Müəllim: Nəsirov Elşən Nurəddin oğlu
Birinci Ali Təhsili: N. A. Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutu, 1990
İkinci Ali Təhsili: Moskva Beynəlxalq Hüquq və Ali Biznes Məktəbi, 1995
İqtisadiyyat elmləri üzrə pedaqoji təcrübəsi: 30 il
İşgüzar fəaliyyəti: "İdeal" Firmasının Prezidenti (2001), "Birja-N" qəzetinin təsisçisi (2013)
Pedaqoji fəaliyyəti: Naxçıvan Dövlət Universiteti
Müəllimlə əlaqə:                  




İqtisadi Terminlər

Ümumi Daxili Məhsul (ÜDM) — Ümumi Daxili Məhsul (ing. Gross Domestic Product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

Ümumi milli məhsul (ÜMM) — Ümumi milli məhsul (ing. gross national product) — ölkə vətəndaşlarının ölkə daxilində istehsal etdikləri bütün son əmtəə və xidmətlər ilə, ölkədən kənarda yaşayan vətəndaşların ölkəyə transfer etdikləri iqtisadi amillərin gəlirlərinin məcmu bazar dəyəridir. ÜMM-da, Ümumi Daxili Məhsuldan fərqli olaraq, vətəndaşların həm ölkə daxilində, həm də xaricində əldə etdikləri bütün gəlirlər nəzərə alınır.

Resessiya — latın dilində Recessus, ingilis dilində Resession geriləmə deməkdir. İqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) bu termin iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir. İstehsalın düşməsi Ümumi Daxili Məhsulun (ÜDM) sıfır dərəcəli artımı (staqnasiya) və ya onun yarım ildən artıq müddətdə aşağı enməsi ilə xarakterizə olunur.

Françayzinq — fransız dilində franchir, «azad etmək» deməkdir. Bazar subyektləri arasında kommersiya münasibətlərinin növüdür, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasnda özünə məxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsaında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir. Françayzinq – françayzer və françayzi arasında təsis edilən şəffaf münasibətlər sistemidir, bu razılaşma nəticəsində qarşılıqlı maraqların təmin edilməsi məqsədi ilə françayzerin bilikləri, imici, uğuru, istehsal metodları və marketinqi françayziyə ötürülür.

Dempinq — mal və xidmətlərin süni şəkildə aşağı qiymətlərlə satılması. Dempinq qiymətləri bazar qiymətlərindən xeyli aşağı, bəzən mal və ya xidmətin dəyərindən də aşağı olur. Dempinq siyasəti müxtəlif məqsədlər üçün həyata keçirilir: yeni bazarlara daxil olub güclənmək, rəqibləri sıxışdırmaq və s...














































website counter



Цены на нефть
BrentLight
Precious metals
Gold
Palladium
Platinum
Silver

Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений

Webmaster Elshan NASİROV
IDEAL EDUCATION COMPANY
2001-2023