Mövzu № 10. Pul sistemi və pul bazarının nəzəri modeli

      Pul sistemi hər bir ölkədə tarixən formalaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş pul tədavülünün təşkili formasıdır. Pul və pul tədavülü olmadan bazar mümkün deyil. Sonuncu əmtəə və xidmətlər dövriyyəsini əhatələyən pul hərəkətidir. Pul tədavülü əmtəə və xidmətlərin alqı-satqısına, həmçinin maliyyə bazarının hərəkətinə xidmət edir.

ABŞ-da ödəmə dövriyyəsinin 3/5-ü maliyyə əməliyyatlarının payına düşür. Pul tədavülünün maliyyə ilə belə sıx əlaqəsi bəzi iqtisadçılara pul tədavülünü ölkədə qanunvericiliklə tənzimlənən maliyyə sistemi hesab etməyə əsas verir.

Dünyada tarixən formalaşmış və dövlət qanunvericiliyi ilə təsbit olunmuş müxtəlif pul tədavülü sistemləri mövcuddur. Qədim rus dövlətinin pul sistemi IX-X əsrlərdə formalaşmışdı. X əsrin sonu-XI əsrin əvvəllərində qızıl və gümüşdən ilk rus pullarının kəsilməsi başlandı. Beynəlxalq ticarətdə və daxili ticarətdə iri ödənişlərdə pul yerinə gümüş külçələr istifadə etməyə başladılar, XIII əsrdən isə Novqorodun çubuq şəklindəki külçələrini rubl adlandırmağa başladılar.

Milli pul vahidi ölkədə vahid kimi qəbul olunmuş və əmtəə və xidmətlərin qiymətinin ifadə edildiyi pul ölçüsü (rubl, dollar, frank və b.)

Pulun formaları. Pul tədavülü və pul sistemi

Tədavüldə olan pulların növündən asılı olaraq üç pul tədavülü sistemi fərqləndirilir:

• əmtəə pul sistemləri, əmtəə pullarından - alıcılıq qabiliyyətləri onların əmtəə dəyərlərinə əsaslanın real əmtəələrdən istifadə edirlər. Əmtəə pullarının fərqli xüsusiyyəti onların pul kimi qiymətinin əmtəə kimi qiyməti ilə eyni olmasındadır. Özü də bu pullar daxili qiymətliliyə, yəni mühüm istehlak xüsusiyyətlərinə malikdirlər. Yüksək inflyasiya şəraitində bu hətta araq, siqaret və s. də ola bilər;

• metal pulların tədavül sistemi, bu zaman tam dəyərli qızıl və gümüş pullar tədavüldə olur, kredit pulları isə pul metalına (külçə və ya sikkə) sərbəst dəyişdirilir;

• kredit və kağız pulların tədavül sistemi, bu zaman qızıl tədavüldən sıxışdırılmış olur və buna görə də kredit və kağız pullar qızıla dəyişdirilə bilmirlər. Fidutsiar (etibara əsaslanan) pul tədavülü sistemi tətbiq olunmağa başlayıb.

Tarix pul qismində iki metalın - qızıl və gümüşün istifadə edilməsinə əsaslanan himetalizm (XVI-XIX əsrlər) və tədavüldə yalnız bir metalın - qızılın istifadə edilməsinə əsaslana monometalizm kimi pul sistemlərinin mövcud olduğunu göstərir ki, bu zaman kağız pullar da həmin metala dəyişdirilirdi.

Bimetalizmin üç növü mövcuddur. Paralel valyutalar sistemi qızıl və gümüş sikkələr arasındakı nisbətin həmin metalların bazar dəyərlərindən asılı olaraq formalaşması ilə səciyyələnir, tkili valyuta sistemi dövlətin iki növ sikkənin mövcud olmasını rəsmən qanuniləşdirəndə fəaliyyət göstərir. XIX əsrdə müxtəlif ölkələrdə onlar arasındakı nisbət bir qayda olaraq 15,5:1 və ya 15:1 olmuşdu.

Metalların bazar qiymətləri artıb-azaldığından onların bazar nisbəti dövlətin müəyyənləşdirdiyindən fərqlənirdi.

Və nəhayət, “axsayan valyuta** sistemi. Bu sistemdə qızıl pulların kəsilməsi sərbəst, gümüş pulların kəsilməsi isə qapalı qaydada həyata keçirilirdi. Adı da buradandır - valyuta sanki gümüş ayağından “axsayırdı”.

Pul sistemi və pul bazarının nəzəri modeli sıxışdırılma təhlükəsi (“pis pullar yaxşılan sıxışdırıb çıxarırlar”) bimetalizmdən imtina etməyə əsas səbəb oldu. Bu qanunauyğunluq tarixdə Kopernik-Qreşem və ya “ucuz pullar” qanunu kimi məlumdur. Bimetalik sikkə sistemində qiymətli metallar bazarında dəyəri rəsmi dəyərdən aşağı olan pullar “pis”, dəyəri rəsmi qiymətindən yuxarı olanlar isə “yaxşı” pullardır.

Monometalizmə gəldikdə isə, tarixdə metalın növündən asılı olaraq onun müxtəlif formaları - mis, gümüş və qızıl - olmuşdu. Mis dövrü Rusiyada VII əsrdə mövcud olmuşdu. Çar Aleksey Mixayloviçin 28 iyul 1656-cı il tarixli fərmanı ilə əhalidən vergilərin 2/3-i gümüş, 1/3-i isə mis pulla ödənilməliydi. Kəsilmə həcmi artdıqca mis sikkə dəyərsizləşməyə başladı və 1662-ci ildə Moskvada “mis qiyamı” adlanan hadisə baş verdi.

Hökumət bir rubl mis pulu 1 qəpik gümüş pula dəyişməyə məcbur oldu. Gümüş dövr Rusiyada, Hindistanda, Hollandiyada və b. mövcud olmuş, Çində isə 1935-ci ilə qədər davam etmişdi (gümüş tədavülü Rusiyada xəracı metal pulla qəbul edən tatarlar tərəfindən tətbiq olunmuşdu).

Qızıl monometalizmi (və ya qızıl standartı) daha geniş yayılmışdı, o əvvəlcə İngiltərədə, sonra isə başqa ölkələrdə tətbiq olunmuşdu. Rusiyada o, 1897-ci ildən Birinci dünya müharibəsinə qədər, yəni 18 il mövcud olmuşdu. Birinci dünya müharibəsi ərəfəsində rubl artıq qızıla dəyişdirilmirdi. İnflyasiya, hiperinflyasiya dövrü başlayır. Ən aktual makroiqtisadi problemlərdən biri tədavül üçün lazım olan pulun müəyyənləşdirilməsi oldu. Birinci dünya müharibəsindən sonra Avropa dövlətləri qızıl dövriyyəsindən kağız-pul dövriyyəsinə keçdilər. 1939-1945-ci illər İkinci dünya müharibəsinin başlanğıcı üçün yalnız ABŞ-da kağız dollarların qızıl külçələrə dəyişdirilməsi, xarici dövlətlərin rəsmi orqanları üçün davam edirdi.

Amerika iqtisadçısı R.Triffinin qiymətləndirməsinə görə dölların üstün vəziyyəti 1949-cu ildən 1971-ci ilədək 252 Pul tədavülü və pul sistemi ABŞ-a 54 mlrd, dollar xeyir vermişdir. 1971-ci ilin avqustunda dolların mərkəzi banklar üçün qızıla dəyişdirilməsi hüququ ləğv edildi və qızıl standartına son qoyuldu. Bəs nə baş verdi? Qızılın demonetizasiyası hüquqi cəhətdən tamamilə başa çatdırıldı (demonetizasiya - qızılın və gümüşün ümumi əmtəə ekvivalenti funksiyasından tarixi sıxışdırılması prosesidir), yəni qızıl özünün pul funksiyasını itirdi. Beynəlxalq valyuta fondunun nizamnaməsinə əlavələrlə qızılın rəsmi qiyməti, valyutaların qızıl tutumu və qızıl paritetləri ləğv edildi.

Qızıldan qarşılıqlı ödənişlərin tənzimlənməsində istifadə etmək dayandırıldı. Bununla belə o, digər ölkələrin valyutasının alınması üçün dövlətin ehtiyatı olaraq qalmaqdadır. Monometalizm tarixən üç standart şəklində mövcud olmuşdur: qızıl sikkə (qızıl sikkələrin azad tədavülü); qızıl külçə (qızıla standart külçənin qiymətinə müvafiq məbləğin təqdim olunduğu halda dəyər nişanlarının qızıla dəyişdirilməsi nəzərdə tutulurdu); qızıl deviz (banknotların xarici valyutaya - qızılı xırdalamaq üçün devizlərə mübadiləsinə icazə veriləndə). 1929-1933-cü illərin dünya iqtisadi böhranı monometalizm dövrünə son qoydu.

Onu ölçüsüz kredit pulları sistemi və ya fidutsiar pul sistemi əvəzləyir və həmin sistem aşağıdakılarla səciyyələnir:

• qızılın demonetizasiyası;

• banknotların qızıl tutumunun ləğvi;

• nağdsız dövriyyənin xeyli genişləndirilməsi;

• kredit pullarının hakim mövqeyi;

• xüsusi sahibkarlığın və dövlətin kreditləşdirilməsi məqsədi ilə pulun emissiyasının gücləndirilməsi;

• pul tədavülünün dövlət tərəfindən tənzimlənməsi. Fidutsiar (latın sözü fides - etibar) pul sistemləri - bu sistemlərdə pul nişanları ictimai maddi sərvət göstəricisi deyillər, yəni qızıla dəyişdirilmirlər.

Onlar metal puldan kağız pul dövriyyəsinə keçidlə birgə formalaşmışlar.

Pul sistemi və pul bazarının nəzəri modeli İqtisadi ədəbiyyatda üç növ fidutsiar pul sistemi fərqləndirilir:

• keçid - özündə metal və kağız tədavülünü birləşdirir;

• tam fidutsiar standart;

• elektron-kağız pul sistemləri. Kağız pullar tarixən metal pulların tədavülündən yaranmışlar. Onlar əvvəllər dövriyyədə olmuş qızıl və gümüş sikkələrin əvəzləyiciləri kimi dövriyyəyə girmişdilər.

Kağız pullar - məcburi məzənnə ilə təchiz olunmuş və öz xərclərini ödəmək üçün dövlət tərəfindən buraxılmış pul nişanlarıdır. Onların demək olar ki, müstəqil dəyəri yoxdur. Kağız pullar b.e.

VIII əsrində Çində yaranmışdı. Kağız təqribən b.e.-nın 100-cü ilində icad olunmuşdu. İlk kağız pullar xüsusi dükanlara saxlanılmağa verilmiş qiymətli əşyalara görə, ya da paytaxtda deyil, əyalətin mərkəzindəki hesablarda saxlanılan ödənilmiş vergilərə görə şəhadət şəklində olan xüsusi qol kağızları idi. Rusiya ərazisində kağız pullar hələ monqol istilası zamanı tədavüldə olmuşdular.

Kağız pul ideyasını monqol xanları Çindən mənimsəmişdilər, Rusiya hökuməti tərəfindən isə onlar tədavülə yalnız XVIII əsrin ortalarında buraxılmışdı. İlk Rusiya kağız pulları - əskinaslar - 1769-cu ildə çap olunmuşdu. «Əskinas» («assiqnasiya») məfhumu hələ I Pyotr dövründə yaranmışdı.

Assiqnasiyalar müəyyən yerdə qalmaq, pul almaq üçün verilirdilər. Onlar həm dövlət, həm də özəl göstərişlər ola bilirdilər. Assiqnasiya üzərində onun sahibinin adı göstərilir, pulun nə üçün nəzərdə tutulduğu qeyd olunurdu. Həmin kağız üzrə vergilərin və ya digər dövlət gəlirlərinin konkret göstərilmiş daxil olduğu yerdə pul ödənilirdi. 1786-cı il 28 iyununda isə II Yekaterinanın Manifesti ilə Moskvada və Sankt-Peterburqda mis pulları assiqnasiyalara dəyişən banklar Assiqnasiya bankında birləşdirildi, bu isə kağız pullara qanuni ödəniş vasitəsi statusunun verilməsi və onların mis pula dəyişdirilməsinin dayandırılması demək idi.

Əmtəə tədavülü son nəticədə əmtəənin pula deyil, əmtə 254 Pul tədavülü və pul sistemi əyə dəyişdirilməsi məqsədilə həyata keçirilir. Buna görə də əmtəə tədavülü üçün tədavüldə olan pulların mübadilədə iştirak edən əmtəələrin dəyərinə bərabər dəyəri təmsil etmələri vacibdir, amma pulun özünün belə dəyərə malik olması vacib deyil.

Məhz bu, qızılı tam dəyərli pulların əvəzləyicisi olan kağız nişanlarla əvəz etməyə imkan verdi. Ən əsası isə - qızıl trilyonlarla pul nişanı ilə ölçülən miqyasdakı əmtəə dövriyyəsinə xidmət etmək iqtidarında deyil. Pul tədavülünə keçid əmtəə mübadiləsini kəskin şəkildə artırdı. Kağız pulların yaranmasının bilavasitə səbəbi **sikkələr korlanmasınam hesab etmək olar.

Hökmdarlar pul kəsmə hüquqlarını ciddi-cəhdlə qoruyur, saxta pul kəsənlər ən dəhşətli şəkildə edam olunurdular: Rusiyada saxta pul kəsənin boğazına ərinmiş metal tökürdülər. Lakin hökmdarların özləri də görürdülər ki, sikkədə qiymətli metalın miqdarı azaldıqda, heçnə dəyişmir və tam dəyərli olmayan sikkələrin kəsilməsindən gələn xalis gəlir onların əsas qazanc mənbəyi idi (I Pyotr pulu «müharibənin topçu hissəsi» adlandırırdı. Onun dövründə pul vahidində metalın azalması müşahidə olunurdu. Çoxsaylı müharibələr apardığından o, gəliri artırmaq məqsədilə «sikkələrin korlanması »na müraciət etməli olurdu. Hökumət mis, gümüş və qızıl yataqlarının axtarılıb tapılması istiqamətində ciddi iş aparırdı.

Qızıl və gümüşün ölkədən çıxarılmasını qadağan edən qanunlar qəbul olunmuşdu. I Pyotr yalnız rus pullarının xaricə aparılmasını qadağan etmirdi, həm də ölkəyə saxta pulların gətirilməsindən ehtiyat edərək, tacirlərə rum əmtəələrini rus puluna satmağı qadağan etmişdi.). Beləliklə, «sikkələrin korlanması» anlayışına daxildir: • sikkələrin sürtülüb yeyilməsi; • xəzinəyə əlavə gəlir gətirilməsi məqsədilə hökumətin özü tərəfindən qızıl pulların bilərəkdən korlanması (onların çəkisinin azaldılması); • emissiya gəliri (senoraj), yəni pulun buraxılması üzərində inhisarçılıqdan mənfəət əldə etmək məqsədilə xəzinədarlıq tərəfindən məcburi məzənnəyə malik kağız pulların buraxılması.

Öz dəyərinə malik olmayan kağız pullar tədavül və ödəniş vasitəsi funksiyasını yerinə yetirirlər, qızıl standartı ləğv edildikdən sonra isə hətta müəyyən mənada pul yığımı funksiyasını da yerinə yetirməyə başladılar.

Pul tədavülü ölkənin Mərkəzi bankının buraxdığı banknotlar fermasındakı kağız pullar və dövlət xəzinədarlığının buraxdığı xəzinədarlıq biletləri vasitəsilə həyata keçirilir. Gündəlik həyatda bu iki forma vətəndaşlar üçün bir-birindən fərqlənmir. Kağız pulların ən mühüm çatışmazlığı bundadır ki, dövlət pul nişanlarına olan tələbatı nəzərə almadan tədavülə istənilən miqdarda kağız pul buraxa bilər. İzafi kağız pul buraxılması mütləq onların qiymətdən düşməsi və inflyasiya ilə nəticələnir.

Tam fidutsiar standart, İstehsal inkişaf etdikcə metal pulların kredit tədavül vasitələri ilə əvəzlənməsi zərurəti yaranır. Hazırda məhz onlar ümumi ekvivalent kimi çıxış edərək qızılın rolunu yerinə yetirirlər. Eyni zamanda dəyər nişanlarının pul qismində istifadə edilməsi onlarda əmtəənin müəyyən cizgilərinin görünməsinə səbəb olur: onlar alınır və satılır, əmtəəyə dəyişdirilir, amma bu pullar əmtəənin ən əsas xüsusiyyətindən məhrumdurlar - onların öz dəyəri yoxdur. Onlar dəyəri ölçmə funksiyasını yerinə yetirirlər.

Kredit tədavül vasitələri veksellər, çeklər, banknotlar şəklində olurlar. Bu vasitələr bütünlüklə onları buraxmış Mərkəzi banka etibara əsaslandığından bankın tənzimləyici rolu kəskin şəkildə yüksəlmiş olur. Veksel tədavülünün əsasını kommersiya krediti təşkil edir. Veksellərdən ilk dəfə XII-XIII əsrlərdə İtaliyada istifadə olunmağa başlanıb. Bu, universal kredit-hesablaşma alətidir.

Rusiya imperiyasında veksellərin qanuni tərtibi 1729-cu ildə Veksel nizamnaməsinin qüvvəyə minməsi ilə bağlıdır. Hazırda milli veksel qanunvericiliyinin normaları 1930-cu ildə Cenevrə veksel konvensiyası tərəfindən qəbul edilmiş Vahid veksel qanununa əsaslanır.

Veksel tədavülünün öz hədləri var: yalnız topdansatışda 256 Pul tədavülü və pul sistemi İşlədilir; özü də qarşılıqlı tələblər üzrə saldolar nağd pulla ödənilir; veksel tədavülünə vekselverənin ödənişqabiliyyətli olmasına əmin olan məhdud sayda adam cəlb olunur; vekselin tədavül müddəti məhduddur. Veksel tədavülü hüdudlarının dar olması xüsusi veksel növünün - banknotların və kredit pullarının xüsusi tədavül formasının yaranmasını şərtləndirdi.

K.Marksa görə, «banknotlar bankirə yönümlənmiş veksellərdən başqa bir şey deyil, onu təqdim edən istədiyi vaxt pullarını ala bilər və onlarla bankir xüsusi vekselləri əvəzləyir».

Banknotların tədavülünün səciyyəvi xüsusiyyətləri:

• borclu qismində dövlətin Mərkəzi bankı çıxış edir;

• banknotların təminat vasitəsi kimi ölkənin qızıl-valyuta ehtiyatları çıxış edir;

• tədavül obyektinin (banknotun) ümumi tədavül və ümumi ödəmə vasitəsi olması;

• banknot ona malik olan qarşısında müddətsiz öhdəlikdir;

• banknotlar kredit vermə qaydasında buraxıldığından və kreditlər müddət başa çatdıqda qaytarılmalı olduğundan, son nəticədə banknot da emissiya bankına qayıdır. Əgər banknotların emissiyası dövlət xərclərinin ödənilməsi məqsədilə istifadə olunursa, banknotlar faktik olaraq kredit pulundan kağız pula çevrilir.

Ölkələrin çoxunda banknotların tədavülə daxil edilməsi böyük çətinliklərlə bağlı olub, buna görə də hakimiyyət ən ağır tədbirlərə əl atırdı. Belə ki, XIII əsrdə Çində imperator kağız pulları qəbul etməməyə görə qanunda ölüm cəzasını nəzərdə tuturdu. Fransada fransız əskinaslarını qəbul etməkdən imtina etməyə görə iyirmi il katorqa, bəzi hallarda isə ölüm hökmü nəzərdə tutulurdu.

Çek tədavülü müəyyən edilmiş formada sənədin tədavülünü nəzərdə tutur və sənəddə çeki verənin kredit müəssisəsinə sənədi (çeki) təqdim edənə onda göstərilmiş məbləği ödəməsi haqqında şəksiz sərəncam verir. Çek bankdan alınmış malların ödənilməsi üçün istifadə oluna bilər. Onlar ilk dəfə İngiltərədə 1659-cu ildə tətbiq olunmuşdu. Hazırda ABŞ, Kanada, Böyük Britaniya və s. ölkələrdə mühüm rol oynayır (ABŞ-da çeklər nağdsız ödənişlərin 70%-dən çoxunu ehtiva edir və onların dəyərinin 11%-ni təşkil edir).

Çek tədavülünün nağd pul tədavülündən üstün cəhətləri:

• çeki istənilən məbləğə yazmaq olar;

• çeklər elə hesablaşmalarda istifadə olunur ki, orada qarşılıqlı tələblərin əsas hissəsi nağd pulun iştirakı olmadan ödənilir. Məhz bu pul tədavülü forması əsasında nağdsız hesablaşmalar sistemi yaranmışdır;

• istifadədə rahatdır və itirdikdə onları bərpa etmək olur. Lakin çeklə işləmək, yəni onların təhlükəsizliyini yoxlamaq xeyli çətindir. Bu, çox əmək tutumlu prosesdir.

Elektron-kağız pul sistemi. Kredit pulları tərəfindən qızılın sıxışdırılması öz sonrakı inkişafını çekin bir növ adlı əvəzləyicisi olan kredit elektron kartlarında tapdı. Onların meydana gəlməsi həm ticarət şəraitlərinin dəyişilməsi, həm də bankların öz bazarlarını genişləndirmək istəyinin nəticəsi kimi bank texnologiyalarının inkişafı ilə bağlıdır. XX əsrin 60-cı illərində bank kartları meydana gələndə artıq kataloqlar üzrə ticarət sistemləri mövcud idi. Lakin internet və onlayn ticarətinin yaranması ilə plastik kartların qüsurları aşkar üzə çıxdı.

Onlar üzrə hazırda çoxsaylı fırıldaqçı ödənişləri həyata keçirilir. Müştərilərin təhlükəsizliyinin təmin edilməsinin variantlarından biri ödənişlərin aparılmasında vasitəçidən istifadədir, özü də kredit kartı haqqında məlumatlar mağazaya daxil olmur, hesablaşmalar isə ödəniş sisteminin hesablaşma mərkəzi vasitəsilə aparılır ki, bu da alıcıların kələkbazların qurbanına çevrilməsi riskini azaldır.

XX əsrin 80-ci illərində kredit kartlarından istifadənin alternativi - «smart-kart» və elektron nağd pul sistemi şəklində elektron pullar meydana gəldi.

Hazırda iki növ elektron pul sistemi fərqləndirilir:

• çoxməqsədli «card-based sistems» kartları;

• «şəbəkə» pulları. Birinci sistem «elektron kisələr »ə əsaslanır.

Elektron nağd pullar sistemi 1985-ci ildə görkəmli holland riyaziyyatçısı və kriptoqrafı D.Çaum tərəfindən təklif olunmuşdu. Elektron kupyur şəbəkə ilə ötürülən və kompyuterin verilənlər bazasında dəyişikliklər yaradan, elektrok kupyurun sahibinin və onun pul transaksiyası üzrə kontragentinin hesabının həcmi haqqında məlumatı daşıyan idarəedici siqnalların şifrələnmiş ardıcıllığından ibarətdir. Sistemin ikinci növü «şəbəkə» pullarına əsaslanır.

Pul dəyəri kompyuterin yaddaşında sərt disklərdə saxlanılır və xüsusi proqram təminatı vasitəsilə onun elektron kommunikasiya kartları vasitəsilə köçürülməsi baş verir. Pul tədavülü dairələri. Pul tədavülü iki dairəyə bölünür: nağd və nağdsız. Pul tədavülünün nağd formasında banknotlar, xırda pullar və kağız (xəzinədarlıq) biletləri, yəni öz fiziki formasında nağd ortada olan və ödənişlərin əksər növlərində tətbiq olunan pullar nəzərdə tutulur, istifadə olunur.

«Nağd pullar» məfhumu ilə yanaşı mənaca ona yaxın olan simvolik pullar anlayışı da işlədilir. Bu çox vaxt metal pullardır. Onlar elə pul vasitəsidir ki, onların bir pul kimi dəyəri və alıcılıq qabiliyyəti onların buraxılmasına (kəsilməsinin, çapının dəyəri) çəkilən xərcdən xeyli, həm də pul nişanının hazırlandığı material satılarsa, ondan əldə oluna biləcək satış pulundan yüksəkdir. Bu, metal pulların əridilib külçə halında satılmasının qarşısının alınması üçün zəruridir.

Nağdsız pul forması - bu, bank hesablarındakı pullar və Mərkəzi bankda tələb olunana qədər depozitlər və ya müddətsiz depozitlər, yəni kommersiya banklarının hesablarındakı əmanətlərdir. Çeklər, kredit kartları, veksellər, akkreditivlər, tədiyyə tapşırığı və s. vasitəsilə həyata keçirilir. Bu həm müəssisələrin öz aralarında qarşılıqlı hesablaşmalarda və banklarla nağdsız hesablaşmalarda istifadə olunan pul vəsaitləridir, həm də vətəndaşların bank hesablarında saxlanılan pullarıdır.