Mövzu № 14. İstehlakın modelləşdirilməsi

§1. İstehlakın neoklassik konsepsiyası.
§2. Keynsçi istehlak konsepsiyası.
§3, Modilyaninin həyat tsikli nəzəriyyəsi,
§4. Monetarist konsepsiya (permanent gəlir nəzəriyyəsi).      

Milli iqtisadiyyatın əsas subyektlərindən biri ev təsərrüfatlarıdır. Məcmu tələbin xeyli hissəsini onların istehlak xərcləri təşkil edir. Pula tələbi, onun xarakteri və həcmini xeyli dərəcədə ev təsərrüfatlarının istehlak bazarında davranışı müəyyənləşdirir. Ev təsərrüfatlarının sərəncamında dövlətə vergilər verildikdən sonra qalan gəlirlər olur. Gəlirin bir qismini onlar xərcləyir, bir qismini isə yığırlar. Sərəncamda olan gəlirin istehlak və yığım arasında bölünmə nisbətindən asılı olaraq son nəticədə istehlak xərcləri bir investisiya mənbəyi kimi yığımın məbləğini və ondan iqtisadiyyatda istifadə imkanlarını müəyyənləşdirir.

Ev təsərrüfatlarının istehlak xərclərinin cari ölçüləri və onların həcminin dəyişdirilməsində istiqamət götürəcəyi əsas amillər haqqında makroiqtisadiyyatda əsas məktəblər arasında fikir birliyi yoxdur. İstehlak və yığım arasında nisbət və istehlak həcmi ilə manevr üçün motivasiya problemi də meydana çıxır. İstehlak xərcləri və yığımın həcmi bilavasitə ev təsərrüfatlarının sərəncamında olan gəlirlərlə bağlıdır. Lakin müxtəlif məktəblər gəlirin istehlakın dinamikasına təsirini müxtəlif cür qiymətləndirirdilər.

Neoklassik məktəb gəlirin həcmini tədqiq üçün zəruri, obyektiv zəmin, keynsçilər isə əsas amil hesab edirdilər. İstehlak davranışının təhlili istehlak modellərini formalaşdırır ki, bunlar da iki növ olur:

• statik;

• dinamik: - ikidövrlü (hazırkı və gələcək dövrlər); - çoxdövrlü (subyektin həyatının illəri üzrə).

Dinamik modeldən söhbət getdikdə gəlir, istehlak və yığım axınlarının diskontlaşdırılmış qiymətləndirilməsinə müraciət etmək lazım gəlir. Neoklasssik istehlak modelləri və F.Modelyani və M.Fridmen modelləri İSişerin vaxtarası seçim konsepsiyasına əsaslanırlar. l. Fişerin istehlak dinamikasının tədqiqində mikroiqtisadiyyatdakı istehlak davranışı nəzəriyyəsi ilə müəyyən oxşarlıq var.

İstehlak xərclərinin həcmi barədə qərar qəbul edərkən ev təsərrüfatları həm cari, həm də əldə edəcəkləri gələcək gəlirləri nəzərə alırlar. Yığım pulları gələcəyə təxirə salınmış istehlak xərcləri kimi nəzərdən keçirilir.

Fərz edək ki, subyektin həyatı iki dövrdən ibarətdir. Birinci dövrdə subyekt gəlir əldə edir və onu istehlaka və yığıma bölür. Bu halda büdcə məhdudiyyəti aşağıdakı kimi olacaq:

Y.= C.+ S„ S.= Y,-C,.

burada - I dövrdə istehlak; Sj -• I dövrdə yığım; Yj- I dövrdə gəlirdir.

İkinci dövrdə o həm əmək gəliri, həm də topladığı yığımın əsasında formalaşdırdığı əmlakdan gəlir əldə edir.

Ev təsərrüfatı faiz dərəcəsindən asılı olaraq cari istehlaka deyil, gələcək istehlaka üstünlük verəcəkdir. Faiz dərəcəsi nə qədər yüksək olarsa, ev təsərrüfatları bir o qədər həvəslə yığım edərlər, nə qədər aşağı olarsa, cari istehlak bir o qədər yüksək olar.

Beləliklə, yığım faiz dərəcəsinin artan funksiyası, istehlak isə azalan funksiyasıdır. İndi subyektə iki müxtəlif dövr arasında (C^ və C^) istehlakın strukturunu optimallaşdırmaq qalır. Biz cari və gələcək dövrlərdəki istehlak həcmlərinin müxtəlif birləşmələrindən ibarət olan düz xətt aldıq.

Lakin ev təsərrüfatları üçün istehlak xərclərinin optimal həcminin müəyyənləşdirilməsi vacibdir. Xatırladaq ki, mikroiqtisadi istehlak nəzəriyyəsində istehlakçı özünün əmtəə əldə etmək istəyi ilə ödəniş qabiliyyətinin optimal uzlaşmasına nail olmaq üçün yalnız büdcə əyrisi deyil, həm də fərqsizlik əyri404 tstehlakın neoklassik konsepsiyası Sİ qururdu. Makroiqtisadiyyatda fərqsizlik əyrilərinin parametrləri bir qədər başqa olacaq.

Subyektlərin faydalılıq baxımından üstünlük verimləri (fərqsizlik əyriləri) MRS = dC^ / dC^. Burada dC, - ikinci dövrün dCg istehlakını kompensasiya etmək üçün birinci dövrün istehlak artımıdır.

Neoklassik istehlak funksiyası həmçinin nəzərdə tutur ki:

1. İstehlak cari faiz dərəcəsinin funksiyasıdır. İstehlak xərclərinin ölçüləri barədə qərarın qəbul edilməsi üçün əsas faiz dərəcəsidir.

2. Neoklassik konsepsiyada ehtimal edilir ki, istehlakın həcmi ev təsərrüfatlarının büdcəsi ilə məhdudlaşır və aşağıdakı kimi göstərilə bilər:

Y-T = C + S(Y- şəxsi gəlir; T- gəlir vergisi.

3. Neoklassik konsepsiya yığıma böyük diqqət yetirir. O, yığımı təxirə salınmış istehlak kimi nəzərdən keçirir,

4. Cari gəlir endogen parametr qismində çıxış edir. Bu konsepsiyaya görə ev təsərrüfatlarının özləri gəlir kəmiyyəti ilə asudə vaxt kəmiyyəti arasında seçim edərək öz gəlirlərinin kəmiyyətini müəyyənləşdirirlər. Gəlirin ekzogen konsepsiyası aşağıdakı şəkil alır. Neoklassik məktəbin ehtimal etdiyi kimi, subyektlər özlərini rasional aparırlar.

Onlar üçün gəlirin istehlaka və yığıma bölünməsində əldə edəcəkləri aşağıdakı üstünlüklər vacibdir:

• gələcək gəlirin artırılması imkanı. Bu halda əsas diqqət yığımın bankda hansı faizlə qəbul olunmasına yetiriləcək;

• cari və gələcək gəlirlərin müqayisəsi;

• hazırda və gələcəkdə istehlakdan faydalılıq. Sərəncamda olan gəlirin mənbəyi əməkhaqqının həcmidir. Endogen gəlir gəlir səviyyəsinin əmək bazarında yaranmış vəziyyətdən asılı olmadığını göstərir. Hər bir subyekt özü üçün müəyyən həyat səviyyəsini təmin etmək istəyir ki, bu da iki parametrdən asılıdır:

• gəlirdən;

• asudə vaxtın həcmi. Subyekt hər ikisini maksimallaşdırmağa çalışır. Cari gəlirin həcmi çox olmaq üçün çox işləmək lazımdır, deməli, asudə vaxtı qurban vermək lazım gələcək. Lakin gəlirin yüksək səviyyəsinə çatdıqda subyektin daha çox asudə vaxtı olur.

Hər bir subyektin müəyyən əmlakı olur ki, bu da toplanmış yığımın nəticəsi kimi formalaşır. Lakin əmlakın formalaşmasının ilkin şərti gəlirin istehlaka və yığıma bölünməsidir. Bu problemin optimallaşdırılması problemi ortaya çıxır. Beləliklə, gəlirin istehlak və yığıma bölünməsi kimi statik məsələ cari gəlirin istehlak və yığım arasında dinamik, çoxdövrlü bölgü məsələsinə çevrilir.

Bu halda yığım təxirəsalınmış istehlak rolunu oynayır və ehtimal olunur ki, subyekt ömrü boyu bütün gəlirlərini istehlak edir. O, əmlakından istifadə edərək gəlir əldə edə bilər. Buna görə də onun gələcəkdə gəlirinin həcmini müəyyənləşdirən ikinci amil əmlakın gəlirliliyidir.

Əməkhaqqının real dərəcəsi və əmlakın gəlirliliyi nə qədər yüksək olsa, daha yüksək gəlir dərəcəsi bir o qədər asan əldə olunar. Bu iki amil subyektin gəlirinin dinamikasını müəyyənləşdirəcək. Əməkhaqqı (gəlir) artarsa, büdcə əyrisi yuxarı qalxar. Bu daha yüksək istehlak səviyyəsini təmin edər. Əmlak gəlirliliyi artarsa, subyekt cari dövrdə istehlakı azaldacaq və onu gələcək dövrdə artıracaq. Subyektlər faiz dərəcəsinin (gəlirliliyin) dinamikasından asılı olaraq gələcək istehlaka nisbətən cari istehlaka daha çox üstünlük verəcəklər.

Beləliklə, cari gəlir subyektin iş vaxtı ilə gəlir arasındakı subyektiv seçimindən, təsiri ekzogen xarakter daşıyan amildən asılı olan gələcək gəlir isə gəlirlilik səviyyəsi və ya faiz dərəcəsindən asılıdır.

Faiz dərəcəsi nə qədər yüksək olsa, istehlak səviyyəsi bir o qədər aşağı olur, faiz dərəcəsi nə qədər aşağı olsa, istehlak həcmi bir o qədər yüksək olur. Bu nəticələri neoklassiklər klassik məktəbdən götürmüşlər, amma onlar həm də faiz dərəcəsi üzrə istehlaka son hədd meyilliyi və əmlak gəliri üzrə son hədd meyilliyi anlayışlarından da istifadə etməyə başladılar. Birinci dövrdə gəlir istehlaka və yığıma bölünür.

Bu bölgünün dinamikası faiz dərəcəsinin dinamikasından asılı olaraq faiz dərəcəsi üzrə istehlaka son hədd meyilliyi anlayışının köməkliyi ilə ifadə olunur. Faiz dərəcəsi üzrə istehlaka son hədd meyilliyi — faiz dərəcəsinin bir faiz punktu endiyi təqdirdə istehlakın neçə vahid artacağını və əksinə, faiz dərəcəsinin bir faiz punktu artdığı təqdirdə istehlakın neçə vahid azalacağını göstərən parametrdir.

İkinci dövrdə istehlak həcmi əmlakın gəlirliliyindən asılıdır: o nə qədər yüksək olsa, istehlak da bir o qədər yüksək olar. İstehlakın hərəkət dinamikasını əmlakın gəlirlilik dinamikasından asılı olaraq nəzərdən keçirsək, onda asılılığı istehlaka əmlakın gəlirliliyi üzrə son hədd meyilliyi parametrinin köməkliyi ilə ifadə etmək olar. İstehlaka əmlakın gəlirliliyi üzrə son hədd meyilliyi əmlak gəlirliliyinin bir faiz punktu dəyişdiyi təqdirdə istehlakın necə dəyişəcəyini göstərir.

Keynsçi istehlak konsepsiyası

İstehlak konsepsiyasına C.M.Keynsin yanaşması klassiklər və neoklassiklərin ideyaları ilə müqayisədə yeniliyi ilə seçilirdi:

• birincisi, gəlir kəmiyyəti endogen parametr qismində çıxış edir;

• ikincisi, istehlakın həcmi yalnız sərəncamda olan gəlirdən asılıdır;

• üçüncüsü, gəlirin istehlaka və yığıma bölgüsünün nisbətləri bilavasitə istehlakçının gəlirindən asılıdır.

İqtisadi konyunktura, o cümlədən faiz dərəcəsi amilləri hələ ki, rol oynamır. Yığım və istehlakın kəmiyyətləri hələ ki, sabitdir, çünki ailələrdə bu iki hissəyə bölgü ənənələrin və ya müəyyən nizamlanmış qaydaların təsiri altındadır. İstehlakın sərəncamda olan cari gəlirin mütləq kəmiyyətindən asılılığını C.Keyns əsas psixoloji qanun şəklində vermişdir ki, həmin qanuna görə «insanlar, bir qayda olaraq, gəlirləri artdıqca istehlaklarını artırmağa meyilli olurlar, lakin gəlirin artdığı qədər yox».

Ev təsərrüfatlarının istehlakı iki hissəyə bölünür. Hissələrdən biri gəlir dinamikasından asılı olmayan muxtar istehlakdır, ikincisi isə bilavasitə ev təsərrüfatlarının gəlirlərinin dəyişməsinin təsiri altında dəyişir.

Keynsçi nəzəriyyədə ən sadə istehlak funksiyası aşağı 410 Keynsçi istehlak konsepsiyası dakı kimi olur:

C = C„ + b (Y - T).

Burada C - istehlak xərcləri;

“ kəmiyyəti sərəncamda qalan cari gəlirdən asılı olmayan muxtar istehlak;

b - istehlaka son hədd meyilliyi (MFC);

Y - gəlir;

T - vergi ödəmələridir.

Muxtar istehlak insanlara həyat qabiliyyətlərini saxlamaq üçün lazım olan istehlak xərclərinin minimum həcmini səciyyələndirir. Gəlirlərin dəyişyişilmə dinamikasından asılı olaraq subyektlərin istehlak həcminin dəyişməsinə subyektiv üstünlükverimlərini istehlaka son hədd meyilliyi parametri ifadə edir.

Qısamüddətli dövrdə o dəyişilməzdir, çünki insanlar onlarda ənənəvi olaraq formalaşmış vərdişləri dəyişməyə meyilli deyillər. Psixoloji amil istehlaka orta meyillik kimi parametrdə əks olunur. İstehlaka son hədd meyilliyindən fərqli olaraq istehlaka orta meyillik (istehlakın gəlirin məbləğinə nisbəti və ya gəlirin istehlaka sərf olunan faizi),

Keynsin psixoloji qanununa görə, gəlir artdıqca, azalmalıdır, çünki varlılar istehlakdan çox yığıma meyillidirlər. Əsas amil qismində sərəncamda olan gəlirin götürülməsi iqtisadi nəzəriyyədə hadisələrin tədqiqinin əsas prinsiplərinə müvafiqdir, lakin real həyatda istehlak dinamikasına sərəncamda olan gəlirdən başqa digər amillər də təsir edəcəklər:

• ev təsərrüfatlarının gəliri;

• ev təsərrüfatlarında yığılmış sərvət;

• qiymətlərin səviyyəsi;

• iqtisadi gözləmələr;

• kreditorlar qarşısında borcun həcmi;

• verginin səviyyəsi. Keynsçi nəzəriyyədən daha bir nəticə irəli gəlir ki, bu istehlakm modelləşdirilməsi da multiplikativ (gücləndirici) effekt adı almışdır. İstehlak xərcləri məcmu tələbin bir hissəsidir. Milli məhsulun artması, çoxalmasının əsas mənbəyi məcmu tələbin həcminin artması olduğundan istehlak xərclərinin dəyişməsi həm də iqtisadiyyatda ümumi gəlirin səviyyəsinə təsir edəcək. Bu dəyişmə multiplikativ effekt səciyyəli olacaq. Muxtar istehlak xərclərinin artması ümumi gəlirin artmasına istehlak xərclərinin ilkin artmasına nisbətən daha çox təsir edəcək.

ÜDM artımı multiplikatorun kəmiyyətindən asılı olacaq ki, bu da yığıma son hədd meyilliyin əks kəmiyyətidir. Beləliklə, C.Keynsin nəzəriyyəsinə görə:

• iqtisadiyyatda istehlak həcminin dəyişməsi yalnız ev təsərrüfatının əldə etdiyi gəlirdən asılıdır;

• istehlakın dəyişmə dinamikası psixoloji qanuna müvafiq olaraq izlənilir və istehlaka son hədd meyilliyi və yığıma son hədd meyilliyi kimi subyektiv anlayışlarla əlaqədardır;

• muxtar istehlak xərclərinin artması milli məhsulun dinamikasında multiplikativ effekt (gücləndirici) verir;

• gəlir artdıqca istehlaka son hədd meyilliyi sabitlik tendensiyalı olur, istehlaka orta meyillik isə azalma tendensiyalı olur.

Amma 1946-cı ildə S.Kuznets «Milli məhsul 1869-cu ildən» kitabında ABŞ-ın son 80 il ərzində dinamikası üzrə tədqiqatlarını çap etdirdi və aydın oldu ki, istehlak və gəlir dinamikası üzrə faktik verilənlər keynsçi nəzəriyyəyə uyğun gəlmir. Uzunmüddətli dövrdə orta istehlak norması kəmiyyətinin azalması və istehlaka son hədd meyilliyinin daimiliyi haqqında tezis statistik göstəricilərlə təsdiqlənmədi.

Uzunmüddətli dövrdə istehlaka orta meyillik sabit kəmiyyətdir. Bundan başqa, uzunmüddətli dövrdə istehlaka son hədd meyilliyi və qısamüddətli dövrdə istehlaka son hədd meyilliyini fərqləndirmək lazımdır. Kəmiyyətinə görə bunlar fərqli parametrlərdir. Əgər qısamüddətli dövrdə gəlirin artması ilə istehlakın payı nisbətən azalırsa, uzunmüddətli dövrdə o, sabit olur.

Əks təqdirdə gəlir artdıqca uzunmüddətli dövrdə istehlak istehlak sıfra doğru meyillənər ki, bu da reallıqla ziddiyyətə girir. S.Kuznetsin tədqiqatının keynsçi nəzəriyyənin müddəaları ilə ziddiyyət təşkil etməsi Kuznets «fenomeni» və ya «müəmması» adını almışdır. İstehlaka orta meyillik qısamüddətli dövrdə azala bilər, lakin uzunmüddətli dövr üçün bu qanunauyğunluq müşahidə olunmur.