Mövzu № 7. Makroiqtisadi tarazlığın pozulması və iqtisadi tsikllər nəzəriyyəsi

      İqtisadi tsikllər nəzəriyyəsi iqtisadi artım nəzəriyyəsi ilə birlikdə xalq təsərrüfatının hərəkətini izah edən iqtisadi dinamika nəzəriyyələrinə aiddir.

İqtisadi artım nəzəriyyəsi artımın amillərini və şərtlərini uzunmüddətli meyil kimi tədqiq edirsə, tsikl nəzəriyyəsi iqtisadi fəallığın zamanda artıb-azalmasının səbəblərini öyrənir. İqtisadi tsiklin ümumi qəbul olunmuş nəzəriyyəsi hələ də yaradılmamışdır.

Bu gün üçün ən məşhur hesab olunan nəzəriyyələr aşağıdakılardır.

Makroiqtisadi tarazlığın "Xarici amillər" nəzəriyyəsi

Bu istiqamətin banisi iqtisadi tsiklləri günəş fəallığının 11-illik tsikli ilə bağlayan ingilis iqtisadçısı U.S.Cevons (1835-1882) hesab olunur.

XIX əsrin 70-ci illərində Cevons bir sıra əsərlərini çap etdirdi ki, həmin əsərlərdə o, günəş ləkələrinin məhsuldarlığa, buğdanın qiymətinə və ticarət tsiklinə təsirini tədqiq etmişdi. Lakin o, günəş fəallığının tsiklikliyini əsasən kənd təsərrüfatı və ticarətlə əlaqələndirirdi. U.S.Cevonsun ardıcılları günəşin tsiklikliyinin təsirini bütün iqtisadiyyata şamil etdilər. Belə ki, X.S.Cevons (oğul) günəş tsiklini məşğulluqdakı artıb-azalmalarla əlaqələndirdi, X.M.Mor isə günəş fəallığının ümumi iqtisadi nəzəriyyəsini işləyib hazırladı.

Yaponiyanın 1885-ci ildən 1984-cü ilə qədər inkişafının tsiklikliyini tədqiq etdi. O, bu nəticəyə gəldi ki, bu müddət ərzində doqquz 11-illik günəş tsikli baş vermişdir və onlar Juqlar tsiklləri ilə üst-üstə düşmüşlər. Simanaka həmçinin hesab edir ki, Kuznets tsikli iki günəş tsiklinə (22 il), Kondratyev tsikli isə beş günəş tsiklinə (55 il) bərabərdir. Xalis monetar nəzəriyyə Tsiklin xalis monetar izahı ən dolğun ingilis iqtisadçısı R.Xourtinin (1879-1975) əsərlərində verilmişdir.

Onun üçün tsikl “sırf pul hadisəsidir”, bu mənada ki, pul axınının dəyişməsi iqtisadi fəallığın dəyişməsinin, çiçəklənmə və depressiyanın bir-birini əvəzləməsinin, ticarətdə canlanma və sönüklüyün yeganə və kifayətedici səbəbidir. Əmtəələrə pulla ifadə olunmuş tələb (və ya pul axını) artanda, ticarət canlanmış olur, istehsal genişlənir, qiymətlər artır. Tələb azalanda, ticarət zəifləyir, istehsal azalır, qiymətlər düşür. Pul axını - əmtəələrə pulla ifadə olunmuş tələb - bilavasitə istehlak xərcləri, yəni gəlir hesabına xərclərlə müəyyənləşir.

Qeyri-pul amillərinin bir qismi, məsələn, zəlzələ, müharibələr, tətillər, qıtlıq və s. ümumi kasıblaşmaya, başqaları isə, məsələn, məhsuldarlığın dəyişməsi, hər hansı bir sahənin hədsiz inkişafı kimi, sənayenin müəyyən sahələrində qismən depressiyaya səbəb ola bilərlər. Lakin tsiklin fazası kimi ümumi depressiya, yəni istifadə olunmamış resurslar və işsizliyin ümumi səciyyə daşıdığı vəziyyət qeyri-pul amillərinin və ya hadisələrinin, onların istehlak xərclərinin azalmasına, yəni pul axınının azalmasına səbəb olduğu hallar istisna olmaqla, nəticəsi ola bilməz. Xalis monetar nəzəriyyəyə görə, tsikl pul inflyasiyası və deflyasiyasının kiçik miqyasda dəqiq sürətindən başqa bir şey deyil.

Depressiya tədavüldə pul vəsaitləri cəminin azalması hesabına istehlak xərclərinin azalmasına görə yaranır və pulun tədavül sürətinin aşağı düşməsi nəticəsində güclənir. Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf nir. Digər tərəfdən isə, çiçəklənmə fazasında inflyasiya prosesləri üstünlük təşkil edir. Pul axınını sabitləşdirmək mümkün olsaydı, iqtisadi fəallığın artıb-azalmaları yoxa çıxardı.

Lakin bu baş vermir, çünki pul sisteminə qeyri-sabitlik xasdır.

İfrat yığım nəzəriyyəsi

İfrat yığım nəzəriyyəsində mərkəzi yeri istehlak əmtəələri istehsal edən sahələrə nisbətən istehsal təyinatlı əmtəələr hazırlayan sahələrin hədsiz inkişafı məsələsi tutur: birincilər iqtisadi tsiklin təsirinə ikincilərə nisbətən daha az məruz qalırlar. Tsiklin yüksələn fazasında istehsal təyinatlı əmtəələrin istehsalı qısamüddətli istifadə əmtəələrinin istehsalına isbətən daha sürətlə artır, enmə fazasında isə daha kəskin azalır. İfrat yığım nəzəriyyəçilərinin baxışlarına görə, bu, yüksəliş fazasında ciddi disproporsiyanın göstəricisidir.

Kapitaltutumlu əmtəələr istehsal edən sahələr hədsiz (nisbətən) inkişaf edir. Beləliklə, sadəcə pul çatışmazlığı deyil, məhz istehsal strukturundakı real disproporsiya böhrana səbəb olur.

Natamam istehlak nəzəriyyəsi

Natamam istehlak nəzəriyyəsinin əsasını İsveçrə iqtisadçısı J.Sismondi (1773-1842) qoymuşdur. Bu nəzəriyyənin müxtəlif növləri var ki, bunlardan ən əsaslandırılmışı “natamam istehlak” məfhumunu həddən artıq yığım mənasında işlədir.

Depressiyalar cari gəlirin çox hissəsinin yığılması, cüzi hissəsinin isə istehlak əmtəələrinə xərclənməsi ilə şərtlənir. Məhz ayrı-ayrı şirkətlərin özükönüllü yığımı istehsal və satış arasındakı tarazlığı pozur. Həddən artıq yığım gəlirin qeyri-bərabər bölgüsündən irəli gəlir. Yığımın çox hissəsi böyük gəlir əldə edənlərin payına düşür.

Əgər əməkhaqqının səviyyəsini qaldırıb və eyni iqtisadi tsikllərin ən mühüm nəzəriyyələri zamanda milli gəliri daha bərabər səviyyədə yenidən bölmək mümkün olsaydı, yığımın payı belə təhlükəli dərəcədə böyük olmazdı. Neoklassik və neokeynsçi tsikl nəzəriyyəsi Neoklassiklər və neokeynsçilər həmrəydilər ki, tsikliklik mexanizminin fundamental səbəblərindən biri kapital ehtiyatının təkrar istehsal şəraitlərinə uyğunlaşmasıdır ki, həmin şəraitlərin özləri də bu uyğunlaşmanın təsiri altında və gedişində dəyişilirlər.

Güman edilir ki, bir tərəfdən, hər il təkrar istehsal olunan dəyərin həcmi (axını) və digər tərəfdən, onun həmin an üçün yığılmış ehtiyatı arasında hansısa normal və ya tarazlı nisbət mövcuddur. Bu tarazlı nisbət pozulmayıncaya qədər tsiklik artıb-azalmalar ola bilməz. Və əksinə, bir halda ki, bu dəyişmələr, faktiki axın/ehtiyat nisbəti normal kəmiyyətdən gah bu, gah da digər tərəfə meyillənir, özü də həm istehsal, həm də kapital artıb-azalmaları baş verir.

Kapitalla manevr etmək sanki daim əldən sürüşüb çıxan məqsədə - illik təkrar istehsalın həcmi ilə müqayisədə normal kəmiyyətə çatmağı güdür. Tsikl nəzəriyyəsində neoklassik və neokeynsçi cərəyanları ayıran əsas məsələ ehtiyat/axın nisbətlərinin xarakteri və səbəbləri ilə əlaqədar suala cavabla bağlıdır. Neokeynsçilər hesab edirlər ki, bu nisbətin dəyişməsində fəal rolu ehtiyatın hərəkəti oynayır, neoklassiklər isə axının hərəkətini əsas götürürlər.

Keynsçi cərəyanın əsasını C.Keyns, C.Hiks, P.Samuel-son, E.Hansen və b. qoymuşlar. Neokeynsçilərin əsas fərziyyəsi sahibkarların faktik kapitalı onun tarazlıqlı səviyyəsi ilə bərabərləşdirmək cəhdlərində olmalarından ibarətdir. Bütün tsiklik mexanizmi hərəkətə gətirən də məhz bu ilkin səbəbdir. Kapitalın tarazlı səviyyəsi neokeynsçilər üçün optimal kəmiyyətdir və iqtisadi agentlər üçün sanki kapitalın faktik səviyyəsini özünə çəkir. Son vaxtlara qədər neoklassiklər böhranların müntəzəm təkrarlanma qanunauyğunluğunu ümumiyyətlə inkar etməyə meyilli olub, onları xarici təkanların eklektik dəsti ilə izah edirdilər. Neokeynsçilərdə olduğu kimi, tsiklin mahiyyəti normal və ya tarazlıqlı ehtiyat/axın, yəni yönəldilmiş kapital və illik istehsal həcmi nisbətinin pozulması ilə izah olunur.

Lakin tarazlı nisbətin iqtisadi agentlər üçün eyni zamanda həm arzu olunan və buna görə də onların davranışlarını müəyyənləşdirən kimi şərh olunduğu neokeynsçi nəzəriyyədən fərqli olaraq neoklassiklər üçün tarazlıq özü- özlüyündə xüsusi cəzbedici qüvvə deyil. O, iqtisadi inkişafın gedişində başqa, onların fikrincə, daha mühüm, daha ilkin amillərin qarşılıqlı təsiri nəticəsində yaranır və ya itirilirlər. Kapital yığımının bilavasitə səbəbi kimi neoklassiklər mənfəəti götürürlər.

Arzu olunan və faktik kapital arasındakı fərq məsələsinə isə toxunulmur. Belə sxemdə kapital yığımı, əgər sahibkarın götürdüyü mənfəət daimi olsa və ya sabit sürətlə artsa, eyni bərabərdə və tərəddüdsüz gedərdi. Lakin məşğulluğun və işsizliyin səviyyələrinin və deməli, əməkhaqqı dərəcələrinin dəyişməsi səbəbindən bu baş vermir. Kapitalın həcminin artması, neoklassiklərin fikrincə, məşğulluğun artmasını tələb edər və deməli, işsizliyi azaldar. İşsizliyin azalması və əməkhaqqı dərəcəsinin artması mənfəət normasını azaldır. İnvestisiya qoyuluşu azalır, bu isə tətbiq olunan kapitalın miqdarının nisbi azalmasına və məşğulluğun aşağı düşməsinə və deməli, əməkhaqqının düşməsinə və mənfəətin artmasına aparır: yığım prosesi yenidən güclənir və i.a.

Bu ideya C.Hiks və C.Dyüzenberinin əsərlərində öz əksini tapmışdır. İqtisadiyyatın dalğavari hərəkətini doğuran əsas səbəb faktik məşğulluğun onun tarazlı kəmiyyətindən kənar laşmasındadır.

Tsiklin psixoloji nəzəriyyələri

Psixoloji nəzəriyyələrin inkişafında üç cərəyanı fərqləndirmək olar. 180 iqtisadi tsikllərin ən mühüm nəzəriyyələri Birinci cərəyan XIX-XX əsrlərin hüdudunda yaranmışdır (ona U.Cevons və V.Paretonun konsepsiyaları aiddir) və tsiklik artıb-azalmaların yaranmasında əsas rolu təsərrüfat subyektlərinin əmtəə bazarları və fond birjalarında qiymətlərin və qiymətli kağızların məzənnəsinin daha da artmasını gözləməklə əlaqədar əməliyyatlarında möhtəkirlik motivlərinə ayırırlar.

Kortəbii şəkildə yaranmış nikbin əhval-ruhiyyə sosial-psixoloji təsir kanalları ilə sürətləə bütün sahibkarlar arasında yayılır (özgələrinə baxıb hərəkət etmək əsas rol oynayır) və tələbin möhtəkirlik şişirdilməsinə, bank kreditindən geniş istifadəyə, istehsalın iqtisadiyyatı tarazlıqlı trayektoriyadan sapındıran əsaslandırılmamış artımına rəvac verir. Böhran faiz dərəcəsinin artmasına, qiymətlərin düşməsinə, müflisləşmələrin zəncirvari reaksiyasına görə qorxuların nəticəsi olur və uzunmüddətli depressiya ilə nəticələnir ki, iqtisadiyyatı bu vəziyyətdən faiz dərəcəsinin aşağı düşməsi və onunla birgə nikbinliyin artması çıxara bilər və bu da o cümlədən «yeni nəsil» sahibkarların meydana gəlməsi ilə bağlıdır.

Tsiklin psixoloji nəzəriyyələrindəki ikinci cərəyan XX əsrin 20-30-cu illərində yaranmışdır və əsasən A.Piqunun (1877-1959) və qismən C.M.Keynsin nəzəriyyələri ilə əlaqədardır. Əsas səbəbi müəlliflər istehsalçıların səpələnməsi şəraitində həyata keçirilən istehsal kapitalqoyuluşlanmn spesifikasında və onunla bağlı olan bazar informasiyasının qeyri-təkmilliyində axtarırdılar. Bu halda tsikldə sahibkarların davranışını müəyyənləşdirən əsas amillər yeni kapitalqoyuluşlarından gözlənilən kapitalın səviyyəsi və onun faktik və gözlənilən kəmiyyətinin nisbəti olur.

Nəzəriyyənin üçüncü növü iqtisadiyyatın tsiklik artıb-azalmalarını iqtisadi subyektin xüsusiyyətlərində görür və R.Lukasın iqtisadi tsiklin tarazlı nəzəriyyəsindən ibarətdir.

Tarazlı tsikl nəzəriyyəsinin mərkəzi ideyası pul şokları (yəni tədavüldə pul kütləsinin gözlənilmədən artması və bununla əlaqədar qiymətlərin yüksəlməsi) və akselerasiya meyilləridir. Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf xanizminin qarşılıqlı əlaqəsidir. Lukas belə bir ehtimal irəli sürmüşdü ki, sahibkar öz məhsulunun qiymətinin inflyasiya artımını onun nisbi qiymətlər artımından fərqləndirə bilmir və buna görə də hər qiymət artımında investisiyaları və məşğulluq səviyyəsini artırır.

Bu nəzəriyyədə dövlət xərclərinin artması ilə əlaqələndirilən qeyri-bərabər inflyasiya real məcmu tələb səviyyəsinin dəyişilməzliyi şəraitində iqtisadi yüksəliş fazasının əvvəlinə aparır. Tsiklin enən fazası sahibkar öz səhvini başa düşüb istehsal gücünü və məşğulluğu ixtisar edəndə başlayır ki, bu da qiymətlərin armasının davam etməsi fonunda baş verir və staqflyasiya yaranır.