönəlik bir iqtisadiyyat qurmuşlar. Ümumiyyətlə, Asiyanını yeni sənaye ölkələri (hamısı birgə) illik məcmu ixracının dəyərinə görə də dünyada özünəməxsus yerlərdən birini tutur. Belə ki, bu ölkələr adı çəkilən göstəriciyə əsasən yalniz ABŞ və Almaniyadan geri qalır. Baxmayaraq ki, onların ixracında sənaye məhsullarının ümümi çəkisi 71%-dən (Tayland) 96% (Tayvan) kimidir.

Asiyanın YSÖ-ləri haqqında danışarkən bu ölkələrin 1997-1998-ci illərdə beynəlxalq maliyyə böhranının mərkəzində olmaları haqqında da qeyd olunması xüsusi ilə önəmlidir. Belə ki, bu böhran qrup ölkələrinin iqtisadiyyatına çox güclü zərbə vurdu. Böhrandan daha çox zərər görən ölkələr isə Cənubi Koreya və Tayland idi. Bu dovrdə artıq “Asiyanın iqtisadi möcüzəsi”nin sona şatdığı haqda fikirlər irəli sürülürdü. Lakin YSÖ-lər iqtisadiyyatlarını tez bir zamanda bərpa emək bacarığını sübut etdilər. Belə ki, ölkələrin BVF ilə birlikdə keşirdikləri devolvasiya və anti-infilyasiya tədbirləri nəticəsində artıq 1999-cu ildən başlayaraq nəzərə şarpacaq irəlləyişlər olundu – ÜDM yüksələn xəttlə artmağa başladı və indi də artmaqdadır, fond birjaları bərpa edildi, qızıl-valyuta rezervlərinin artımına nail olundu (hal-hazırda da yüksələn xəttlə inkişaf edir), milli valyutaların ABŞ dollarına nisbətdə artımı baş verdi və s. Böhran eyni zamanda Asiya modelinin zəif cəhətlərini üzə çıxartdı. Bütün bunlarə nəzərə alan bəzi iqtisadçıların fikirincə Asiyanın YSÖ-ləri bir daha bu tipli böhrana tutulmamaq üçün onlar artıq Avropa Birliyi ölkələrinə oxşar bir iqtisadi inteqrasiya formasının yaradılması haqda düşünməlidirlər.

Asiyanın “kiçik əjdahalar” adını almış 4 ölkə - Cənubi Koreya, Tayvan, Sinqapur, Honq Konq haqqında daha geniş məlumatın verilməsi məqsədəuyğun olardı. Çünki, bu qrup ölkələri son illərdə əldə etdikləri uğurlar artıq onların bəzi iqtisadçı ekspertlər tərəfindən YSÖ-ləri kimi deyil İEÖ kimi təqdim edilmələrinə səbəb olmuşdur. Bunun da bir sıra səbəbləri vardır. Elementar olaraq onu göstərmək olar ki, son illərin göstəricilərinə görə bu ölkələrdə adambaşına düşən ÜDM 1500 ABŞ dolları, ÜDM-nin orta illik artım tempi aşağı-yuxarı 7% olmuşdur.

İndi isə YSÖ-lərin ayrı-ayrılıqda və daha geniş xarakteristikasını verək:

Cənubi Koreya: Sahəsi 99.6 min km2, əhalisi 48 mln. Nəfərdir. Paytaxtı Seul şəhəridir. ÜDM-nin artım tempi 7%-dir. Asiyanın inkişaf etmiş YSÖ-sidir. Bu ölkənin adambaşına düşən illik gəlirlərinə müqaisəli şəkildə baxsaq onda, əgər 60-cı illərin əvvəllərində bu rəqəm 80 ABŞ dolları civarında idisə, artıq 2005-ci ilin məlumatına görə isə 1500 ABŞ dollarına bərabərdir. Ölkənin iqtisadi siyasəti əsasən elm və texnikanın, eyni zamanda sənayenin inkişafına yönəlmişdir. Prioritet təşkil edən sahələr arasında mikroelektronika və avtomatizasiyanı, həmçinin biotexnologiyanı, materiaşünaslığı və s. göstərmək olar.

Ölkədə təsərrüfatın ümumi xarakteristikasına və inkişaf tarixinə nəzər yetirsək, onda Cənubi Koreyanın iqtisadi inkişafının bütün mərhələlərində ÜDM-nin yüksələn xətlə inkişafının şahidi ola bilərik.

Cənubi Koreyada müxtəlif dövrlərdə Üdm-nin artan xəttlə inkişafı müşahidə edilmiş, lakin yalnız 90-cı illərdə baş verən iqtisadi böhran nəticəsində adı çəkilən göstərici aşağı düşmüşdür. ÜDM-nin yüksələn xəttlə artım tempi adaçbaşına düşən real gəliri hər 10-12 ildən bir 2 dəfəyədək artırır. Aydındır ki, iqtisadiyyatın bu cür sürətlə inkişaf etməsi infilyasiyadan da yan keçə bilməzdi. Bu, hökümətin bir sıra anti-infilyasiya tədbirlərinə əl atmasına səbəb oldu. Bunun nəticəsində ölkədə köklü sturktur dəyişiklikləri oldu. Həyata keçirilən bu tədbirlər nəticəsində 1960-2000-ci illərdə ÜDM-də kənd təsərrüfatının payı 40%-dən 7%-ə endirilərkən sənayenin payı 30%-dən 43%-ə qaldırıldı. İnfiliyasiyanın aradan qaldırılması üçün xarici ssuda kapitakından və eyni zamanda beynəlxalq bankların köməyindən istifadə edildi.

Yüksək iqtisadi inkişafa səbəb olan əsaas amillərdən biri də xarici texnologiyaların alınmasıdır. Bu yola ilk öncə sənayeləşmə proqramından başlanılmışdlr. Xaricdən yüksək texnolagiyalı avadnlıqlarn gətirilməsi, ilk dövrlərdə onların öyrənilməsi və yerli istehsalda tətbiqi baxımından müəyyən çətinliklər törətməsinə baxmayaraq, daha sonralar bu, yüksək texnologiyalı məhsulların istehsal edilməsinə, eyni zamanda yeni-yeni sənaye sahələrinin yaradılmasına səbəb oldu. Belə ki, bunun nəticəsində ölkədə atom energetikasının əsası qoyuldu. Hazırda Cənubi Koreyda istehsal olunan elektrik enerjisinin 54%-ni verən 10 atom enerjisi stansiyası fəaliyyət göstərir.

Cənubi Koreya iqtisadi inkişaf modelini bəzi iqtisadçılar Yapon modelinə bənzədirlər. Bəli, onların arasında meəyən qədər oxşarlıq olsa da, iqtisadiyyatın idarə edilməsi baxımından bu modellər bir-birindən köklü surətdə fərqlənir. Belə ki, Yapon modelindən fərqli olaraq C. Koreya modelində daha çox diktator tədbirlərindən istifadə edilirdi. Məsələn, 1978-ci ildə bir sıra firmalar öz xarici borclarını verə bilmədikləri zaman ölkə prezidentinin qərarı ilə həmin firmalar daxili investorlara olan faizlərin ödənilməsindən və borcların qaytarılmasından azad edildilər.

Cənubi Koreyanın iqtisadi inkişafını ümumi xarakteristikasını verərəkən onu da qeyd etmək lazımdır ki, müasir dövrdə ölkədə keçirilən iqtisadi siyasətin xüsusiyyətlərinə həmçinin orta və kiçik sahibkarlığın inkişafına yardım göstərmək, kredit sahəsində xüsusi kapitalın rolunu artırmaq, uçot stavkalarının idarə onulmasında dövlətin rolunu azaltmaq və s. daxildir. Ölkədə eyni zamanda müxtəlif təyinatlı məhsulların istehsalına və ixracına da xüsusi önəm verilir. Belə ki, bunun nəticəsində hazırda Cənubi Koreya firmaları müxrtlif məhsullarla dünya bazarında uğurla çıxış edirlər (məsələn: texstil məhsullarına görə 7.0%, gəmiçiliyə görə 15%, personal komyuterlərə görə 1.3% və s.). lakin ixracda üstünlük baxımından əsas yerləri müxtəlif sənaye avadanlıqları, xammal və ərzaq məhsulları ixracı təşkil edir.

Sinqapur: Sahəsi 0.6 min km2, əhalisi 3 mln. nəfərdir. Paytaxtı Sinqapur şəhəridir. 50-ə yaxın adanı əhatə edir. Ölkə təbii resurslarla çox zəif təmin olunmuşdur (hətta içməli su belə cənub-şərqi Asiya ölkələrindən alınır). Ölkə iqtisadiyyatı əsasən gəmi istehsalına, bankçılığa, elektron sənaye və beynəlxaq ticarətə əsaslanır. Yük dövriyyəsinin həcminə görə Sinqapur dəniz limanı (ildə 200 mln. tona yaxın) dünyada yalnız Roterdamdan geri qalır, lakin gəmilərin dövriyyəsinə görə (ildə 45000 gəmi) isə o dünyada birinci yeri tutur. Neft emalına görə Sinqaup dünyada Hyuston və Roterdam şəhərlərindən sonra 3-cü yeri tutur.

Sinqapurun əsas strukturunu müəyyənləşdirən sahələrdən biri də elektronika və elektrotexnikadır (personal komyuterlər, böyük inteqral sxemlər, periferik sistemlər, avtomatlaşdırılmış proyektləşdirmə avadanlıqları, rabitə vasitələri istehsalı və s.). Ölkədə ixraca da xüsusi önəm vüerilir. Sturuktur baxımdan ixracda əsas yeri sənaye məhsulları ixracı təşkil edir (ümumi ixracın 80%-ə qədəri).

Sinqapur beynəlxalq iqtisadi münasibətlər sistemində eyni zamanda yeni yaranmış bir maliyyə mərkəzi kimi də çıxış edir. Hazırda Sinqapur valyuta birjası dünyada 10-larla mlrd. ABŞ dolları həcmində maliyyə əməliyyatları həyata keçirən 10 ən iri valyuta birjası siyahısına daxildir.

Ölkə iqtisadiyyatının xarakteristikasından bəhs edərkən həmçinin onu da qeyd etmək lazımdır ki, hazırda Sinqapur dünyada bir turizm mərkəzi kimi də çıxış edir. Ildə buranı təxminən 5 mln.-a yaxın turist ziyarət edir.

Ölkədə inkişafın əsas perspektivləri sırasında həyata keçirilən informasiya texnologiyalarını da qeyd etmək lazımdır. 2003-cü ilin məlumatına görə Sinqapur dünyada hər min nəfərə düşən kompyuter tətbiqinə əsasən ilk onluğa daxildir.

Honq Konq: bu ölkə bir sıra xüsusiyyətlərinə görə Sinqapuru xatırladır. Honq Konq eyni zamanda dünyada ən iri portların yerləşdiyi məkandır. Burada illik yük dövriyyəsi 80 mln. ton, gəmi dövriyyəsi isə 20 mln. tona bərabərdir.

Honq Konqda bir sıra sənaye sahələrinin mövcud olmasına baxmayaraq, beynəlxalq əmək bölgüsündə ölkənin “simasını” elektronikadan başqa həm də tikiş, tekstil və saat istehsalı da müəyyən edir. Hazırda Honq Konq saat istehsalına görə dünyada 1-ci, cins şalvar istelsalına görə isə (ildə 65 mln. cüt) ABŞ-dan sonra 2-ci yerə sahibdir.

Ölkə həmçinin ən böyük maliyyə mərkəzlərindən biridir. Burada 560 bank fəaliyyət göstərir ki, onlardan 365-i xarici banklardır (50 ölkədən). Amma əsas etibarı ilə buraya daha çox maliyyə müqavilələrinin bağlandığı tranzit zona kimi baxılır. Honq Konq Çinə və Çindən həyata keçirilən investisiyalar və ticarət kapitalı üçün giriş qapısı rolunu oynayır. Ölkə də turizm də inkişaf etmişdir. Gələcəkdə bu sahənin daha çox inkişaf etdirilməsi üçün hazırda dövlət tərəfindən xüsusi tədbirlər planı da hazırlanır.

Tayvan: Sahəsi 36 km2, əhalisi 22 mln nəfərdir. Paytaxtı Taybey şəhəridir. Son illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət nəticəsində demək olar ki, bütün sahələrdəki göstəriciləri 10-15 dəfə artırmışdır. Dünyada iqtisadiyyatın və eyni zamanda ixracın ən yüksək artım tempinə malik olan Tayvan Asiya-Sakit okean regionunda xüsusi yerlərdən birini tutur. Bir sıra iqtisadi göstəricilərlə bərabər ÜDM-nin artımı yüksəlir və hazırda o, 8.3% təşkil edir ki, bu da dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələri arasında yüksək göstəricidir. Ölkədə ticarət də çox yüksək səviyyədə inkişaf etmişdir. Tayvanın dünyada əsas ticarət portnyorları qismində ABŞ, Yaponiya, Honq Konq, Almaniya və Cənubi Koreya çıxış edir.

Ölkə sənayesinin əsas sahələri kimi mikroelektronika və kompyuter sənayesini, həmçinin neft-kimya sənayesini, maşınqayırma və tekstil sənayesini göstərmək olar. Dünyada kompyuter və onun baza elementlərinin istehsalına görə Tayvan YSÖ-lər içində 1-ci, dünyada isə Yaponiya, Almaniya, Böyük Britaniya və Fransadan sora 6-ci yeri tutur. Mikroelektronika ÜDM-nin yarıya qədər olan hissəsini təşkil edir.

İqtisadiyyatında əsas inkişaf etmiş sahələrindən biri də kiçik və orta sahibkarlıqdır. Ölkədə onların inkişafının vacibliyi onunla sübut edilir ki, bu cür müəssislər ölkə ixracının 65%-ni, məşğulluğun isə 70%-ni təmin edir.

Tayvan iqtisadiyyatı haqqında bəhs edərkən burada ailə bizmesinin də xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmək lazımdır. Ailə ənənələrinə əsaslanan bu biznes sahəsinin ölkədə inkişaf etməsi burada yüksək rəqabət qabiliyyətli bazarın yaranmasına gətirib çıxartdı və bu da nəticədə uğurlu ixrac bazarının yaradılması üçün bir zəmin yaratdı.

YSÖ-lərin digər qrupuna aid Latın Amerikası YSÖ-ləri aid edilir. Buraya xüsusi ilə Braziliya, Meksika və Argentina daxildir. Ilk dövrlərdə həyata keçirdikləri xarici siyasətdə əsasən idxala üstünlük verən bu ölkələr qrupu son zamanlar xüsusilə nəzərə çarpacaq dərəcədə inkişaf etmişlər. Buna bir sıra amillər təsir göstərmişdir. Buraya ilk növbədə rəqabət qabiliyyətli sənaye məhsularının istehsalını göstərmək olar. Bundan başqa Latın Amerikası YSÖ-lərinin əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməsi onların xarici siyasətdə və eyni zamanda xarici ticarətdə də üstün mövqedən çıxış etmələrinə şərait yaradır. Belə ki, bunun nəticəsində hal-hazırda Latın Amerikasının YSÖ-ləri ixrac olunan malların ümumi dəyərinə görə bir sıra inkişaf etmiş ölkələrdən (Almaniya, ABŞ) irəlidədir. Bütün YSÖ-lərin və həmçinin Latın Amerikası YSÖ-lərinin ixracında əsasən emaledici sənayenin məhsulları üstünlük təşkil edir.

İndi isə Latın Amerikası YSÖ-lərinin ayrı-ayrılıqda xarakteristikası ilə tanış olaq.

Braziliya: Sahəsi 8.5 mln. km2, əhalisi 166.5 mln. nəfər (2005-ci ilin məlumatına əsasən), paytaxtı Barzil şəhəridir. Latın Amerikasının YSÖ-ləri arasında ən böyüyü olan Braziliya əsasən sənaye-aqrar ölkə kimi tanınır. ÜDM-də 2002-ci ilin məlumatına əsaəsn sənayenin payı 41%, kənd təsərrüfatının payı isə 15%-dir.

Ölkə iqtisadiyyatının əsas hissəsini və demək olar ki, dayagını sənaye təşkil edir. Burada xüsusilə maşınqayırmanı (avtomobil, təyyarə, gəmi və müxtəlif avadanlıq istehsalı, elektrotexnika), neft-kimya və qara metallurgiya sahələrini göstərmək olar. Ölkə eyni zamanda bir sıra göstəricilərinə görə dünyada qabaqcıl yerləri tutmaqdadır.

Barziliya elektronika sahəsində də yüksək nəaliyyətlər əldə etmişdir. Belə ki, braziliyanın televizor, moqintofon və mini komyuterləri heç də dünya standartından geri qalmır. Lakin, Braziliyanın dünya YSÖ-ləri arasında “Möcüzəli ölkə” adını alması ona çox baha başa gəlmişdir. Təəccüblü deyil ki, ölkə indiyədək dünyanın borclu ölkələri arasında liderdir. Buna əsaəsn 1960-cı illərdən etibarən ölkənin xarici ölkı və beynəlxalq təşkilatlardan kütləvi borc və kreditlərin alınması səbəb oldu. Belə ki, əgər 1965-ci ildə ölkənin xarici borcu 3 mlrd. Təşkil edirdisə, artıq 1990-ci ildə bu rəqəm 22 mlrd. dollara bərabər idi.

Lakin, bütün bunlara baxmayaraq Braziliya bu gün də dinamik inkişaf edir və YSÖ-lər arasında qabacıl mövqelərdən birini tutmaqdadır. Belə ki, təkcə 1950-2000-ci illər ərzində ölkədəki ÜDM-nin artım tempi illik təxminən 6% olmaqla 11.5 dəfə artmışdır. Bu da ölkə əhalisinin artım tempini üstələmiş və nəticədə ÜDM-nin adambaşına düşən artımı 2.5 dəfəyə çatmışdır.

Braziliya 2005-ci illin məlumatına əsasən adambaşına düşən ÜDM-nin artım tempinə görə İEOÖ-lərdən 2.3 dəfə irləidədir.

Braziliyada kənd təsərrüfatı da kifayyət qədər inkişaf etmişdir. İri kapitalist təsərrefatına əsaslanan bu sahə əsasən xarici bazar üçün ixtisaslaşdırılmış tropik bitkilər becərilməsi ilə məşğul olur. Buraya qəhvə, kakao, şəkər qamışı, sizal, soya, portağal, banan, ananas və s. daxildir. Kənd təsərrüfatı məhsullarının ixracında əsas yerləri ABŞ, Avropa Birliyi ölkələri, Latın Amerikasının digər ölkələri, Yaponiya və Kanada tutur.

Ölkədə iqtisadiyyatın inkişafı üçün dövlətin rolu danılmazdır. Burada dövlət demək olar ki, iqtisadiyyatın lokomotivi rolunda çıxış edir. Özəl sahələrlə yanaşı dövlət müəssisələri də qabaqcıl mövqedədirlər. Belə ki, 90-cı illərin sonunda dövlət müəssisələri təsərrüfatın əsas sahələrində dominant mövqeyində idilər. Prioritet sahələr kimi, neftkimya sənayesini, komunal xidmətlər (98%), nəqliyyat (90%), faydalı qazıntıların çıxarılması (70%), metallurgiya (65%), kimya və farmatevtika sahələri (54%), xidmət (60%) təşkil edirdi.

Meksika: Sahəsi 1958.2 min km2, əhalisi 100 mln. nəfər(2004), paytaxtı Mexikodur. Sənaye-aqrar ölkəsidir. 2002-ci ilin məlumatına əsasən Meksikanın ÜDM-də sənayenin payı 39%, kənd təsərrüfatının payı isə 807% olmuşdur. Ölkədə sənayenin demək olar ki, bütün sahələri inkişaf etmişdir. Buraya neft, qaz, daş kömür, sink, filiz, gümüş və s. faydalı qazıntıların hasilatı, kimya və neft-kimya sənayeləri, maşınqayırma (xüsusi ilə avtomobilqayırma və sənaye avadanlıqları istehsalı aiddir.

Kənd təsərrüfatı da son zamanlar yüksələn xəttlə inkişaf edən sahələrdəndir. Daha çox yayılan sahələr sırasına pambıq, kofe, şəkər qamışı, qarğıdalı, buğda və s. təşkil edir.

Ölkənin əsas ixrac məhsullarına əlvan metallar, neft və neft məhsulları, yarımfabrikatlar və hazır məhsullar, kofe və pambık təşkil edir. Meksikanın əsas ixrac partnyorları kimi ABŞ, Avropa Birliyi ölkələri və Yaponiya təşkil edir.

Meksika iqtisadiyyatı haqda danışarkən, sösüz ki, qeyd olunası məqamlardan biri də burada baş verən iqtisadi böhranlardır. Belə ki, 1970-ci illərdən başlayaraq bütün Latın Amerikası ölkələrini əvvəlcə infiliyasiya və borc böhranları, daha sonra isə neft böhranı Meksikadan da yan keçməmişdir. Lakin hökümətin həyata keçirdiyi davamlı siyasi tədbirlər bəlli bir zamandan sonra öz nəticələrini verməyə başladı. Belə ki, 1987-ci ildən etibarən hökümət iqtisadiyyatın stabilləşdirilməsi, iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutuan tədbirlər planı hazırladı və onu həyata keçirməyə başladı. Elə həmin ildəcə ölkənin QATT-a üzv olması ilə ticarətin liberallaşdırılması istiqamətində inadlı addım atılmış oldu.

Həyata keçirilən islahatlar çox keçmədi ki, öz müsbət nəticəsini verməyə başladı. Belə ki, artıq 1988-ci illin sonlarından etibarən milli valyuta olan peso-nun dollarla arasındakı fərq minimuma endirildi, infilyasiyanın səviyyəsi 1987-ci ildəki 159%-dən 2002-ci ildə 7%-ə endirildi, ÜDM-nin artım tempi 2001-ci ildə 6%-ə çatdırıldı.

Argentina: Sahəsi 2.8 mln. km2, əhalisi 35.2 mln. nəfər (2004), paytaxtı Buenos-Ayres şəhəridir. Latın Amerikası YSÖ-ləri içində kifayət qədər inkişaf etmişdir. Müqaisə üçün onu da qeyd edək ki, Argentina da admbaşına düşən ÜDM-nin miqdarı, urbanizasiya səviyyəsi, qida standartı və digər bu tip xüsusiyyətlərə bir çox İEOÖ-lərdən irəlidədir.

Son illərdə ölkədə iqtisadiyyatın dirçəldilməsi və eyni zamanda infilyasiyanın aradan qaldırılmaaı üçün kütləvi tədbirlər həyata keçirilir. Belə ki, bu tədbirlərin həyata keçirilməsinə əsas səbəb artıq məlum olan iqtisadi böranlar idi. Deməli, həyata keçirilən tədbirlər burda da öz müsbət nəticəsini verdi. Artıq 1998-ci ildə ölkədə ÜDM-nin artım tempi 6%-ə çatdırıldı. Sənaye də dirçəlməyə başladı. Belə ki, təkcə 2003-cü ildə Argentinada 1.6 mlrd. ton çuqun, 3.2 mlrd. ton dəmir, 175 min avtomobil, 49.5 mlrd. kv/saat elektrik enerjisi istehsal edilmişdir.

YSÖ-lər arasında Argentina öz aqrar potensialı və bu sahə də ixrac etdiyi məhsulların həcminə görə qabaqcıl yerlərdən birini tutur.

Ümumiyyətlə götürdükdə Argentinanın əsas ixrac etdiyi məhsullara taxıl, ət və ət məhsulları, şərab, meyvə, dəri məmulatları və emaledici sənaye məhsulları təşkil edir. Ölkənin ixrac portnyorlarına Avropa Birliyi ölkələri, ABŞ, Peru, Braziliya, Uruqvay və Çili daxildir.

Beləliklə, bütün bu yuxarıda deyilənlərdən sonra nəticə olaraq onu qeyd edə bilərik ki, bütün YSÖ-lər ilkin dövrlərdə müəyyən şətinliklərlə üzləşsələr də sonradan onların həyata keçirdikləri düzgün və məqsədyönlü iqtisadi islahatlar müasir dövrdə onları YSÖ möcuzəsinin iştirakçısı etmişdir. Bu da onların gələcəkdə dünya bazarının liderləri olacaqları fikrinin bir daha nə qədər real ola biləcəyindən xəbər verir.

Dünya təsərrüfat sistemidə dəyişikliklər dedikdə ilk öncə beynəlxalq əmək bölgüsü yada düşür. Eyni zaman da onu da qeyd edək ki, bu dəyişikliyə BƏB-in strukrut dəyiçikliyi fonunda baxa bilərik.

Beynəlxaq əmək bölgüsündə struktur dəyişiklikləri və YSÖ-lərin bu sahədəki mövqeyi haqda danışmazdan əvvəl beynəlxalq əmək bölgüsünün anlayışı, mahiyyəti ilə tanış olaq.

Beynəlxalq əmək bölgüsü, ümumiyyətlə, demək olar ki, kapitalizmin “məhsuludur”. Çünki, onun inkişafı kapitalizm dövrünə təsadüf etmişdir. Belə ki, bunun nəicəsində ayrı-ayrı dövlətlər bu və ya digər təbii resurslardan, iqtisadi göstəricilərindən, işçi qüvvəsinin vəziyyətindən və s.-dən aslı olaraq quruplaşdırılmağa başladılar.

BƏB-i sosializmə aid etmək olmaz. Beynəlxalq əmək bölgüsünün əsas qanuna görə burada istehsal olunan məhsullar, hər şeydən öncə, tələbata uyğun olmalıdır və bazarda rəqabət nəticəsində reallaşdırılmalıdır. Bütün bunlar isə sosializmə yaddır.

Bəhs, beynəlxalq əmək bölgüsünün ölkələrə xeyri nədir? Ayrı-ayrı ölkələri beynəlxalq əmək bölgüsündə iştirak etmələrinə sövq edən nədir? Bunun üçün gəlin aşağıdakılara nəzər salaq:

✔ Mövcud daxili bazarın həcmi. İri dövlətlər üçün bu istehsal və istehlak mallarının əldə edilməsi üçün əvəzedilməzdir.

✔ Ölkənin iqtisadi inkişaf səviyyəsi. İqtisadi potensial nə qədər aşağı olarsa, ölkənin beynəlxalq əmək bölgüsündəki iştirakı bir o qədər artır.

✔ Ölkənin təbii resurslarla təmin olunma dərəcəsi. Ölkənin təbii resurslarla həm yüksək dərəcədə təmin olunması və həm də zəif təmin olunması onu beynəlxalq əmək bölgüsündəki iştirakını labüd edir.

✔ Sənayenin bazis sahələrinin iqtisadiyyatda yeri. Ölkənin iqtisadiyyatında baza sahələrinin payı nə qədər çox olarsa, onun bir o qədər beynəlxalq əmək bölgüsündə iştirakı azalır.

İndi isə gəlin BƏB-in strukturuna nəzər salaq. Onda biz bu zaman görərik ki, bu sahə çpx mürəkkəb bir quruluşa malikdir. Xüsusən də müasir dövrdə.

Ümumiyyətlə, alimlərin fikrinə görə beynəlxalq əmək bölgüsü struktur nöqteyi-nəzərdən iki yerə ayrılır.

✔ Ümumi sahə - buraya sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekominikasiya və s. aid edilir.

✔ Xüsusi sahə - buraya maşınqayırma, heyvandarlıq, bitkiçilik, əlvan metallurgiya və s. daxildir.

Son dövrlərdə isə bütün dünyada baş verən qlobal iqtisadi dəyişikliklər sössüz ki, BƏB-in strukyurundan da yan keçməmiş, burada da müəyyən dəyişikliklər baş vermişdir. Dəyişikliklər əsasən ETT-nin inkişafı ilə əlaqədar olaraq yeni-yeni sahələrin yaradılması ilə bağlıdır. Buraya texnika və texnologiya sahəsindəki yenilikləri, telekomnikasiyanı, müxtəlif xidmət sahələrini (məsələn, satışdan sonra servis xidmətinin bəzi nəhsullar üzrə dünyanını istənilən yerində həyata keçirilə bilmə imkanı), robort sənayesini, aerokosmik sənayeni, bank və maliyyə sahəsindəki yenilikləri və s.-i göstərmək olar. BƏB-in strukturuna daxil olan sahələrdən biri də beynəlxalq ticarətdir. Məlumdur ki, tarixən dünyada ən iri ixracatçılar və idxalatçılar qismində ABŞ və Qərbi Avropa ölkələri çıxış edirdilər. Lakin XX əsrin sonlarından etibarən YSÖ-lərin meydana gəlməsi bu sahədə dəyişikliklərin əmələ gəlməsinə gətirib çıxartdı. Belə ki, əsasən xarici bazara yönəlmiş məhsul istehsal edən bu dövlətlər (xüsusi ilə də Asiya YSÖ-ləri) artıq müasir dövrdə sənaye məhsullarının nəhəng ixracatçılarına çevrilmişlər.

YSÖ-lərin beynəlxalq əmək bölgüsündən danışarkən, xüsusən, onu da qeyd etməliyik ki, artıq bu dövlətlər beynəlxalq ticarətdə konkret məhsullar üzrə də ixtisaslaşmışlar.

Bundan başqa YSÖ-lərin BƏB-dəki mövqeyini təşkil edən amillərdən bəhs edərkən xüsusi ilə qeyd etməli olduğumuz amillərdən biri də bu ölkələrin dünya sənaye məhsulları istehsal edən nəhənglər kimi çıxış etmələrini qeyd etməliyik. Burada bir amili nəzrə almaq lazımdır ki, əgər Asiya YSÖ-ləri “nou-hau”, ETT məhsulları, elektron avadanlıqların istehsalında dünya “nəhənglərinə” çevrilə bilmişdilərsə, Latın Amerikası YSÖ-ləri bu baxımdan xammal məhsullarının ixracı, eyni zamanda avtomobilqayırma və s. sahələr üzrə ixtisaslaşmışlar.

Beləliklə, YSÖ-lər müxtəlif sahələr üzrə ixtisaslaşmalarına və dünya üzrə beynəlxalq əmək bölgüsündəki bəzi sahələr üzrə üstünlükləri bu gün də davam etdirir və onların müasir inkişaf templəri gələcək prespektivlərdən xəbər verir.

YSÖ-lərin beynalxaq münasibətlər sistemində yeri haqqında danışarkən ilk növbədə onları xarici ticarət əlaqələrindən danışsaq fikrimizcə yanılmarıq. Elə məhz YSÖ-lərdə xarici ticarətin artım tempi, onun xarakteri, strukturu və coğrafi istiqamətləri bu ölkələrin dünya bazarında və beynəlxalq münasibətlər sistemində “siması”-nı müəyyən edir.

Artıq dünyanın nəhəng dövlətləri olan ABŞ, Almaniya və Yaponiya kimi dövlətlər müasir iqtisadfi inkişafa nail olmaq üçün indiki YSÖ-lərin keçdiyi yolu keçmişlər. Lakin xesusi ilə bir məqama diqqət yetirmək lazımdıır. Belə ki, əgər yuxarıda adı çəkilən dövlətlər bu səviyyəyə çatmaq üçün yüzilliklərlə vaxt sərf etmişlərsə, YSÖ-lərə bunun üçün cəmi bir neçə onilliklər lazım olmuşdur.

Ümumiyyətlə, artıq bildiyimiz kimi, YSÖ-lərin beynəlxalq münasibətlər sisteminə inteqrasiyası 1960-cı illərdən bu ölkələrin həyata keçirdikləri çoxsahəli və mürəkkəb iqtisadi islahatlarla başlamışdır. Bu zaman xüsusi ilə onu da qeyd etməliyik ki, onların hər biri xarici iqtisadi amillərdən daha çox istifadə edirdilər. Bunların arasında xüsusi ilə bir ölkəyə xarici investisiyaların cəlb edilməsi, idxal-ixrac əməliyyatlarını genişləndirilməsi. Inkişaf etmiş ölkələrdən müasir texnika və texnologiyanın cəlb edilməsi və s. göstərə bilərik.

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, YSÖ-lərin müasir iqtisadiyyat formalaşdırılmasını və dünya iqtisadiyyatına inteqrasiyasını “təmin edən” amillərdən biri də birbaşa xarici investisiyalardır. Statistikaya nəzər salsaq görərik ki, 1980-ci illərin II yarısında YSÖ-lərə cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi, o illərdə inlişaf etmiş ölkələrə yönəldilmiş xarici investisiyaların 42%-ə çatmışdır. Onu da qeyd etməliyik ki, YSÖ-lər üçün birbaşa investor ölkə simasında lider mövqedə ABŞ durur. Belə ki, 2005-ci ilin məlumatına əsasən ABŞ-in həyata keçirdiyi bütün investisiyaların 18%-i YSÖ-lərin payına düşür. Bu sahədə ikinci yeri isə Yaponiya tutur.

YSÖ-lərə yönəlmiş Yapon investisiyaları haqqında danışarkən onu qeyd etməliyik ki, təyinat nöqteyi nəzərindən bu investisiyalar əsasən YSÖ-lərdə ixracın rəqabət qabiliyyətliliyini artırmaq və ölkələrdə sənayeləşdirməyi gücləndirməyə yönəldilmişdir.Elə məhs bu tip investisiyalar bu günkü gündə yeni sənaye ölkələrini emaledici sənaye məhsulları ixrac edən dünya nəhənglərinə çevirmişdir. Təkcə 1982-1985-ci illərdə bu cür investisiyalar Tayvanda 2 dəfəya qədər, Honq Konqda 61% artmışdır. Elə bu müddət ərzində, Yaponiyanın birbaşa investisiyaları YSÖ-ləri dünya iqtisadiyyatında artıq sənaye məhsulları ixrac edən ən böyük dövlətlərə çevirmişdi. Misal üçün onu göstərə bilərik ki, artıq 80-ci illərdən başlayaraq Cənubi Koreyada yapon investisiyalarının ümumi həcmi o dövrdə ölkəyə cəlb olunan ümumi investisiyaların cəminin yarısına bərabər idi.

YSÖ-lərin iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalardan danışarkən xüsusilə bir məqama diqqət yetirməliyik. Belə ki, bu zaman Asiya və Latın Amerikası YSÖ-lərinə yönəldilən sahibkar kapitalının təyinat sahələrini fəqləndirmək lazımdır. Əgər Asiya YSÖ-lərinə yönəldilmiş investisiyalar daha çox emaledici sənayenin və hazır məhsul istehsalının inkişafına yönəldilirsə, Latın Ameriaksında isə bu xidmət sahəsinin inkişafına, ticarətin inkişaf etdirilməsinə və həmçinin emaledici sənayenin inkişafına yönəldilirdi.

Davamlı xarici kapitalla “bəhrələnən” YSÖ-lərin iqtisadiyyatına bu gün nəzər salsaq görərik ki, bu ölkələrdə faktiki olaraq xarici kapitalın iştirak etmədiyi sahə qalmamışdır.

İnvestisiyaların gəlirliyi səviyyəsinə görə Asiyanın YSÖ-ləri Latın Amerikasının YSÖ-lərini üstələyir.

Göründüyü kimi, xarici investisiyaların ölkə iqtisadiyyatına təsiri daha çox Asiyanın YSÖ-lərində qeydə alınmaqdadır və bu da onların Latın Amerikasının YSÖ-lərinə nisbətən daha çox inkişaf etməsinə səbəb kimi göstərilə bilər.

YSÖ-lərin meynəlxalq münasibətlər sisitemindəki rolundan danışarkən qeyd olunması gərəkən amillərdən biri də onların xarici ticarət əlaqələridir. Sənaye cəhətdən inkişaf etmiş bu ölkələr qrupuna beynəlxalq ticarətdə “simasını” təşkil edən sahələr əsasən texnika və texnologiya məhsulları, məişət avadanlıqları, yeyinti məhsulları, xammal (bu daha çox Latın Amerikasının YSÖ-lərinə xasdır) və digər elmtutumlu sahələrdir. Lakin məlumdur ki, hər bir inkişaf etmiş ölkələr kimi bu ölkələr qrupu da müasir vəziyyətlərinə çatana qədər müəyyən bir inkişaf tarixi keçmişlər. Onların beynəlxalq ticarət sahəsində keçirdikləri tarixi inkişaf yolu da xüsusən maraqlıdır. Bunun üçün də YSÖ-lərin beynəlxalq ticarətdəki müasir vəziyyəti haqqında bəhs etməzdən əvvəl, fikirimcə onların bu sahədə keçdikləri yola qısa nəzər salmağımız məqsədəuyğu olardı.

İlk dövrlərdə daha çox yerli bazara meyl edən YSÖ-lər daha sonra ixracı genişləndirməyə başladılar və bu da onların qısa bir vaxtda beynəlxalq ticarətdəki və eyni zamanda dünya bazarındakı payların artmasına gətirib çıxardı.(misal üçün göstərək ki 1950-ci ildə beynəlxalq ticarətdə HonqKonqun payı 3.7%, Sinqapurun 2.3%, Cənubi Koreyanın payı 2.4%,Tayvanın payı isə 2.2% idi.

Sürətli inkişaf nəticəsində artıq 90-cı illərin əvvəllərində Asiya “əjdaha”- ları və ASEAN üzvləri (Flippini çıxmaq şərtilə) dünyada sənay məhsulları ixrac edən ölkələrin ilk onluğuna daxil idilər. Bəzi göstəricilərə görə isə onlar hətta liderlik mövqelərini də tuturdular. Belə ki, yalnız Sinqapur dünyada maşınqayırma məhsullarının ixracının 10.4%-nə, telekommunikasiya avadanlıqları ixracının 4.2%-nə, lampa və tranzistor ixracının 6.6%-nə, televizor ixracının 8%-nə, radioqəbuledici ixracının 14%-nə, musiqi avadanlıqları ixracının 7.7%-nə nəzarət edir. Bu dövrdə Cənubi Koreya isə dünya bazarında analoji göstəricilərlə müvafiq olaraq 2.9; 3.4; 9.6; 9.3; 11.1; 9.6% paya sahib idi. Eyni zamanda bundan başqa Koreya gəmiçilik sənayesi məhsullarına görə 13.1% paya sahib idi. YSÖ-lərinin yüksək sürətlə inkişaf edən xarici ticarəti haqqında danışarkən xüsusilə onu qeyd etmək lazımdır ki, həmişəki kimi bu ölkələrin onlar üçün əsas təşkil edən məhsullar üstünlükdədir, digər məhsullar isə daha çox yerli bazara xidmət edir. Belə ki, 90-cı illərdə Cənubi Koreya ixracında 2-ci yeri ayaqqabı, 4-cü yeri sintetikadan olan tekstil məhsulları təşkil edirdisə, Tayvanda isə 2-ci yeri oyuncaq və idman malları, 7-ci yeri isə ayaqqabı tuturdu.

Aktiv xarici iqtisadi siyasət yürüdən YSÖ-lər arasında təkcə Asiya YSÖ-ləri 1990-cı illərin əvvəllərində ABŞ və Sakit okean regionu ölkələri ilə olan qarşılıqlı mal dövriyyəsini 128.4 mlrd. ABŞ dollarına çatdırdılar. Bu da öz növbəsində Qərbi Avropa ilə həyata keçirilən qarşılıqlı mal dövriyyəsindən çox idi (belə ki, bu rəqəm 117.1 mlrd. ABŞ dollarına bərabər idi). Bununla belə hazırda Asiyanın YSÖ-ləri ABŞ bazarında avtomobil və texnika satışının 30%-ə, tekstil və toxuma məhsullarının isə 50%-ə nəzarət edirlər.

İqtisadçı alimlər tərəfindən son illər xüsusilə önəmli olan bir faktor kimi o irəli sürülür ki, artıq bu ölkələr son illərdə bir-biriləri üçün maraqlı olmağa başlamışlar.

Müasir dövrdə isə YSÖ-lərin beynəlxalq ticarətdə və beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolu haqqında danışdıqda onu da qeyd edə bilərik ki, əsasən ixrac və qismən də idxal yönümlü (LA YSÖ-ləri) bu ölkələr qrupunun beynəlxalq ticarətdə özünəməxsus yeri vardır.

Ümumiyyətlə, artıq bəzən YSÖ-lərin həyata keçirdikləri idxal-ixrac əməliyyatlarının həcmini ABŞ-la da müqaisə etməyə başalmışlar.

Müasir dövrdə YSÖ-lərdə ÜDM-nin artim tempinin durmadan inkişafı öz növbəsində onların beynəlxalq menasibətlər sistemində və eyni zamanda beynəlxalq ticarətdə daha böyük uğurlar qazanmağa imkan verir. Real ÜDM-nin artım tempinə baxsaq görərik ki, təkcə 2002-ci ilin birinci yarısında qrup ölkələrindəki ÜDM keçən ilə nəzərən 5.9% artmışdır. Məlumat üçün qeyd edək ki, 2001-ci ildə bu rəqəm 2.9% olmuşdur.

Bəzi iqtisadçıların fikirincə YSÖ-lərin beyləxalq arenadakı uğurlu çıxışı bu ölkələrin həyata keçirdiyi daxili və xarici siyasətlərlə də sıx bağlıdır. Belə ki, əsasən müqaisəli üstünlüklər nəzəriyyəsinə əsaslanan bu siyasətin bir sıra xarakterik xüsusiyyətləri vardır. Bunlar aşağıdakılardır:

✔ YSÖ-lərin beynəlxalq ticarətdə həyata keçirdikləri ixrac siyasəti əsasən dünya bazarındakı partnyor ölkələrin istehlakçı tələbatlarının ödənilməsinə yönəlmişdir.

✔ İxrac məhsullarının nomenklaturasının tədricən dəyişdirilməsi həyata keçirilir.

✔ Yeniliklərə meyl göstərilir.

✔ Azad iqtisadi zonalardan lazımca istifadə olunur.

NƏTİCƏ:
Sonda nəticə olaraq onu qeyd edə bilərik ki, artıq öz çətin iqtisadi dövrlərini geridə qoyan həm Asiya YSÖ-ləri və həm də Latın Amerikasının YSÖ-ləri hazırda tədricən öz iqtisadi vəziyyətlərini stabilləşdirirlər. Bununla bərabər onların gördüyü işlər sırasına istehlakçıların özlərinə inamına yenidən bərpa etmək, məcmu ixracı artırmaq, iqtisadi islahatları genişləndirmək və s. daxildir. Lakin qeyd etdiklərimizlə bahəm onu da deməliyik ki, adı çəkilən ölkələr üçün müəyyən baryer mövcuddur. Bu da ilk növbədə xarici borcları ÜDM-un 20%-dən 28%-nə, Taylandda 38%-dən 48%-nə, İndoneziya 58%-dən 94%-nə qalxmışdır.

Siyasi nöqteyi nəzərindən insan hüquqlarına hörmətlə yanaşmaq və eyni zamanda iqtisadi artıma nail olmaq əsas kriteriyalar kimi nəzərə alınmalıdır. Bunun üçün siyasi quruluşun demokratikləşdirilməsi xüsusilə önəmlidir. Lakin onu da göstərmək labüddür ki, bu yolda ilk növbədə siyasi infrastrukturun və iqtisadiyyatı gücləndirmək lazımdır ki, ölkə vətəndaşları demokratikləşməni sonradan tam adekvat qəbul etsinlər.

Bu yolda Asiya YSÖ-lərin qarçısında duran məsələlər sırasında institutların yaradılması məsələsi də durur.

İqtisadi inkişaf göstəricilərini get-gedə yüksəltmək yolunda YSÖ-lər hazırda ayrı-ayrılıqda inamla çalışırlar.

Beləliklə, bütün yuxarıda deyilənlərlə bərabər onu da qeyd etməliyik ki, bir sıra çətinliklərə baxmayaraq hazırda həm Asiyanın YSÖ-ləri və həm də Latın Amerikasının YSÖ-ləri yüksək səviyyədə inkişaf edirlər və onların bu cür inkişafı gələcəkdə dünyada dördüncü bir iqtisadi gücün yaranması ilə də nəticələnməsinə böyük ümidlər bəslənir.