Mövzu № 9. Makroiqtisadi qeyri-sabitlik və İnflyasiya

§1, İnflyasiyanın mahiyyəti və növləri.
§2. İnflyasiyanın şərtləri və səbəbləri.
§3. İnflyasiyanın ölçülməsi mexanizmi və üsulları.
§4. Antiinflyasiya siyasəti.      

Təkrar istehsal prosesinin pozulması inflyasiya kimi çoxamilli və istənilən iqtisadiyyata xas olan hadisə ilə əlaqədardır. İnflyasiya məcmu tələbin məcmu təklifi üstələdiyi makroiqtisadi qeyri-sabitliyin nəticəsidir.

İnflyasiyanın mahiyyəti və növləri

İnflyasiya (latın sözü: inflatio - şişmə, köpmə) ən vacib makroiqtisadi problemlərdən biridir. «İnflyasiya» anlayışı ilk dəfə 1861-1865-ci illərdə Şimali Amerikada işlədilməyə başlamışdı və ilkin olaraq kağız pulların artıqlığını və onların bununla bağlı dəyərdən düşməsini bildirirdi. Hazırda inflyasiya dedikdə, pul dövriyyəsi kanallarının əmtəə kütləsinə nisbətən həddən artıq dolması haşa düşülür ki, bu da pul vahidinin qiymətdən düşməsinə və əmtəə qiymətlərinin ümumi uzunmüddətli artımına səbəb olur.

İnflyasiya uzunmüddətli proseslər: qiymətlərin ümumi səviyyəsinin artması, pullarin sabit qiymətdən düşməsi və alıcılıq qabiliyyətinin sistematik aşağı düşməsi şəklində təzahür edir. Bu hadisənin mahiyyəti bundadır.

Bir proses kimi inflyasiyadan inflyasiya şokunu - qiymətlər səviyyəsinin birqat artırılmasını fərqləndirirlər və bu inflyasiya prosesinin genişlənməsinə və ya sürətlənməsinə təkan verə də bilər, verməyə də. Sonuncu halda iqtisadiyyat inflyasiya şokunu absorbsiya edir. İnflyasiyanın əksinə olaraq deflyasiya (latın sözü: deflatio - şişirtmək, üfürüb atmaq) dedikdə qiymətlərin və xərclərin ümumi azalması başa düşülür.

Makroiqtisadi qeyri-sabitlik və inflyasiya orta sürətinin azaldılması dezinflyasiya adlanır. İqtisadi ədəbiyyatda staqflyasiya məfhumu da işlədilir ki, bu da qiymətlərin inflyasiya artımının istehsalda durğunluqla uzlaşmasını bildirir. Cəmiyyətdə iqtisadi münasibətlər inkişaf etdikcə «inflyasiya »nın şərhi də dəyişmişdir.

İlk vaxtlar inflyasiya dedikdə kağız ödəniş vasitələrinin qızıl ehtiyatları ilə müqayisədə artıqlığı başa düşülürdü, hazırda isə inflyasiya məfhumu altında pul dövriyyəsi kanallarının əmtəə kütləsinə nisbətən həddən artıq dolması başa düşülür. Lakin bütün dövrlərdə inflyasiya qiymətlərin ümumi səviyyəsinin uzunmüddətli artımı prosesi olmuş və cəmiyyətin iqtisadi, siyasi, sosial həyatına müəyyən təsir göstərmişdir.

İnflyasiyanın növləri İnflyasiya çoxcəhətli hadisə olduğundan, iqtisadiyyatda onu aşağıdakı kimi təsnif edirlər:

1. Bazarın inflyasiya bərabərsizliyinin hansı formalar almasından asılı olaraq aşkar (açıq) və gizli (boğuq) inflyasiya fərqləndirilir. Aşkar inflyasiya qiymətlərin sərbəst hərəkəti, əsasən iqtisadiyyatın dolayısı ilə tənzimlənməsi metodları şəraitində baş verir və qiymət səviyyəsinin müşahidə olunan artımı ilə ifadə olunur. Gizli inflyasiya qiymətlər, əməkhaqqı, istehsal üzərində həm mikro, həm də makrosəviyyədə sərt inzibati nəzarətli təsərrüfat sistemində baş verir. O, əmtəə qıtlığının artması və onun destruktivə çevrilməsi, məhsulun keyfiyyətinin aşağı düşməsi, azad (kölgə) bazardakı qiymətlərlə dövlət qiymətləri arasındakı fərqin artmasında təzahür edir.

2. Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiya aşağıdakılara bölünür:

• normal - inflyasiyanın sürəti ildə 3-3,5% olarsa;

• mülayim və ya sürünən - qiymətlərin artım sürəti il ərzində 10% qədər olur;

• hiperinflyasiya (sürətli) — qiymətlərin il ərzində inflyasiyanın mahiyyəti və növləri 200% qədər artması;

• hiperinflyasiya - 200% -dən yuxarı. Sürətli və hiperinflyasiya arasında dəqiq hədd qoymaq xeyli çətindir. Lakin formal göstərici, meyar var. Bu, Amerika iqtisadçısı F.Keqan tərəfindən təklif olunmuşdu; o təklif etmişdi ki, qiymətlər artımının ilk dəfə olaraq 50% həddini aşdığı ay hiperinflyasiyanın başlanğıcı kimi, qiymətlər artımının həmin böhranlı səviyyədən aşağı düşüb ən azı bir il müddətində həmin həddi aşmadığı ay isə onun sonu kimi götürülsün.

3. Tədqiqat obyektindən asılı olaraq milli, region və dünya inflyasiyası fərqləndirilir.

4. İnflyasiya həm təsərrüfat sisteminin öz daxilində, həm də ondan kənarda yarana bilir. Sistemə nisbətdə inflyasiya impulslarının xarakterindən asılı olaraq idxal edilən və ixrac edilən inflyasiyalar fərqləndirilir, ölkədə sərt valyuta kursu saxlanıldığı təqdirdə idxal məhsullarının istənilən qiymət artımı ölkəyə inflyasiyanı idxal edəcək. İnflyasiyanı ixrac etmək valyutası ehtiyat valyutası kimi istifadə olunan və ya substitut olmayan əmtəələri digər ölkələrin idxalında böyük yer tutan ölkələr üçün daha asandır.

5. Müxtəlif əmtəə qrupları üzrə qiymət artımının nisbətindən asılı olaraq inflyasiya tarazlaşdırılmış və tarazlaşdırılmamış olur. Tarazlaşdırılmış inflyasiyada əmtəə və xidmətlərin çox hissəsinin qiymətləri nisbətən az və eyni zamanda artır. Digər makroiqtisadi göstəricilər praktik olaraq adekvat dəyişilir. Tarazlaşdırılmamış inflyasiyada müxtəlif əmtəələrin qiymətləri bir-birinə nəzərən, özü də müxtəlif proporsiyalarda dəyişilir. İqtisadiyyat üçün ən böyük təhlükə inflyasiyanın bu növündən gəlir.

6. Təsərrüfat agentləri əsas makroiqtisadi göstəricilərin dəyişmələrini qabaqcadan görməyə cəhd edirlər. Gözlənilmə meyarına müvafiq olaraq inflyasiyalar iki qrupa bölünürlər: gözlənilən və gözlənilməyən.

7. Makroiqtisadi qeyri-sabitlik və inflyasiya ğunlaşma səviyyəsindən asılı olaraq proqnozlaşdıran və proqnozlaşdırılmayan inflyasiya nəzərdən keçirilir.

8. Dövlətin inflyasiya proseslərinə təsir etmə qabiliyyətindən asılı olaraq onlar nəzarətdə olan və idarə olunmayanlara bölünürlər. Birinci halda dövlət qiymətlərin artım sürətini ortatəcililik səviyyəsində ləngidə və ya sürətləndirə bilir. İkinci halda qısamüddətli dövrdə inflyasiyanın səviyyəsinin nizamlanması üçün real mənbələr yoxdur.

9. İnflyasiya prosesini doğuran və qidalandıran amillərdən asılı olaraq tələb inflyasiyası və təklif inflyasiyası fərqləndirilir. Tələb inflyasiyası məcmu tələbin istehsalın real həcmi ilə müqayisədə artıq olmasından irəli gəlir. Təklif inflyasiyasını iqtisadi ədəbiyyatda, bu, mübahisəli sayılsa da, çox vaxt xərclər inflyasiyası adlandırırlar. Xərclər inflyasiyası xərclərin artması səbəbindən yaranır və bu da qiymətlərin artmasına səbəb olur. Beləliklə, müasir dünyada inflyasiya çoxsəpkili və mürəkkəb iqtisadi prosesdir. Belə bölgü xeyli şərtidir, çünki konkret inflyasiya prosesi özündə inflyasiyanın müxtəlif növlərinin səciyyəvi xüsusiyyətlərini birləşdirə bilər, lakin belə bölgü inflyasiya haqqında biliklərin formallaşdırılması və inflyasiya proseslərinin daha dəqiq elmi tədqiq olunması üçün lazımdır.

İnflyasiyanın şərtləri və səbəbləri

Ən ümumi şəraitdə inflyasiya ÜDM-in real həcmi ilə ona pul tələbinin nominal həcmi arasında disproporsiyadan doğur. Bu nəticəyə pulun miqdar nəzəriyyəsinin əsas mübadilə səviyyəsindən çıxış edərək gəlmək olar: məcmu tələbi pulun miqdarı (M) və onun tədavül sürətinin (V) hasili, məcmu təklifi isə qiymətlər səviyyəsi (P) və istehsal olunan məhsulun fiziki həcminin (Q) hasili şəklində göstərmək olar: MV = PQ. Bu bərabərlik artım sürəti ilə ifadə olunduqda belə şəkil alar: 228 İnflyasiyanın şərtləri və səbəbləri Am + Aü = 71 + Aç, burada Am, Au, TC, AÇ müvafiq olaraq pulun miqdarı, onun tədavül sürəti, qiymətlərin səviyyəsi və istehsalın real həcminin artım sürətidir.

Deməli, inflyasiyanın yaranması üçün gərəkdir ki, pulun miqdarının artım sürəti və (və ya) onun tədavül sürəti istehsalın real səviyyəsinin artmasından yüksək olsun.

Monetar konsepsiya tərəfdarları inflyasiyanı yalnız pul fenomeni hesab edirlər. Məlumdur ki, məcmu istehsal gücünün və real ÜMM-in təbii artımı ildə 4% təşkil edir. Deməli, pulun miqdarının istənilən artımı və (və ya) onun bu kəmiyyətdən yuxarı olan tədavül sürəti inflyasiyaya səbəb olacaq.

Buna görə də monetaristlər hesab edirlər ki, bərabərsizlik inflyasiya prosesinin əsas səbəbini əks etdirir. Monetar yanaşmaya görə, inflyasiyanın inkişafının birinci kanalı - istehsalın və məcmu tələbin artmasına səbəb olan dövriyyədə olan pul kütləsinin artmasıdır.

Pul kütləsinin artması aşağıdakı səbəbdən yarana bilər:

• dövlətin ekspansionist maliyyə siyasəti;

• büdcə defisitinin «çap maşını» vasitəsilə aradan qaldırılması;

• kreditin kəskin şəkildə genişləndirilməsi;

• əhalinin borc öhdəliklərindən ödəniş vasitəsi kimi istifadənin artması. Bu halda inflyasiyanın səbəbkarı kimi pul aqreqatları üzərində nəzarəti həyata keçirən kredit-bank sistemi çıxış edir. İnflyasiya prosesinin bu inkişaf üsulu inhisaraqədərki kapitalizm dövrünün «klassik» inflyasiyası üçün səciyyəvidir. Sxem şəklində bu prosesi belə təsvir etmək olar: qızılın dövriyyəsindən imtina —> dövlət xərclərinin kəskin artması —> dövlət büdcəsinin defisiti kağız pulların əlavə emissi yası qiymətlərin artması (inflyasiya) dövlət xərclərinin yenidən artması və çevrə üzrə bu qaydada davam etmə.

Qızıl standartının bərpa olunması inflyasiyanı dayandırırdı. İnflyasiyanın inkişafının digər kanalı pulun tədavül sürətinin istehsal artımını üstələyən artmasından asılıdır. Pulun tədavül sürəti müxtəlif səbəblərdən baş verə bilər:

• bank işində texniki yeniliklər;

• qanunvericilikdə dəyişikliklər;

• qiymətli kağızlardan yığım vasitəsi qismində istifadə. Qiymətlərin sürətlə artması da real kassa qalıqlarını azaldır. Bu, onunla əlaqədardır ki, real kassanın əvvəlki səviyyədə saxlanılması üçün alternativ xərclər çox yüksək olur.

Əhali və firmalar alışlarını tez etməyə çalışırlar, puldan «qaçma» baş verir. Pulun tədavül sürəti vaxtaşırı artmağa meyilli olur. Qeyri-monetar konsepsiyalarda inflyasiya çoxamilli hadisə kimi nəzərdən keçirilir. Bərabərsizlik burada inflyasiyanın səbəbi kimi deyil, zəruri şərti kimi çıxış edir.

Qiymətlərin inflyasiya artımının səbəbləri isə həm pul tədavülü, həm də istehsal sahəsindən gəlir. Sonunculara istehsal xərclərinin artmasına, tələbin strukturunun dəyişməsinə, milli gəlirin təkrar bölgüsünə səbəb olan amillər aiddirlər. İnflyasiya əməkhaqqının, mənfəətin və ya vergilərin əmək məhsuldarlığı və (və ya) real gəlirin artımından daha çox artması inflyasiyanın şərtləri və səbəbləri nəticəsində yarana bilir.

Bu halda milli gəlirin fəhlələr (məşğullar), sahibkarlar və dövlət arasında təkrar bölgüsü uğrunda mübarizə başlayır. İqtisadi subyektlər gəlirin artırılmasına qiymətləri artırmaqla nail olurlar.

Bu prosesin inkişafı «lider arxasınca yürüş» prinsipi əsasında baş verir: iqtisadi subyekt başqa subyektlərin gəlirlərinin artması ilə əlaqədar olaraq öz real gəlirlərinin azaldığını aşkarlayan kimi, gəlirinin azalmasını kompensə etmək məqsədilə qiymətləri artırır. İnflyasiya şokuna səbəb inhisarın, oliqopoliyanın və dövlətin inzibati qaydada qiymətlərin artırılmasında əksini tapan bazar hakimiyyəti ola bilir. İnflyasiyanın inkişafının ciddi səbəblərindən biri həddindən artıq hərbi xərclər və inflyasiya gözləmələridir. Dövlətin ixracla idxalı arasındakı fərq mənfi olarsa, inflyasiyanın idxalı mümkündür.

Qeyd etmək lazımdır ki, inflyasiya bütün dövrlərdə ictimai sarsıntılar, siyasi və sosial münaqişələrlə bir zamanda təzahür etmişdi. İnflyasiya prosesləri müxtəlif təbii fəlakətlər və kataklizmlərdən sonra güclənmişlər. Beləliklə, inflyasiya amillərinin təhlili onun öyrənilməsinin iki konsepsiyasını monetar və qeyri-monetar fərqləndirməyə əsas verir. Birinci konsepsiyaya görə qiymətlərin inflyasiya artımının səbəbləri pul tədavülü sahəsindədir, qeyri-monetarist konsepsiyaya görə isə bunun səbəbləri həm pul tədavülü, həm də istehsal sahəsindədir.

Özü də inflyasiyanın monetar və qeyri-monetar səbəbləri bir-birini inkar etmir və eyni zamanda fəaliyyət göstərə bilirlər. Məhz hansı amillərin inflyasiya prosesinə səbəb olması daha çox bu və ya digər ölkənin iqtisadi inkişafının konkret mərhələsinin xüsusiyyətlirə ilə bağlıdır.