Mövzu № 6. İstehlak, yığım və investisiya dinamikalarının xüsusiyyətləri

      İstehlak (ing. Consumption) — Tələbatı yaxud ehtiyacı təmin etmək üçün iqtisadi mənbə sərf etməyi nəzərdə tutan termindir.

Müxtəlif iqtisadi məktəblərə mənsub olan iqtisadçılar "istehlak" anlayışını geniş şərh etmişlər. Bunların sırasında ən populyar yanaşmaya görə yalnız hazır məhsul və ya xidmətin satın alınması və istifadəsi istehlak adlanan prossesə rəvac verir. Bununla yanaşı, digər növ xərcləmələr; sabit investisiya, dövlət xərcləri və s. tamamilə ayrı kateqoriyalarda qiymətləndirilir. İstehlakın tədqiqi baxımından müasir iqtisadi sistemə təsirləri olduğu düşünülən iqtisadçı alimlər, Con Meynard Keyns, Milton Fridmen və Franko Modilyanidir

İstehlakın mahiyyəti sözügedən nəzəriyyədə tələb əyrisi vasitsi ilə geniş tədqiq olunur. O cümlədən, fərdi qərarların tələb əyrisi üzərindəki təsirləri, İstehlakçının Davranış Nəzəriyyəsi altında Büdcə Məhdudiyyətləri əyrisində və Fərqsizlik Əyrisində təhlil edilir.

İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir[1]. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir[2].

İnvestisiyalar — mənfəət əldə etmək və (və ya) başqa bir faydalı effekt əldə etmək üçün sahibkarlıq və (və ya) digər fəaliyyət obyektlərinə qoyulmuş pul dəyəri, pul hüquqları olan digər hüquqlar da daxil olmaqla pul, qiymətli kağızlar, digər əmlak. C.R. McConnell və S.L.Bryu, İqtisadiyyat kitablarında investisiyanı istehsal və istehsal vasitələrinin yığılması ilə birlikdə mal ehtiyatlarının artması kimi dəyərləndirdilər[3].

Monetar pul nəzəriyyəsi baxımından vəsait istehlaka və ya qənaətə sərf edilə bilər. Sadə qənaət fondları dövriyyədən çıxarır və böhranlar üçün ilkin şərtlər yaradır. Digər tərəfdən investisiya, dövriyyədəki qənaətdən ibarətdir. Bu birbaşa və ya dolayı yolla baş verə bilər (müvəqqəti olaraq sərbəst pulu onsuz da özünə investisiya qoyan bir bankdakı bir depozitə qoymaq).

İnvestisiyaların təsnifatı

İnvestisiyaların müxtəlif təsnifatları mövcuddur.

İnvestisiya obyektinə görə, Real investisiyalar (real kapitalın müxtəlif formalarda birbaşa alınması):

- maddi aktivlər (əsas fondlar, torpaq), tikinti və ya yenidənqurma üçün ödəniş şəklində;

- əsas fondların əsaslı təmiri;

- qeyri-maddi aktivlərə investisiya qoyuluşları: patentlər, lisenziyalar, istifadə hüquqları, müəllif hüquqları, ticarət nişanları, nou-hau və s.;

- insan kapitalına investisiyalar (tərbiyə, təhsil, elm);

- hazır bir işin alınması.

Maliyyə investisiyaları (maliyyə aktivləri vasitəsilə dolayı kapital alınması):

- pay fondları daxil olmaqla qiymətli kağızlar;

- verilmiş kreditlər;

- lizinq (icarəyə verən üçün).

Müəssisə investisiyaları

Spekulyativ investisiyalar (yalnız mümkün qiymət dəyişikliyi üçün aktivlərin alınması):

- valyutalar;

- qiymətli və nadir torpaq metalları (ayrılmamış metal hesabları şəklində);

- qiymətli kağızlar (səhmlər, istiqrazlar, ortaq investisiya qurumlarının sertifikatları və s.).

Əsas investisiya məqsədlərinə görə

- Birbaşa investisiyalar.

- Portfel investisiyaları.

- Real investisiya.

Qeyri-maliyyə investisiyaları.

İntellektual investisiyalar (mütəxəssislərin hazırlanması, kursların keçirilməsi və daha çox şeylə əlaqəli).

İnvestisiya şərtləri ilə

- qısamüddətli (bir ilə qədər);

- orta müddətli (1-3 il);

- uzunmüddətli (3-5 ildən yuxarı).

İnvestisiya ehtiyatlarına sahiblik forması ilə

- özəl;

- dövlət;

- xarici;

- qarışıq.

Çoxalma yolu ilə

- ümumi investisiya - yeni tikintiyə, fondlar və əmək obyektlərinin əldə edilməsinə, ehtiyatların və intellektual dəyərlərin artmasına qoyulan vəsaitlərin ümumi həcmi;

- təmir investisiyaları (təmir investisiyaları) - əsas fondların və amortizasiya oluna bilən qeyri-maddi aktivlərin sadə istehsalına qoyulan investisiyalar (ümumiyyətlə amortizasiya ayırmaları məbləğində).

- xalis investisiya - amortizasiya xərcləri çıxılmaqla ümumi investisiyanın cəmi.

İnvestisiya tələbinin həcmini təyin edən amillər üzrə:

- muxtar, yəni məcmu tələbin (yəni milli gəlirin) artması ilə nəticələnməyən, lakin yeniliklərin, elmi və texniki tərəqqinin nəticəsi olan investisiyalar;

- məcmu tələbin (milli gəlir) artması nəticəsində yaranan

İnvestisiya sürətləndiricisi

Milli iqtisadiyyata qoyulan investisiyalar, ÜDM-in investisiya həcmini əhəmiyyətli dərəcədə üstələyən bir artıma səbəb olur. Keyns ilk investisiya məbləğinin ÜDM-də müvafiq artım təmin edəcəyinə inanırdı. Ancaq bu pulu alan insanlar bunun bir hissəsini istehlaka göndərəcəklər (bu da əlavə ÜDM artımını formalaşdıracaq) və bir hissəsi qənaətə gedəcək (mallarla mübadilə edilməyəcək, effektiv tələb bu miqdarda azalacaq). Gələcəkdə istehlak üçün ayrılan vəsaitlər yenə də yeni istehlaka (daha da az miqdarda olsa da, ÜDM-ə yeni bir töhfə verməyə) və yeni yığılmağa bölünəcəkdir. Bunu aşağıdakı diaqram göstərir. İnvestisiya 100 iş yeri yaradan əlavə tələb yaratsın. İş alan insanlar qazanclarının bir hissəsini istehlaka yönəldəcəklər ki, bu da 80 işçini iş yerləri ilə təmin edəcəkdir. Bu işçilər öz növbəsində gəlirlərinin bir hissəsini istehlaka yönəldəcəklər ki, bu da 64 iş yeri yaradacaq. Və beləcə ilkin investisiya qənaət ilə tamamilə mənimsənilənə qədər davam edir.

Bazar iqtisadiyyati şəraitində adətən ailə gəlirləri xərclərindən az olur. Yığım anlayışı dedikdə gəlirin mal və xidmətlərin alınmasına xərclənməyən hissəsi başa düşülür. Ödənilən vergilər yığımlara aid edilmir. əlbəttə ki əhalinin hər biri yığım toplamaq iqtidarında deyildir. Bəzi ailələr sadəcə pul yığmaq istəmirlər. bu cür ailələrə cavan ailələri missal göstərmək olar. Ilk vaxtlar onlar adətən vəsait qıtlığı çəkirlər çünki ev yaxud başqa bir daşınmaz əmlak almaq üçün onlar borc alır yaxud banklardan kreditlər əldə edirlər. gənclərin əksinə olaraq yaşlılar öz gəlirlərindən daha artıq xərcləyirlər. Yaşlıların gəlirləri xərclərindən onların ömür boyu topladıqları toplamış olduqlarını xərclədikləri üçün böyük deyil, sadəcə pensiyalarının çox kiçik olmasında irəli gəlir.Makroiqtisadi nöqteyi nəzərdən baxsaq yığım edən ailələr yığım toplamayanlardan sayca daha çoxluq təşkil edir. Bizim olkəmizdə yığım mövzusuna kifayət qədər diqqət ayrılmamışdır. Indi isə biz, yığımın makroiqtisadi aspektdəki problemlərini dərk edirik.

Bazar iqtisadiyyatına keçid yığımların ölkə iqtisadiyyatında oynadığı rolu yenidən dəyərləndirmək lazımdır. Sərbəst vəsaitləri yalnız yığmaq şərt deyildir. Yığımların əksi investisiyalardır. Yığmaq xərclərə müəyyən məhdudiyyətlərin qoyulmasıdır. Insanların hansı səviyyədə yığım toplamasında asılı olaraq cəmiyyət öz vəsaitlərini kapitala yönləndirir.Bu halda dəyərin artırılması üçün yığımların səmərəliliyin təmin edilməsi vacibdir. Bu şərtlərə əməl edilmədikdə əhalinin yığımlara olan həvəsi azalır. Investisiya gəlir əldə edilməsi məqsədilə pul vəsaitlərinin hır hansı bir sahəyə qoyulmasıdır. Yığımların investisiyalaşdırılması müxtəlif formalarda ola bilər: birbaşa vəsait qoyuluşu (aksiya, obliqasiya) daşınmaz əmlakın, dövlət qiymətli kağızlarını alınması, banklara depozitlərin qoyulması və.s

Əhali yığımının başlıca motivi hər kəsə məlumdur: gözlənilməz vəziyyətlər üçün ehtiyat, bahalaı mal almaq üçün pul yığmaq, faiz formasında gəlir əldə etmək, ya da bəlkə sadəcə ürək rahatlığı üçün.

Əhalinin cari yığımları fasiləsizdir. Onlar hələ lap qədimdən mövcud olmuşdur və bu gün də qalmaqdadır. Bu da onun makroiqtosadi səviyyədə əsl mahiyyətinə varmağa imkan vermir. Buna görə də inflyasiya prosesində əhali yığımlarının rolunu aydınlaşdırmağa tələb yaranır.

Hazırda yığım dedikdə, loru dillə desək, əhaılinin sonraya saxladığı müəyyən məbləğ pul vəsaiti başa düşülür. ədəbiyyatlarda yığıma konkret tərif hələ də mövcud deyildir.

Dövlət stasitika Komitəsi yığımı əhali gəlirlərinin analiz edilən dövrdəki miqdarı ilə cari xərcləri arasında fərq kimi izah edir. Belə yanaşma çox sadədəir, belə ki burada sadə riyazi hesab aparılır, amma yığımın əsl iqtosadi mənası aydınlaşdırılmamış qalır. Müasir iqtisadi nəzəriyyədə yığıma bir neçə yanaşma mövcuddur:

· Birincisi yığım dedikdə əhalinin bu gün gələcəkdə xərcləməyi nəzərdə tutduğu vəsait başa düşülür. Burada cari tələbatların, gələcək tələbatlar uğrunda “qurban edilməsi” prosesi baş verir. Burada əsas prinsip belədir: insan yalnız və yalnız o zaman yığım edir ki, o əmindir ki, gələcəkdə bu yığığmin gətirəcəyi fayda indi gətirə biləcəyindən daha çoxdur. əslində burada “cari” və ”gələcək ” anlayışları şərtidir və əsasən onların sərhəddi cari gəlirlərin əldə edilməsi müddəti ilə müəyyən edilir. Iddia eləmək olar ki, “Cari” elə bir dövr hesab edilir ki, vahid zaman kəsiyində gəlirin həcmi və gəlirin istehlak dəyəri vahidi daimi qalır, ona gorə də, individium istehlak gəlirini mövcud periodda sərf eləmək ehtiyacı duymur. Başqa bir məsələ isə “gələcəkdir”. Burada , nəzəri baxımdan gəlirin həcmi azalır, lakin gəlirin faydalılıq həddi artır. Yuxarıda deyilən prinsipi sadələşmiş şəkildə bu cür ifadə etmək olar:

1000 manat stabil əmək haqqı olan bir çəxs üçün bu gələrini dəyəri, az məbləğdə pensiya alan bir yaşlı adama nisbətən daha aşağıdır. Ona görə də bu dövrdə həmin 1000 manatı yığmaq gələcəkdə pensiyaya çıxan zaman istifadə edə bilmək üçün lazımdır.

· İkincisi : yığım dedikdə iqtisadi subyektin gəlirindən bu gün istifadə eləmək gələcəkdə istifadə edəcəyi məbləğ başa düşülür. Üç növ iqtisadi subyekt mövcuddur: əhali, müəssiə və dövlət. Buna uyğun olaraq üç növ yığım meydana çıxır: əhali yığımları, müəssisələrin yığımları, dövlət yığımı. Bir qayda olaraq əhali investisiya resusrslarının əsas tədarükşüsü kimi çıxış edir. əhali yığımlarının mobilləşdirilməsi maliyyə vasitəçiləri üçün uğurlu fəaliyyət üçün vacib şərtdir. Cari dövrdə istifadə olunmayan gəlirlər 3 əsas formaya malik olur: kommersiya banklarına və qiymətli kağızlara yatırım, valyuta yığımı, əldə olan pul qalığı. Verilən formalar , təcililik, mobillik və investisiyaya transformasiya edilə bilmə qabiliyyətinə görə fərqlənir.

Həmçinin yığmı, gəlirdən vergilərin ödəniləmsindən sonra qalan və istifadə edilməyən hissəi kimi də müəyyən eləmək olar. Yəni, yığım, bir il ərzində toplanan, vergi kimi ödənilməyən, istehlak mallarının alınmasına sərf edilməyən, bank hesablarına yaxud obliqasiyaların, çeklərin və digər qiymətli kağızların sığortasına qoyulan gəlir kimi başa düşülür. Bütün bunlardan çıxış edərək demək olar ki yığım yığımın mahiyyəti ondan ibarətdir ki, o, əhalinin ehtiyaclarını təmin edən mal və xidmətlərin toplusudur.

Makroiqtisadi tarazlığın mahiyyəti və ilkin şərtləri. Tarazlığın istehsalçı fəaliyyəti. Tarazlığın istehlakçı fəaliyyəti. Makroiqtisadi tarazlığın neoklassik modeli (A.Marşal) AD-AS (məcmu tələb-məcmu təklif) modeli.

C.M.Keynsin makroiqtisadi modeli: yığım, əmanətlər, investisiyalar, gəlirlər. Cəmiyyətin təlabatları və müvazinət. Təlabatın məhdudlaşdırılması. Qismən makroiqtisadi müvazinət. Tam makroiqtisadi müvazinət. Məcmu tələb, mahiyyəti. A.Marşalın məcmu tələb modeli.

Makroiqtisadi səviyyədə cəmiyyətin gəlirləri, qiymətlərin səviyyəsi, pul təklifi kəmiyyəti bazasında məcmu tələbin həcmi:

Q x P = M x V; Q = MV / P.

İstehsal xərcləri və məcmu təklif. Məcmu təklifə təsir edən qeyri-qiymət amilləri. Məcmu təklifin qiymətlərə təsiri mexanizmi. Makroiqtisadi müvazinətdə L.Valras modeli. Modelin əsas xüsusiyyətləri.

Milli iqtisadiyyatın səmərəlilik anlayışı, maksimum səmərəliliyin mahiyyəti. Səmərəliliyin nisbi kəmiyyət olması. İstehsalın, mübadilənin və istehlakın səmərəliliyi. Texniki və iqtisadi səmərəlilik.

Milli iqtisadiyyatın sosial səmərəliliyi (Pareto optimumu). İstehsalın artan səmərəlilik qanunu. Səmərəliliyin meyyarları və göstəriciləri.

Milli iqtisadiyyatın səmərəliliyinin təhlili, intensiv və ekstensiv yolları. Səmərəliliyin artırılmasında elmi-texniki tərəqqinin rolu. Qloballaşma və açıq iqtisadiyyatın səmərəliliyə təsiri. Maksimum iqtisadi səmərəlilik konsepsiyası: klassik siyasi iqtisad; morjinalist; neoklassik; institusional konsepsiyalar.

İstehlak və yığımın mahiyyəti. Keynsçi modelə görə istehlakın məcmu xərclərdən ibarət olması. Davranışın keyfiyyət modeli. Sadə istehlak funksiyası(İs): İs=İm+cxG ; burada, İmmuxtar (zəruri) istehlakı, G-sərəncamda qalan milli gəliri, c-isə istehlaka son hədd meyilliliyini göstərir.

Yığım (Y) istehlak üçün istifadə olunmayan və sərvətin artım olan hissəsi olması, Y=G-İ, burada İ- istehlakın kəmiyyətini göstərir. Yığım funksiyası Y= yxG-İm; burada y-yığıma son hədd meyilliliyini göstərir. İstehlak və yığıma orta meyillilik (İOM və YOM): İOM=İ/MG; YOM=Y/MG, burada MG-milli gəliri göstərir.

Keynsçi modelə görə İOM+YOM=1. İstehlak və yığıma son hədd meyilliliyi (İSM və YSM): İSM=∆İ/∆MG, milli gəlirin 1vahid artmasnda istehlakın nə qədər artmasını göstərməsi; YSM=∆Y/∆MG- də eyni ilə yığımın. İstehlak və yığımın qarşılıqlı əlaqəsi. Qiymətlərin səviyyəsindən asılı olaraq və asılı olmayaraq, ÜDM-ın artması və azalmasının təbii hal olması. Bu dəyişikliklərə uyğun olaraq istehlak və yığım qrafiklərinin istiqamətinin dəyişməsi.

İstehlak və yığım qrafiklərinin yerdəyişməsinə təsir edən amillər və onların xarakteristikası:

- ev təsərrüfatlarmm yığılmış sərvətlərinin dəyəri;

- qiymətlərin səviyyəsi;

- gələcək qiymət və gəlirlərin gözlənilməsi;

- istehlakçı borcu;

- vergiqoyma və transfert ödənişləri.

İnvestisiya anlayışı.

İqtisadiyyatda investisiyaların rolu. İnvestisiyalar və kapital anlayışı. Fərqli və oxşar cəhətlər. İnvestisiyalarla bağlı nəzəri yanaşmalar. Investisiyaların iqtisadi gücü. Investisiyaların əsas məqsədi.

Makroiqtisadi siyasətin tərkib hissəsi kimi investisiya siyasəti. İnvestisiya siyəsətində əsas məqsəd. İnvestisiya siyəsətinin obyektləri və subyektləri.

Siyasətdən gözlənilən nəticələr. Investisiya formaları. Daxili və xarici investisiyalar. Birbaşa və portfel investisiyaları. İnvestisiya formalarının mənbələri. Müddətə görə investisiyalar. Investisiya qoyuluşunda səmərəlilik. Səmərəliliyin ölçülməsi və makroiqtisadi nəticələri, rentabellik. İnvestisiya qoyuluşları üzrə risklər və likvidlik anlayışı.

Makroiqtisadi model anlayışı və sadə keynsçi modelin mahiyyəti. İstehlak, yığım və investisiyalar kimi kateqoriyaların makroiqtisadi kəmiyyətlərə təsiri. İqtisadi tarazlığın ən sadə keynsçi modelindən istifadə etməklə milli gəlirin tarazlı səviyyəsini müəyyənləşdirməyə imkan verməsi.

Makroiqtisadi tarazlığm müəyyənləşməsi.

İqtisadi agentlərin məcmu xərcləri

E = C + İ

C-istehlakı, İ-investisiyaları göstərir.

Əgər istehlak funksiyası C = 200 + 0,6Y kimi, investisiyalar isə I = 400 mln man. kimi verilmişsə, onda E=600+0,6Y ifadəsinin izahı.