Müəllim: Nəsirov Elşən Nurəddin oğlu
Birinci Ali Təhsili: N. A. Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutu, 1990
İkinci Ali Təhsili: Moskva Beynəlxalq Hüquq və Ali Biznes Məktəbi, 1995
İngilis dili üzrə pedaqoji təcrübəsi: 30 il
İşgüzar fəaliyyəti: "İdeal" Firmasının Prezidenti (2001), "Birja-N" qəzetinin təsisçisi (2013)
Pedaqoji fəaliyyəti: Naxçıvan Dövlət Universiteti
Müəllimlə əlaqə:                  





Translate into English

1. Translation of sentences

1. Kim deyə bilər, dünyada neçə ölkə var?
2. Bu kitabın müəllifi kimdir?
3. Azərbaycan ordusu işğal altında qalan əraziləri azad edə bildi.
4. Şəhərimizin mərkəzində yerləşən kitabxanada siz axtardığınız kitab yoxdur.
5. Mənə elə gəlirki, nə vaxtsa burda olmuşam.
6. Dünyada bir çox ölkələrin dövlət dili rəsmi olaraq İngilis dilidir.
7. Dünyada bir çox ölkələrin rəsmi dövlət dili İngilis dilidir.
8. Amerikalı yetkinlərin yalnız 10% -i müntəzəm idmanla məşğul olur.
9. Üzüm adətən ya yaşıl, ya da qırmızı olur.
10. Anar elə bir şəxsdir ki, hansını ki ya sevirsiniz, ya da nifrət edirsiniz.
11. leyla adətən imtahanlarda yüksək qiymətlər alır.
12. Bu cür mahnı heç kimə lazım deyil.
13.Üzr istəyirəm, amma mən səni bağışlaya bilməyəcəyəm.
14. Nə vaxtdan bəri siz məni burada gözləyirsiniz?
15. Onlar səni səhər saat 9:00-dan öz ofislərində gözləyirlər.
16. Raufdan başqa hamı Yunisin toy məclisinə dəvət edildi.
17. Mən sənin yerinə olsaydım, Leylaya zəng vurub üzr istəyərdim.
18. Heç kim sənin yerinə bu işi görməyəcək.
19. Şəhərimizin bu hissəsində olan dükanlar bazar günündən başqa hər gün işləyirlər.
20. Mənim dayım bu yaxınlarda London Bankının baş iqtisadçısıtəyin edilmişdir.
21. Bu yaxınlarda bir bank var?
22. Bakalavriatı bitirdikdən sonra maqistraturaya daxil olmağı düşünürəm.
23. Yadda saxla, şikayət etmək faydasızdır!
24. Bu bağçada gördüyün gülləri mən İspaniyadan gətirmişəm.
25. Başa düşə bilmirəm, nəyə görə siz bu layihəni mənim əvəzimə hazırlamalısınız?
26. Sizi belə bir durumda görmək çox qəribədir.
27. Anar dekanata dəvət olundu və ona orada son xəbrdarlıq edildi.
28. Azadlıq verilmir, azadlıq alınır!
29. Hər kəs öz gələcək karyerasının sahibi və memarı olmalıdır!
30. Mən öz siyasi mövqeyini tez-tez dəyişən siyasətçilərə güvənmirəm.
31. O, teatra gedəcəklərini düşünürdü.
32. Leyla gördü ki, Rauf onun avtomobilini yuyur.
33. Biz bilirdik ki, Leyla rəqs edə bilr.
34. Onlar düşünürdü ki, biz ingilis dilini öyrənirik.
35. Rəisimiz dedi ki, onlar sənədləri imzalayıblar.
36. O şəhərin mərkəzində çoxlu yeni binalar var.
37. Məktəbimizin yeni direktoru şəhərin kənarında yaşayır.
38. İngilis dilinin qrammatikası o qədər də çətin deyil.
39. Bu sualların içindəmaraqlı bir sual olacaq.
40. O mənzillərdən biri sizin olacaq.
41. Bu mənzilin otaqlarından biri qonaqlar üçün nəzərdə tutulub.
42. Belə gülləri siz Avropanın hər yerində görə bilərsiniz.
43. Böyük Britaniya dünya ölkələri arasında ən inkişaf etmiş ölkələrdən biridir.
44.O çantanın qiyməti çox bahadır.
45. Orada mən bir xarici vətəndaşla görüşdüm.
46. Sabah Leylanın rəfiqəsinin 20 yaşı olacaq.
47. O yazıçının hekayələri fərqli dillərdə nəşr edilmişdir.
48. Səfəvilərin hakimiyyəti uzun müddət çəkdi.
49. Heç kəs bunu edə bilməyəcək.
50. Bu iki gölün arasında uzun bir körpü inşa ediləcək.
51. Aslan o binanın 2-ci mərtəbəsində yaşayır.
52. Mən sizi hava limanının qarşısında gözəyəcəyəm.
53. Leyla bu güllərdən heç birini bəyənmədi.
54. Onların ofisi alman dizaynerləri tərəfindən dizayn edilmişdir.
55. Mən bu suallardan heç birini tərcümə edə bilmədim.
56. Bu mesajı Siz mənə saat neçədə göndərmisiniz?
57. Bu köynək nə sənə, nə də sənin qardaşına yaraşmır.
58. Biz ya bu, ya da digər bir evi almalı olacayıq.
59. Biz həmin meşənin ortasında toplanmalıyıq.
60. Onlarda olan kitablarla bizimkilər eynidir.
61. İqtisadi terminləri hər kəs eyni səviyyədə anlaya bilmir.
62. Belə bir şəraitdə inkişaf etmək mümkün deyil.
63. Naxçıvan Dövlət Universitetinin kampusunda hər il Yeni il bayramı qeyd edilir.
64. Anar və Leyla uzun illərdir ki, bir-birinə məktub yazmırlar.
65. Dostlarım məndən ona görə küsdülər ki, mən onları ad günümə dəvət etmədim.
66. Yaşamaq getdikcə çətinləşir.
67. Üç ildən sonra mən bu ofisin baş meneceri ola bilərəm.
68. Gəlin evə qayıdaq, hava getdikcə sərinləşir!
69. Bu abidənin təməlini bir alman heykəltaraş qoymuşdur.
70. Sənin ən böyük qüsurun odur ki, çox vaxt yalan danışırsan.
71. Mənə zəng vursalar, deyin ki, indi çox məşqulam, birazdan özüm zəng vuraram.
72. Bu kitabın müəllifini heç kim tanımır.
73. Siz öz həyat tərzinizi dəyişməyə çalışmalısınız.
74. Rauf sabahdan özünə yeni iş axtarmağa başlayacaq.
75. Anar ilə sənin aranda heç bir fərq yoxdur.
76. Telegram sabah alınacaq.
77. Keçən həftə mənə çox maraqlı bir kitab verildi.
78. Onlara həmişə gülürlər.
79. Keçən həftə Anar konfransa dəvət edildi.
80. Belə güllər digər mağazalarda satılmır.
81. Bu mətn dünən saat 17-dən 20-yə qədər tərcümə edilmişdir.
82. Sizin dostunuza hədiyyə artıq verilmişdir.
83. Bu məktub onlar gəlməmişdən əvvəl göndəriləcək.
84. Raufun yeni kitabı gələn ilədək tamamlanmalıdır.
85. Yeni ildən həkimlərə hökumət tərəfindən yeni bir maaş artımı veririləçək.
86. Ümumiyyətlə,maaşım mənə ayda iki dəfə ödənilir.
87. Radionu yandırın! İndi Prezidentin çıxışı yayımlanır.
88. Qardaşıma bu firmada maraqlı bir iş təklif edildi.
89. İki ildir ki Əliyə onun qardaşının öldürüldüyü söylənilir.
90. Məndən xahiş edildi ki, sabah da buraya gəlim.
91. Muzey gələn ilin aprel ayına qədər açılmayacaq.
92. Mamed mənə bu küçədə oğurlandığını söylədi.
93. Mən tez-tez Çin restoranına dəvət olunuram.
94. Narahat olmayın, baqajınız otelimizin porteri tərəfindən sizin otağınıza daşınacaq.
95. Amerika Columb tərəfindən kəşf edildi.
96. Şəhərimizdə böyük ticarət mərkəzi inşa ediləcək.
97. Burada yalnız həqiqət deyilməlidir.
98. Bizə həçnə izah edilmədi.
99. Dustağın danışığı hakim tərəfinfən kəsildi.
100. Əvvəllər bizə belə imkanlar verilmirdi.
101. Onlar gecə klubunda görüşdülər, elə deyil mi?
102. Bu ərazilər kimə məxsusdur, bizə, yoxsa onlara?
103. Donald Tramp ABŞ-ın 2017-ci ildən 2021-ci ilə qədər 45-ci prezidenti olan Amerikalı bir iş adamı və siyasətçidir.
104. Britaniya kraliçası İkinci Yelizaveta 90 illik yubileyini qeyd edir.
105. Minlərlə insan bu gün Londonda Vindsor sarayının ətrafına toplaşıb.
106. İkinci Yelizavetanın taxtda olduğu müddətdə Britaniyada 12 baş nazir olub.
107. Microsoft Şirkətinin sahibi Bil Qeyts həm də dünyanın ən zəngin şəxslərindən biridir.
108. «Forbes» jurnalının milyarderlər siyahısında 5 azərbaycanlı biznesmenin adı var.
109. «Forbes» jurnalı milyarderlər siyahısını açıqlayıb.
110. Sabah daha soyuq ola bilər.
111. Birləşmiş Ərəb Əmirlikləri Ərəbistan yarımadasının şərq hissəsində yerləşir.
112. Bakı Azərbaycan Respublikasının paytaxtıdır və Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir.
113. Bakının sahəsi 2130 km², əhalisi 3 milyon nəfərdən çoxdur.
114. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon və 59 qəsəbə daxildir.
115. "Real Madrid" klubu İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar bir futbol klubudur.
116. Kriştiano Ronaldo atasını 22 yaşında olarkən itirib.
117. Venerada bir gün Yerdəki 117 günə bərabərdir.
118. Fillərin çoxu mavi balina dili qədər ağırdır.
119. Doğuşdan sonra körpələr ağ-qara görürlər.
120. Kəpənəklər ayaqları ilə qoxu alır.
121. Balıqlar da boğula bilər, özü də su altında!
122. Oxford universiteti Aztek imperatorluğundan daha qədimdir.
123. Dünyanın ən yüksək binası olan Burj Khalifa-nın hər mərtəbəsindən günəşin batmasını izləyə bilərsiniz.
124. Dünyanın ən böyük qar dənəsi 38 sm genişliyində idi.
125. Planetimizdə açılmayan sirrlər hələ də çoxdur.
126. 2020-cı il müasir dünya üçün həm siyasi, həm də iqtisadi baxımdan çox önəmli il olmuşdur.
127. 1776-cı ildə İstiqlaliyyət Bəyannaməsi qəbul edildi və Amerika dövləti yarandı.
128. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.
129. Bir insan gündə ən az 500 litr oksigen istifadə edir.
130. Kainatda hər gün 275 milyona yaxın yeni ulduz yaranır.
131. Youtube – da yerləşdirilən bir çox videolar həqiqətə uyğun deyillər.
132. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir.
133. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1 000 hüceyrə ölür.
134. Qurbağanın 2 600 növü var.
135. Bu günə qədər qeydə alınmış ən böyük aysberq 200 mil uzunluqda və 60 mil enliyində olaraq, Belçikadan daha böyük sahəyə malik olub.
136. Cənubi Koreyanın paytaxtı Seul koreya dilində elə paytaxt deməkdir.
137. Qədim misirlilər daşdan düzəldilmiş yastıqlarda yatırdılar.
138. İndoneziyada bazarlıq edərkən satıcı pulu yerə atsa son qiymət mənasına gəlir, yəni artıq razılaşıb.
139. İllərdir tarix dərslərində keçilən 100 illik müharibə əslində 116 il sürmüşdür.
140. 1998 – ci ilə qədər Everest zirvəsinə çıxmağa çalışan 918 adamdan 146-sı ölmüşdür.
141. Liberiya adı “azad olanların ölkəsi” mənasını verir.
142. Kasablanka adı ispanca “Ağ Ev” mənasını verir.
143. Küveyit ərəbcə “qorunmuş kənd (qala)” mənasını verir.
144. Moldovanın adı Rumıniyadakı Moldova çayından gəlir.
145. Polşa yerli dildə “düzənliklər ölkəsi” mənasını verir.
146. Ən çox ev tapşırıqlarına görə Çin dünyada birinci yerdədir.
147. Fransız məktəblərində tədris ili ən qısa, lakin məktəb günü ən uzundur.
148. İki dövlət dili olan Kanadada uşaqlar iki dildə – İngilis və Fransız dillərində təhsil alırlar.
149. Hollandiyada uşaqlar dörd yaşında, məktəb yaşına çatdıqdan sonra məktəbə gedirlər.
150. Dünyada ən kiçik məktəb İtaliyanın Turin şəhərindədi, orada yalnız bir uşaq oxuyur.
151. İslandiya çox sərt iqlimi olan bir ölkədir və burada isti trikotaj geyimlərə böyük tələbat var.
152. Yapon məktəbində tədris ili aprel ayında başlayır və heç kim bunun səbəbini izah edə bilmir.
153. Uşaqlar yazda hamıdan daha sürətli böyüyürlər.
154. İnsan orta hesabla həyatının 2 həftəsini öpüşlərə sərf edir.
155. Ən qısa müharibə 1896-cı ildə qeydə alınmışdır. İngiltərə Zanzibara hücum etdi və 38 dəqiqə döyüş oldu.
156. 1990-cı ilə kimi Fransanın ən tanınmış insanları, yazıçıları, sadə insanları hökümətdən Eyfel qülləsinin sökülməsini tələb edirdi. Səbəb isə Parisin ümumi görünüşünün pozulması idi.
157. Son 50 il ərzində insan 45000 göl məhv edib.
158. Azərbaycan Ordusu 10 min nəfərlik şəxsi heyətlə təlimlərə başlayır.
159. İsveçrədə müəllimin orta illik maaşı 33000 dollardan çoxdur.
160. Ömrü boyu insan 27 ton yemək yeyir.Bu 7 filin çəkisinə bərabərdir.
161. Bu nə deməkdir?
162. Sən məni başa düşmək istəmirsən.
163. Mən sabah Arifin atası ilə görüşmək niyyətindəyəm.
164. Hansı ölkədə daha çox insan yaşayır?
165. Əlçək məndən!
166. Rauf xəstəliyi səbəbindən bugünki dərsdə iştirak etməyəcək.
167. Nə etməyə hazırlaşırsan?
168. Azərbaycan ilə Ermənistan arasında yenidən müharibə başlaya bilər.
169. O heykəl ispan heykəltaraşı tərəfindən yaradılıb.
170. Biz bir dükanın yanından keçib stadiona tərəf getdik.
171. Mən bu kitabın müəllifini tanıyıram.
172. Mənim əmimin həyat yoldaşı Mərkəzi Xəstəxanada çalışır.
173. Bu güllərin qoxusu çox gözəldir.
174. Bu şəhərin heyvanxanasında nadir heyvanlar var.
175. Bugün axşam sizə zəng vura bilərəm?
176. Raufun dostlarının özəl firmaları var.
177. Leylanın oğlu mənim oğlumun dostudur.
178. Leylanın oğlu ilə mənim oğlum dosturlar.
179. Rauf o kənd məktəbinin direktorudur.
180. Sizin yalnız iki çıxış yolunuz var.
181. Rauf ilə Fidanın mənzilində çox bahalı mebel var.
182. Fuad mənzilinin divarlarını rəngləyir.
183. O binaların örtükləri qırmızıdır.
184. Bu kitabın müəllifinin çoxlu dövlət mükatları var.
185. Rasimin xalasının iş yeri hökümət binasının yanındadır.
186. O binaların ətrafında müxtəlif bazarlar var.
187. Rauf Anarın keçmiş müəllimidir .
188. Raufun əvvəlki müəllimi bizim universitetdə dekan vəzifəsində çalışır.
189. Sabah universitetimizin bütün müəllimləri ilin son iclasında iştirak edəcəklər.
190. Leyla ilə Fərxadın boş vaxtları az olur.
191. Əmim bütün günü işdə idi və çox məşqul idi.
192. Rauf Faiqin zənginə cavab verə bilmədi.
193. Sizin qardaşınızın sənədləri bizim ofisdədir?
194. Rauf ilə Fidanın ailələri var?
195. Sizin bilətləriniz sabah hazır olacaq.
196. Bu açarların arasında mənim açarım yoxdur.
197. Sabah Nadirin ad günü olacaq.
198. Rüstəmin qardaşının oglu milli ordumuzda xidmət edir.
199. Biz bu məktubu sizə dünən göndərmədik.
200. Onlar sizə bu məktubu dünən göndərə bimədilər.
201. İki ildən sonra sən daha yaxşı üzə biləcəksən.
202. Xəzər dənizində rusların 4 hərbi gəmisi var.
203. Xəzər dənizində 4 rus hərbi gəmisi var.
204. Əfqan ilə Dilarənin yeni layihələri olacaq.
205. Rauf belə yarışlarda iştirak etməməlidir.
206. Sabah sizinlə saat neçədə görüşə bilərik?
207. Siz bu problemi mənsiz həll edə biləcəksiniz?
208. Onlar öz kafelərini satmaq istəmirdilər.
209. Bahadur bu filmin tanınmış qəhrəmanı ola bilər.
210. Fuad ingilis dilini öyrənə bilməyəcək.
211. Bu məktəbin şagirdləri uniforma geyinmirlər.
212. Bu məktəbin şagirdlərinin uniformaları yoxdur.
213. Bu məktəbdə qədim bir kitabxana var idi.
214. Onlar bizimlə razılaşa bilmirdilər.
215. Biz bu problemi sabah müzakirə edə bilərik.
216. Universitetimizin müəllimləri iclasdadırlar.
217. Fuad durub iki ağacın arasında.
218. Axşam metroda çoxlu sərnişinlər var idi.
219. Fuadın valideynləri həkimdirlər?
220. Fuadın valideynlərinin sənədləri var?
221. Leylanın dayısı mənim atamın işçisidir.
222. Hər günün sonunda mən yeni ingilisi sözlərini öyrənirəm.
223. Stadionun ortasında 2 bayraq var.
224. Anarın sürücüsünün ciddi problemi var.
225. Bizim tələbələrimiz sərgidədirlər.
226. Raufun dostunun qardaşı mətəbimizin bufetindədir.
227. Biz onlara məktub yazırıq.
228. Onlar bizə çoxlu məktub göndərirlər.
229. Fuad bu kafedranın yeni müəllimidir.
230. Onların bağçasında yeni ağaclar yetişir.
231. Azad Fuadın yeni iş yeri üçün bahalı computer alacaq.
232. Siz onlara işin sonunda müraciət edə bilərsiniz.
233. Rauf imtahanda yaxşı qiymət ala bilərdi, lakin almadı.
234. Leylanın bacısı öz rəfigəsinə zəng vurmalıdır.
235. İmtahan otağında 4 camera var idi.
236. Fidan hesab edir ki, o bu yarışda qalib gələ biləcək.
237. Onlara sizə maraqlı bir təklifi var.
238. Gömrükdə çoxlu yük avtomobilləri var.
239. Fuad öz probləmlərini özü həll edir.
240. Məktəbimizin otaqları təmiz, işıqlı və səliqəlidir.
241. Arif o adamlardan birini tanıyır.
242. Siz bu məsələni həll edə bilməyəcəksiniz.
243. Üç gündən sonra mənim 40 yaşım olacaq.
244. Raufun baçıları evlidirlər?
245. Raufun iş yeri o dükanın yanındadır.
246. Universitetimizdə müasir siniflər var idi.
247. Rauf öz maşınını satmaq istəmir.
248. Bu sənədlər Adilindir.
249. Bu əşyalar sizin deyil.
250. Bu sinifdə yeni partalar var.
251. Mənim ilə onlar arasında yeni bir müqavilə olacaq.
252. Raufun qardaşı məktəbə gedir?
253. Onların valideyndəri iclasa gələcəklər?
254. Dünən mən babamla balıq tutmağa getmişdik.
255. Sizin bu il tətiliniz var?
256. Onların sizin üçün bir sıra təklifləri var idi.
257. Sabah mənim sizə maraqlı bir təklifim olacaq.
258. Onlar sizi bu yarışa dəvət etmək niyyətində deyirlər.
259. Sabah hava olduqca soyuq olacaq.
260. Dünən biz stadionda məşq etdik.
261. Anar Raufun qardaşının dostudur.
262. Siz qərar verməli olacaqsınız.
263. Onlar bu müharibədə qalib gələ bilməyəcəklər.
264. Onların zəng etmək imkanı olacaq?
265. Yusif çox məsuliyyətli tələbədir.
266. Sərhəddə çoxlu yük maşınları var.
267. Sabirin böyük qardaşları müğənni idilər.
268. Sən bu mahnının sözlərini bilirsən?
269. Rauf öz atasına kömək edə bilmədi.
270. Bu cümlələri ingilis dilinə tərcümə etmək çox çətin idi.
271. Siz bu mətni fransız və alman dillərinə tərcümə edə bilərsiniz?
272. Russia ilə Azərbaycan arasında mübahissəli məsələlər var.
273. Britaniya kralı tarixdə ilk dəfə rus dilində danışdı.
274. Sabah Şuşada Türk Biznes Forumu başlayacaq.
275. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.
276. Amerika Rusiyanı təhdid edir.
277. Onlar bizə hər gün zəng vurmurlar.
278. Bu əmtəələrin qiyməti bəlli deyil.
279. Sən sual verməyi bacarmırsan.
280. Leyla məktəbə tələsir.
281. Meydanın mərkəzində 2 abidə var.
282. Bizim qohumlarımız Bakıya köçürlər.
283. Avtomobilinizin təkərlərinin havası yoxdur.
284. Biz sizi bu toplantıda iştirak etməyə dəvət edirik.
285. Bu iclasın sədri var?.
286. İclasda çoxlu əcnəbi qonaqlar iştirak edirlər.
287. Siz avtomobilinizi çox yüksək sürətlə idarə edirsiniz.
288. Rüstəmin dostlarının fərqli maraqları var.
289. Onların bu evi almaq üçün yetərincə pulu yoxdur.
290. Bu məmim sizə yazdığım son məktubdur.
291. Fuad Mamedin səhvini düzəldir.
292. Şəhərimizdə maraqlı yerlər az deyil.
293. Universitetin tələbələri dərslərə yubanmamalıdırlar.
294. O kəndin yanından bir çay axır.
295. Rauf çətin testləri həll edə bilmir.
296. Ölkəmizin zəngin təbii sərvətləri var.
297. Bu torpaqlar bizə məxsusdur.
298. Azərbaycan müstəqil bir dövlətdir.
299. Almaniyanın ətrafında olduqca müasir qəsəbələr var.
300. Ordumuz gələcək savaşda qalib gələcək.
301. Raufun ad günüdə çoxlu qonaqlar var idi.
302. Naxçıvanda uzun müddətdir ki, yağış yağmır.
303. Bu şəhərin sakinləri çox xöşbəxtdirlər.
304. Rauf öz problemlərini bir aydan sonra həll edə biləçək.
305. Təlimata əsəsən, onlar bu tapşırığı 3 günə bitirməlidirlər.
306. Bu əmtəələrin 20 faizinin qiyməti 1000 manat təşkil edir.
307. Rauf müəlliminin tapşırığını yerinə yetirmir.
308. Raufun neçə qardaşı var?
309. Anar qardaşına kömək edə bilmədi.
310. Mənzilinizdəki mebel təzədir?
311. Bu kompüterin klaviaturası işləmir.
312. Bizim aramızda müəyyən fərqlər var.
313. Bakı ilə Naxçıvan arasında olan yolun uzunluğu təxminən 800 km-dir.
314. Bu kafe mənim dayıma məxsus idi.
315. Bu binanın inşası 2 ildən sonra tamamlanacaq.
316. O dağların üzərində çoxlu buludlar var.
317. Mən sabahkı iclasda iştirak etməyəcəyəm.
318. Fuadın fərqli maraqları var idi.
319. Rusiyanın qərbində tez-tez yağış yağır.
320. Sabah hava buludlu və qarlı olacaq.
321. Fuadın valideynləri çox məsuliyyəlidirlər.
322. İki gündən sonra ölkəmizin bir sıra bölgələrində yağış yağa bilər.
323. Məhkəmədə Raufun əvəzinə onun qardaşı iştirak edəcək.
324. Raufun qardaşı hal-hazırda məhkəmədə ifadə verir.
325. Bu nailiyyət ölkəmizin ən böyük uğurudur.
326. Sizin cavabınızda müəyyən səhvlər var idi.
327. Ordumuzun məqsədi bu əraziləri azad etməkdir.
328. Tələbələr dərslərinə yabanmamalıdırlar!
329. Onlar bu qələbəni çətinliklə əldə etdilər.
330. Rauf öz ev tapşırığını 2 saat öncə tamamladı.
331. Bu təyyarə Moskvadan Londona üçur.
332. Bakı Hava limanında çoxlu sərnişinlər var.
333. Azərbaycan ilə Russia arasında tarixi və mədəni əlaqələr var.
334. Bu kitabın müəllifinin ailəsi yoxdur.
335. İki gündən sonra biz Türkiyədə olacayıq.
336. Fuadın atasının dostu gömrükdədir.
337. Rauf sabah beynəlxalq konftrasın plenar iclasında çıxış edəcək.
338. Orada boş oturacaq yerləri yoxdur.
339. Zooparkda biz qeyri-adi heyvanlar gördük.
340. Şəhərimizin yeni memarı o binanın üçüncü mərtəbəsində yaşayır.
341. Sizin sənədləriniz qonşü otaqdakı rəfdədir.
342. Univesitetin əsas korpusu tezliklə təmir ediləcək.
343. Bahadur ailəsini şəhər mərkızindəki bahalı bir oteldə yerləşdirib.
344. Fuad və Lalə belə bir mənzildə yaşaya bilməyəcəklər.
345. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə əldə edib.
346. Bu futbol komandası öz meydanında daha yaxşı oynayır.
347. İranda terror aktı nəticəsində 13 nəfər həlak olub.
348. Rusiyanın Ukraynaya qarşı müharibəsi 1 ilədn çox davam edə bilər.
349. SOCAR prezidenti Türkmənistanda keçirilən beynəlxalq forumda çıxış edib.
350. Britaniya Türkiyəyə döyüş təyyarələri satmağa hazırdır.
351. Mənim böyük qardaşım milli ordumuzda xidmət edir. 352. Naxçıvanın muxtariyyəti əbədidr.
353. Ölkəmizdə bir sıra təşkilatların dövlət statusu ləğv ediləcək.
354. Türkiyədə elektromobillərin kütləvi istehsalı başladı.
355. Sən bu əmri yerinə yetirə bilməyəcəksən.
356. Üç gündən sonra İsrail İranın nüvə obyektlərinə hava hücumu edə bilər.
357. Siz bu məruzəni dünən hazırlamalı idiniz.
358. Düşmən ordusunun bir sıra əsgərləri əsir götürülmüşdür.
359. O şirkətin müdiri öz vəzifəsindən azad ediləcək.
360. Bu silah növü Amerikada istehsal olunub.
361. Yunisin 2 qardaşı var idi, onlarda biri həkim, digəri isə müəllim idi.
362. Dünən Rauf bizə zəng vurmadı, çünki telefon nömrəmizi tapa bilmədi.
363. Onlar sizə güvənmir, çünki siz çox məsuliyyətsiz adamsınız.
364. Mən sənin qardaşını bağışlaya biməyəcəyəm, çünki o, öz səhvlərini anlamır.
365. Bu məsələnin həlli çox çətin deyil, siz daha diqqətli olmalısınız.
366. Bu qatar Londona getməyəcək, çünki onun bir sıra texniki defectləri var.
367. Bu qutuda sizin üçün bir sıra maraqlı məktublar var idi, lakin sizin onlar haqqında heç bir məlumatınız yox idi.
368. Sabah siz saat 18:00-da bizim rəhbərlik tərəfindən mükafatlandirilacaqsınız.
369. Avtomobilinizin ehiyat hissələri Çində istehsal olunub.
370. Fuadln dostları bizim ofisin əməkdaşlarıdırlar və onlar çox zəhmətkeşdirlər.
371. Siz müdirinizə sabah zəng vurmalı olacaqsınız.
372. Dünən Rauf bizə zəng vurmalı idi, lakin vurmadı.
373. Sizin şagirdləriniz dərslərini buraxmamalıdırlar.
374. Onlar bu yarışda iştirak etməməli idilər.
375. Mən buraya hər gün gəlməli olacağam?
376. Bu şəhərin sakinləri mövcud qaydalara əməl etməli olacaqlar?
377. Rauf onlara etibar etməməli idi.
378. Siz belə bir problemi həll edə bilməyəcəksiniz.
379. Avtomobilinizin təmirə ehtiyacı var.
380. Mən sizə bir neçə suallar verə bilərəm?
381. Leyla sizə kömək edə bilməyəcək.
382. Mən onlara kömək etməli olacağam.
383. Siz yalnız bizə güvənməli idiniz.
384. Bu məktubu biz sabah göndərməliyik?
385. Siz Bakıdan Moskvaya bu qatarla getməli olacaqsınız.
386. Siz Bakıdan Moskvaya bu qatarla gedə bilməyəcəksiniz.
387. Mən bu məktubu sizə dünən göndərməliydim.
388. Sizin dostunuz alim ola bilməyəcək.
389. Rauf pulları bankdan götürməlidir?
390. Rauf pulları bankdan götürməməliydi.

2. Translation of texts / Text № 1. Mənim dostum

Mənim bir xarici dostum var. Onun adı Ceymsdir. O, Londondandır. Mən hər ay ona məktublar yazıram. Ceyms mənim məktublarıma həmişə cavab verir. Bizim ikimizin də 10 yaşı var, amma biz çox fərqliyik.

Mən kiçik bir şəhərdə yaşayıram. Ceyms isə böyük bir şəhərdə yaşayır. Mənim iki bacım var. Ceymsin isə bir qardaşı var. Mən futbolu xoşlayıram, Ceyms isə beysbolu sevir.

Mən hər gün saat 7-də qalxıram. Ceyms isə saat 8-də qalxır. Səhər mən sıyıq yeyirəm, Ceyms isə meyvələrlə qatıq yeyir.

Mənim hər gün beş dərsim olur. Ceymsin isə altı dərsi olur. Mən həftədə altı gün oxuyuram. Ceyms isə, həftədə beş gün oxuyur. Mənim ən sevdiyim fənn ingilis dilidir. Ceymsin isə ən çox sevdiyi fənn riyaziyyatdır.

Mən hər axşam kompüter oyunları oynayıram və ev tapşırıqlarını edirəm. Ceyms isə axşamlar kitab oxuyur, rəsm çəkir və ev tapşırıqlarını edir.

Ancaq, ikimiz də səyahət etməyi sevirik! Mən Ceymsə səfərlərim haqqında danışıram, o da mənə öz səfərlərindən danışır.

3. Translation of texts / Text № 2. İlin fəsilləri

İldə dörd fəsli var. Onlar yaz, yay, payız və qışdır. Mən yayı xoşlayıram. Yayda hava isti və günəşli olur.

Hər mövsümün üç ayı var. Onlar bahar mart, aprel və may aylarıdır. Yay iyun, iyul və avqust aylarından ibarətdir. Payız - sentyabr, oktyabr və noyabr. Qış isə dekabr, yanvar və fevral aylarıdır.

İlin ilk ayı yanvardır. İlin son ayı dekabrdır. Dekabrda yeni ilimiz var.

Yay aylarında biz üzmək və günəş vannası qəbul edə bilərik.

Mənim ad günüm aprel ayındadır.

Hər ayın dörd həftəsi var. Hər həftənin yeddi günü var: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar. Ən sevdiyim gün şənbə günüdür.

Şənbə günü mənim dərslərim yoxdur və mən istirahət edə bilərəm.




website counter

® IDEALMATIX ™
Webmaster Elshan Nasirov
• Ideal Network Technologies
© 2000 - 2021