Mövzu № 5. Ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi

      Makroiqtisadiyyatın (bütövlükdə milli iqtisadiyyatın) fəaliyyətinin və sosial - iqtisadi inkişafının ən mühüm, fundamental problemlərindən biri ümumi iqtisadi tarazlıq, onun səmərəliliyi və bu və ya digər iqtisadi sistemdə yaşayan əhalinin rifahının yüksəldilməsi problemidir.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri Makroiqtisadi (və ya ümumi) tarazlıq iqtisadi nəzəriyyənin ən mühüm kateqoriyasıdır. Ümumi makroiqtisadi tarazlıq o deməkdir ki, milli iqtisadiyyatda iqtisadi proseslərin: istehsal və istehlakın, məcmu tələbin və məcmu təklifin, istehsal xərcləri və nəticələrin, maddi-əşyavi və maliyyə axınlarının balanslaşdırılması və proporsionallığına nail olunmuşdur.

Ayrıca götürülmüş bazarda yaranan qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq - bütün bazarların qarşılıqlı təsiri nəticəsində yaranır ki, hu zaman bazarlardan birində tələb və ya təklifin dəyişməsi bütün bazarlarda tarazlıq qiymətləri və satış həcminə təsir edir. İdeal və real tarazlıq fərqləndirilir.

İdeal (nəzəri arzuolunan) tarazlıq fərdlərin maraqlarının xalq təsərrüfatının bütün struktur elementlərində, bölmələrində, sahələrində optimal həyata keçirilməsi zamanı onların iqtisadi davranışında müşahidə olunur. Belə tarazlığa çatmaq üçün aşağıdakı təkrar istehsal şərtlərinə əməl olunması nəzərdə tutulur:

• ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi

• fərdlərin hamısı bazarda istehlak şeyləri tapmalıdır;

• sahibkarların hamısı bazarda onlara lazım olan istehsal amillərini tapmalıdır;

• ötən ilin bütün məhsulları realizə olunmalıdır.

Real makroiqtisadi tarazlıq iqtisadi sistemlərdə qeyri-təkmil rəqabət və bazara xarici amillərin təsiri şəraitində müəyyənləşən tarazlıqdır. Ümumi iqtisadi tarazlıq ideyası başlanğıcını iqtisadçı-klassiklərin əsərlərindən götürür; doğrudur, onlar makroiqtisadi göstəricilərdən istifadə etmirdilər, onlar üçün mikrotəhlil daha səciyyəvi idi.

Hər halda A.Smit göstərmişdi ki, istehsalçı və istehlakçının azad qarşılıqlı təsiri şəraitində hərcmərclik deyil, öz şəxsi maraqlarını gözləyən fərdlərin iqtisadi qaydaları fəaliyyətdə olur ki, bu da hamı üçün sərfəli olan ümumi tarazhğın bərqərar olmasına gətirir ki, bu fikir onun bütövlükdə bazar iqtisadiyyatının fəaliyyəti haqqında aydın təsəvvürünün olmasına dəlalət edir. Hazırda makroiqtisadi tarazlıq modelləri xeyli çoxdur və onlardan bir neçə əsasını göstərmək lazım gəlir.

Ən məşhur modellər sırasında aşağıdakıları göstərmək olar: F.Kene modeli - onun sadə təkrar istehsalı və tədavülü təsvir edən «iqtisadi cədvəlləri»; K.Marksın kapitalist ictimai təkrar istehsal modeli; L.Valrasın azad rəqabət qanununun fəaliyyəti şəraitində «ümumi iqtisadi tarazlıq» modeli; V.Leontyevin «xərclər-buraxılış» modeli; C.M.Keynsin qısamüddətli iqtisadi tarazlıq modeli; C.Neymanın tarazlıqlı genişlənən iqtisadi modeli; institusional tarazlıq modeli və b.

Yuxarıda sadalanan müəlliflərin nəzəriyyələri zəminində makroiqtisadi tarazlığın müasir modifikasiya və sintez edilmiş modelləri qurulur. Klassik ümumi iqtisadi mtarazlıq modeli bundan çıxış edir ki, bazar mexanizmi milli iqtisadiyyat miqyasında yaranan disbalansı özü-özlüyündə düzəltməyə qabildir, tarazlığı avtomatik olaraq dəstəkləmək üçün bazarın, əgər dövlət, həmkarlar ittifaqları və ya oliqarxların razılaşmaları onu korlamırsa, həmişə kifayət qədər daxili resursları var.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri

Modelin əsasında fransız iqtisadçısı J.B.Seyin qanunu (Sey qanunu) durur.

Qanunun mahiyyəti aşağıdakından ibarətdir: «əmtəə təklifi öz tələbini yaradır», çünki əmtəə və ya xidməti satan onun əvəzində pul alır və həmin pula başqa əmtəə və xidmətlər alır. Özü də hər kəs özünün ehtiyac duyduğu əmtəələrə ekvivalent olan miqdarda məhsul yaradır, buna görə də satıcıların gəlirlərinin məbləği alıcıların xərcləri məbləğinə müvafiq olur və nəticədə əldə olunan gəlirin hamısı mütləq alışlara xərclənir, yəni tələb və təklif həmişə tarazlaşır və nə defisit, nə ifrat istehsal mümkün deyil.

Makro səviyyədə E əmtəə dəyərləri = E məcmu gəlirlərinə. Sey tarazlığının çatışmazlığı makrosəviyyədə bu bərabərliyin xülya olmasındadır. Əslində, gəlirlərin məbləği əmtəə dəyərləri məbləğindən həmişə istehlak olunmuş istehsal vasitələri kəmiyyəti qədər azdır.

A. Marşal ümumi tarazlığı müxtəlif əmtəələr üzrə ayrı-ayrı tarazlıqların məcmusu kimi nəzərdən keçirirdi və bununla da makroiqtisadi tarazlığın neoklassik nəzəriyyəsinə öz töhfəsini verdi, özünün «Ekonomiks prinsipləri»ndə (1890) o, bazarın iqtisadi təhlilinin mərkəzində «tarazlıq qiyməti »ni götürürdü və hesab edirdi ki, qısamüddətli dövrdə onun formalaşmasına tələb təsir göstərir, uzunmüddətli dövrdə isə - təklif. O, iqtisadi nəzəriyyəyə qrafik təhlil metodunu gətirmiş və ondan geniş istifadə etmişdi.

K.Marksda olduğu kimi. Marşalıda da tarazlıq resursların yerdəyişmələri hesabına bərpa olunur.

Tarazlığın müasir makroiqtisadi təhlili ümumiləşdirmələr və ya məcmu göstəricilərinin formalaşdırılmasının köməkliyi ilə müstəqil aqreqatlarla aparılır. Ən mühüm aqreqatlar aşağıdakılardır:

• tarazlı miqdarda əmtəə və xidmətləri birləşdirən milli istehsalın real həcmi;

• bütün əmtəə və xidmətlər məcmusunun qiymət səviy yəsi ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi (aqreqat qiymətləri). Bu göstəriciləri koordinat oxlarında yerləşdirsək, ictimai istehsalın səviyyəsi və dinamikasını, məcmu tələbi və məcmu təklifinin xarakteristikalarını, iqtisadiyyatın ümumi tarazlıq şərtlərinin müəyyənləşdirilməsinin öyrənilməsi üçün qrafik zəmin əldə edərik.

Məsələnin belə qoyuluşu dəqiqləşdirmə tələb edir, çünki adları çəkilən göstəricilərin məhz necə formalaşdığı aydın deyil. İstehsalın real həcmini adətən ümumi milli məhsulun və ya milli gəlirin göstəriciləri ilə səciyyələndirirlər. Amma iqtisadiyyatın vəziyyəti və inkişaf perspektivlərinin qiymətləndirilməsi üçün ÜMM-in həcmindən çox onun artım sürəti vacibdir. Buna görə də üfüqi oxda ÜMM-in və milli gəlirin illik artım sürəti, şaqulidə isə ÜMM deflyatorunun və ya qiymətlərin illik artım sürətinin hesablanması əks etdirilir. Beləliklə, alınmış koordinat sistemi həm cəmiyyətdəki maddi nemətlərin miqdarı haqqında, həm də həmin nemətlərin orta qiyməti (qiymətlərin səviyyəsi) haqqında təsəvvür yaradır ki, bu da son nəticədə bütövlükdə milli iqtisadiyyata tətbiq oluna bilən tələb və təklif əyrilərini qurmağa imkan verir.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri yəni milli İstehsalın istehlakçılarının, müəssisələr və hökumətin qiymətlərinin istənilən səviyyəsində almağa hazır olduğu real həcmini əks etdirən modeldir.

«Məcmu tələb» məfhumu iqtisadiyyatın müxtəlif bölmələrinin həmin vaxt ərzində xərcləməyə hazır olduğu pulun məcmu həcmini bildirir. İqtisadi nəzəriyyədə məcmu tələb (AD, aggregate demand) dedikdə, milli iqtisadiyyatda yaradılmış bütün son əmtəə və xidmətlərin alınması üçün makroiqtisadi subyektlərin hamısı tərəfindən planlaşdırılmış məcmu xərclər başa düşülür. İqtisadiyyatın ayrı-ayrı bölmələri arasında xərclər bölgüsünə müvafiq olaraq onun tərkibində aşağıdakı əsas elementləri fərqləndirirlər: C - ev təsərrüfatlarının istehlak xərcləri; I - xüsusi bölmənin investisiya xərcləri; G - dövlət tədarükləri; NX - xalis ixrac. Nəticədə məcmu tələb bütövlükdə göstərilən xərclərin cəmi kimi verilə bilər:

AD = C + 1 + G + NX.

Məcmu tələbin çox hissəsini (MG-in 50%) əhalinin istehlak təyinatlı əmtəə və xidmətlərə, yəni qısa olması üçün istehlak adlandırdığımız C elementinə xərcləri təşkil edir. İnvestisiya xərcləri firma və təsərrüfatların investisiya əmtəələrinə xərclərindən (ÜDM-in 15-20%-i) ibarətdir.

Dövlətin əmtəə və xidmətlər tədarükü hökumətin xidmətlərin (təhsil, səhiyyə və s.) ödənilməsi və dövlət məmurlarının (federal, regional, bələdiyyə) saxlanması xərcləridir ki, bu da ölkənin milli gəlirinin 30%-ini təşkil edir. Xalis ixrac ixrac və idxal arasındakı fərqdir.

Məcmu tələb bir çox amillərdən: ölkədə qiymətlərin ümumi səviyyəsindən, real milli gəlirin səviyyəsindən, yığılmış əmlakın dəyərindən, dövlətin əhalinin gəlirlərinə vergiqoyma sahəsində, pul, kredit və s. siyasətindən asılıdır ki, bunlar vergilərin, faiz dərəcəsinin ölçülərini, pensiyaların ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi dövlət büdcəsi müəssisələri və təşkilatları işçilərinin əməkhaqqının həcmini, firma və ev təsərrüfatlarının gözləmələrini, mübadilə məzənnəsini və s. müəyyənləşdirir.

İqtisadi nəzəriyyədə məcmu tələb kəmiyyətinin qiymətlərin səviyyəsindən azalan asılılıq qanunu nəzəri cəhətdən əsaslandırılır.

Bu qanun qiymətlərin ümumi səviyyəsinin dəyişməsi nəticəsində iqtisadiyyatda baş verən üç effektin xarakteristikasına əsaslanır:

• faiz dərəcəsi effekti (qiymətlərin səviyyəsinin qalxması pula tələbin artmasına səbəb olur, faiz dərəcəsinin artması baş verir, buna görə də investisiya qoyuluşu və avtomobil, ev, mənzil və s. almaq üçün kredit götürülməsinə maraq aşağı düşür);

• varlılıq və ya real kassa qalıqları effekti (qiymətlərin səviyyəsinin qalxması bank əmanətlərinin, istiqrazların, yəni maliyyə aktivlərindən gəlirlərin real dəyərini aşağı salır; nəticədə istehlakçılar əvvəlki zənginlik səviyyəsini bərpa etmək üçün alışları azaldırlar);

• idxal alışları effekti (qiymətlərin səviyyəsinin yüksəlməsi xarici əmtəə və xidmətlərin idxalının artmasına və milli əmtəələrin ixracının azalmasına səbəb olur; məcmu tələbin tərkib hissəsi olan xalis ixracın azalması baş verir). Məcmu təklif hər bir mümkün qiymətlər səviyyəsində nağd real istehsal həcminin səviyyəsini göstərən modeldir.

İqtisadi nəzəriyyədə məcmu təklif (AS, aggregate supply) ölkədə istehsal olunmuş və qiymətlərin bütün mümkün səviyyələrində firmaların müəyyən müddət ərzində bazarda təklif etməyə hazır olduqları bütün son əmtəə və xidmətlərin cəminə deyilir. Başqa sözlə, məcmu təklif - son əmtəə və xidmətlərin qiymət indeksinin müxtəlif göstəricilərində milli istehsalın real həcmidir.

Makroiqtisaddan edilən əsas nəticələr kimi, makroiqtisadi təhlil bunu deməyə əsas verir ki, daha yüksək qiymətlər istehsalın genişləndirilməsini stimullaşdırır və əksinə.

Bütün digər şərtlərin bərabərliyi şəraitində qiymətlərin eyni zamanda qalxması məcmu tələb səviyyəsinin aşağı düşməsinə səbəb olur. Əgər iqtisadiyyatın tarazlığı inflyasiyanın sıfır və illik real ÜMM-in 4% artımı səviyyəsində əldə olunursa, iqtisadiyyatın belə vəziyyətini optimal adlandırmaq olar. Əslində isə tarazlıq idealdan çox uzaq şəraitlərdə müəyyənləşə bilər.

ÜMM-in dinamikası və məcmu təklifin əyrisi həm də cəmiyyətdə məşğulluq kəmiyyətinin dəyişməsi barədə təsəvvür yaradır. Bütün digər şərtlərin bərabərliyi şəraitində ÜMM-in artması iş yerlərinin sayının artması və işsizliyin azalması ilə müşayiət olunur, amma depressiya və böhran dövründə işsizlik sürətlə artır. Məşğulluq səviyyəsinin dəyişməsi adətən real ÜMM-in dəyişdiyi istiqamətdə, amma zaman müddətində bir qədər gec baş verir.

Klassik məktəb bildirir ki, istənilən məcmu təklif əyrisi şaqulidir. Bu konsepsiya iqtisadiyyatın tam gücü ilə işləməsi və resursların tam məşğulluğu ehtimalından çıxış edir. Ayrı-ayrı firmalar resurslar üçün daha yüksək qiymət təklif etməklə öz istehsallarını genişləndirməyə cəhd edə bilərlər, lakin bununla onlar digər firmaların istehsal həcmini aşağı salmış olarlar. Bazarda rəqabətin artması qiymət artımına aparır və inflyasiya amili olur. Beləliklə, məcmu gəlirin dəyişməsi yalnız qiymətlərin səviyyəsinə təsir edə bilər, lakin məcmu istehsal həcminə və məşğulluğa təsir etmir.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri artmasından çəkinmədən istehsalı genişləndirmək olardı. İstehsal güclərinin yüklənməsinin artması qiymət səviyyəsinə toxunmadan milli istehsalın real həcminin və məşğulluğun artmasına aparır.

Məcmu təklif əyrisinin aralıq parçası yüksələndir və elə təkrar istehsal vəziyyətini nəzərdə tutur ki, bu zaman milli istehsalın real həcminin artması müəyyən qiymətlər artımı ilə müşayiət olunacaq. Bu, o cümlədən ayrı-ayrı sahələrin qeyri-bərabər inkişafı ilə, məsələn, avtomobil sənayesindən fərqli olaraq kompyuter sahəsinin intensiv inkişafı ilə şərtlənir. Qiymətlərin bir qədər artması ilə istehsalın genişlənməsi bir də onu göstərir ki, istehsal həcminin artırılması üçün köhnə avadanlıq və daha aşağı ixtisaslı işçilər istifadə olunmuşdu. Bazarda daha səmərəli resurslara məhdudiyyətlər olanda daha az məhsuldar resurslardan istifadə tamamilə realdır. Nəticədə məhsul vahidinə xərclər artır və son əmtəə və xidmətlərin qiymətini artırır. Lakin klassik məktəbin nəzərdən keçirdiyi vəziyyətdən fərqli olaraq (məcmu tələb əyrisinin şaquli parçası) istehsalın real həcmi artır. Müasir iqtisadi nəzəriyyə ondan çıxış edir ki, göstərilən konsepsiyalar gerçəklikdə mümkün olan müxtəlif təkrar istehsal vəziyyətlərini təsvir edirlər.

Əgər məcmu tələb keyns intervalında dəyişirsə, tələbin artması milli istehsalın real həcminin artmasına səbəb olur, lakin qiymətlərin səviyyəsinə toxunmur. Əgər məcmu tələb klassik kəsikdə artırsa, bu, qiymətlərin artmasına səbəb olur, amma istehsalın real həcmi əvvəlki kimi qalır, çünki o, «tam məşğulluq» zamanı öz hüdudlarından kənara çıxa bil107 ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi

Əgər məcmu tələb aralıq kəsikdə artırsa, bu, milli istehsalın real həcmini və qiymətlərin səviyyəsini artırır. Məcmu təklif əyrisinin forması ilə bağlı problemin nəinki nəzəri, həm də böyük praktik əhəmiyyəti var. Müasir Rusiyaya tətbiq etdikdə, bu problemi belə ifadə etmək olar: ölkənin iqtisadi dirçəlişi üçün məcmu tələbi həvəsləndirmək lazımdırmı?

1990-cı illərin Y.Qaydar, B.Fedorov və b. kimi iqtisadçıları və siyasi liderlərinin fikrincə, qiymətlərin inflyasiya artımından qaçmaq üçün tələbi həvəsləndirmək deyil, dondurmaq lazımdır. Bu yanaşma klassik konsepsiyaya əsaslanır və tələbin formalaşmasını istehsal həcminin artımı ilə deyil, inflyasiya ilə əlaqələndirir.

Lakin burada dəqiqləşdirilmirdi ki. Rusiyadakı iqtisadi vəziyyət, lap cüzi də olsa, resursların «tam məşğulluğu» modelinə bənzəmirdi. 1997-ci ildə ÜMM-in 1990-cı ildəkinin yalnız 50%-ni, sənaye istehsalı isə 40%-ni təşkil etdiyi şəraitdə Rusiya üçün keynsçi model daha uyğun gələrdi.

Bununla bağlı olaraq iqtisadi böhrandan çıxışı məcmu tələb və istehsalın artırılmasının həvəsləndirilməsi ilə əlaqələndirən alim və təsərrüfatçıların yanaşması daha realistik görünür. Həvəsləndirmə dedikdə iqtisadçılar dövlət tərəfindən məcmu tələbə təsir tədbirlərini başa düşürlər. Beləliklə, təhlilə makroiqtisadi proseslərə dövlət təsiri problemi cəlb edilir. Bu məsələdə də müxtəlif məktəblərə mənsub alimlərin fikirləri prinsipial fərqlidir.